Ii Ehmedxan Sultan - Wikipedia
II Əhmədxan sultan (? - 1830) — İlisu sultanı. Çar ordusu qvardiya polkovniki, sonuncu İlisu hakimi general-mayor Daniyal sultanın atası.
Əhmədxan | |
---|---|
Əhmədxan Alxas bəy oğlu | |
Digər adı | Danyal bəy Əhmədxan oğlu |
Doğum yeri | İlisu, Qax rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | İlisu, Qax rayonu |
Fəaliyyəti | hərbi qulluqçu |
Həyatı
redaktəƏhmədxan sultan İlisu sultanı Alxas bəyin ailəsində doğulmuşdur. Anası Qazıqumuq hakimi Məhəmməd xanın qızı olmuşdur.Əhmədxan sultan 1803-cü ildə əmisi Xanbaba bəyi hakimiyyətdən kənarlaşdıraraq İlisu sultanı seçilmişdir.Bununla da sultanlığın ərazisinə qoşun yeritmək istəyən General Sisianovla sülh müqaviləsi bağlıyaraq Çar Rusiyasının vassallığını qəbul etmişdir. Hakimiyyətdə olduğu dövrdə Çar Rusiyasının İran şahzadəsi Abbas Mirzəyə qarşı apardığı hərbi əməliyyatlarda ilisu süvarilərinə başçılıq etmişdir. Belə əməliyyatlardan birində 1813-cü ildə General Kotlyarevskinin qoşununun tərkibində vuruşan Əhməd xanın süvariləri Aslandüz döyüşündə Qaradağ hakimi Allahyar xanı da əsir almışlar. 1826-cı ildə Əhmədxan İran şahından dəstək alan öz qaynı Balaağa bəy tərəfindən hakimiyyətdən kənarlaşdırılsa da yenidən rusların köməkliyi ilə sultanlığa sahib olmuşdur. Əhmədxan sultan cənubi Dağıstan və Şimali Azərbaycan hakimləri ilə sıx qohumluq əlaqələrinə malik olmuşdur.Onun iki arvadından 11 övladı olmuşdur.Oğlanları İmran ağa, Məhəmməd bəy, Xəlil bəy, Alxas bəy, Musa ağa, Daniyal bəy və iki qızı. Digər övladları uşaq yaşlarınd vəfat etmişlər. Oğullarından Alxas bəy İrəvan qrenadyor polkunun zabiti olmuş və hələ gənc yaşlarında Axalsıxın mühasirəsi zamanı həlak olmuşdur.Bununla yanaşı Əhmədxan sultan haqqında o da məlumdur ki o dövrünün tanınmış və səxavətli adamlarından biri olmuşdur.Onun bu keyfiyyətlərini XIX əsr Azərbaycan şairi Əndəlib Qaracadaği öz şerlərində dönə-dönə tərənnüm etmişdir.
İstinadlar
redaktə- Şahmərdan Əhmədli " İlisulu Əhməd xan kimdir?" Qax-1996
- Abbasqulu Ağa Bakixanov "Gülüstani-İrəm"(rus dilində) Bakı-1991
- Айтберов Т.М., Хапизов " Елису и Горный магал в ХII–ХIХ вв.(очерки истории и ономастики)". – Махачкала, 2011.
- Əndəlib Qaracadaği Şerlər Bakı-2002