Ii Janna Navarra Kralicasi - Wikipedia
II Janna (fr. Jeanne II de Navarre; 28 yanvar 1311, Konflan-Sen-Onorin[d], Fransa metropoliyası – 6 oktyabr 1349, Fransa) — Fransa kralı X Lüdovikin qızı, Navarra kraliçası.[2]
II Janna | |
---|---|
isp. Juana II fr. Jeanne II de Navarre | |
1 aprel 1328 – 6 oktyabr 1349 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 yanvar 1311 |
Doğum yeri |
|
Vəfat tarixi | 6 oktyabr 1349 (38 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | X Lüdovik (Fransa kralı)[1] |
Anası | Burqundiyalı Marqarita (Fransa kraliçası)[1] |
Həyat yoldaşı | III Filipp |
Uşaqları |
Navarralı Mariya Navarralı Blanş II Karl |
Ailəsi | Kapetinqlər sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Anası Burqundiyalı Marqaritanın adı Nesl skandalına qarışdığı üçün, Jannanın atalıq məsələsi şübhəli idi. Ancaq X Lüdovik ölüm yatağında ikən onun doğma qızı olduğunu elan etdi. Atasının vəfatından sonra hamilə olan ögey anasının doğumu gözlənildi. Ancaq cəmi 5 gün yaşayan ögey qardaşı I Conun vəfatından sonra Fransa taxt-tacı boş qaldı. Mərhum kralın yeganə rəsmi övladı olmasına baxmayaraq, yerli əyanlar bir qadının hökmranlığını qəbul etmədi və X Lüdovikin qardaşı Filippi kral seçdilər.
Jannaya anasından miras qalan Navarranın əsilzadələri də V Filippin təbəəliyini qəbul etmişdi. Bu səbəblə, dayısı Burqundiya hersoqu IV Edo və nənəsi Aqnessa yeni kralla danışıqlar aparmağa başladı və Jannanın Navarra taxtındakı hüququnu müdafiə etdilər. Ancaq V Filipp böyük qızını IV Edoyla evləndirərək onu öz tərəfinə çəkdi və beləcə, Jannanın taxt mübarizəsi yarım qaldı. Digər tərəfdən isə Janna öz taxt iddiasını gücləndirmək məqsədilə siyasi evlilik planlaşdırırdı. Nəticədə, o, atasının əmisi Evolu Lüdovikin oğlu Filipplə evləndi və Jannanın taxt iddiası daha da gücləndi. Belə ki, onların hər ikisinin ata şəcərəsi Fransa kralı III Filippə əsaslanırdı.
V Filippin vəfatından sonra 1322-ci ildə qardaşı IV Çarlz taxt çıxdı. Ancaq Navarra əsilzadələrindən bəziləri ona tabe olmaqdan boyun qaçırdı. 1328-ci ildə IV Çarlzın vəfatından sonra isə Navarra əsilzadələri tamamilə Fransa kralından asılılığı aradan qaldırdılar və Jannanı bölgənin suveren hakimi seçdilər. Fransa taxtına əyləşən VI Filipp isə bu cütlüyün Navarradakı hakimiyyətini tanıdı. 5 mart 1329-cu ildə Pamplon Kafedralında keçirilən tacqoyma mərasimiylə cütlük rəsmi hakimiyyəti ələ aldılar.
Mənbə
redaktə- Menache, Sophia (1998). Clement V. Cambridge, England: Cambridge University Press. p. 85. ISBN 0521592194
- Echols, Anne; Williams, Marty, eds. (1992). An annotated index of medieval women. Markus Wiener Publishers. ISBN 9780910129275
- George, Hereford Brooke (1875). Genealogical table illustrative of Modern History. Oxford at the Clarendon Press.
İstinadlar
redaktə- ↑ 1 2 Kindred Britain.
- ↑ Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnership, 1274–1512. Palgrave Macmillan