Ii Andronik Trabzon Imperatoru - Wikipedia
Ii Andronik Trabzon Imperatoru - Wikipedia - Haqqında Məlumat
II Andronik Komnenos (yun. Ἀνδρόνικος Κομνηνός) (1240, Trabzon – 1266, Trabzon) — 5-ci Trabzon imperatoru.[2]
II Andronik | |
---|---|
mart 1263 – 1266 | |
Əvvəlki | I Manuel |
Sonrakı | Qriqori Komnenos |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1240 |
Doğum yeri | |
Vəfat tarixi | 1266 |
Vəfat yeri | |
Atası | I Manuel (Trabzon imperatoru)[1] |
Həyatı
redaktəAtası Trabzon imperatoru I Manuel, anası isə onun Trabzon əsilli ilk xanımı Anna Xaylalodur. Atasının vəfatının ardından 1263-cü ilin martında taxta çıxdı. Onun üç illik qısa səltənətində Trabzon ticarət mərkəzi olaraq daha da inkişaf etdi. Ancaq atası dönəmində fəth edilən Sinop əyaləti 1266-cı ildə yenidən Anadolu səlcuqları tərəfindən işğal edildi və bu bölgədə Pərvanəoğulları bəyliyi yaradıldı. Beləcə, Anadolu səlcuqları Qara dənizdə donanma qurmağa başladı və ticarətdə Trabzonlulara rəqib olmağa başladı.
1266-cı ildə vəfat etmişdir. Övladı olmadığı üçün yerinə qardaşı Qriqori taxta çıxmışdır.
Mənbə
redaktə- Claude Cahen, Pre-Ottoman Turkey: A General Survey of the Material and Spiritual Culture and History c. 1071–1330, 1968
- George Finlay, The History of Greece and the Empire of Trebizond, (1204–1461) (Edinburgh: William Blackwood, 1877)
- Alexander Kazhdan, (Ed.) (1991). The Oxford Dictionary of Byzantium (İngilizce). Oxford ve New York: Oxford University Press. ISBN 0-19-504652-8
İstinadlar
redaktə- ↑ Lundy D. R. Andronikos II Comnenos, Emperor of Trebizond // The Peerage (ing.).
- ↑ Jackson Williams, Kelsey (2007). "A Genealogy of the Grand Komnenoi of Trebizond". Foundations: The Journal of the Foundation for Mediaeval Genealogy.