Iv Isgender - Wikipedia
IV İsgəndər (yun. Ἀλέξανδρος Δ΄; e.ə. 323, Babil – e.ə. 309, Makedoniya İmperiyası) — Makedoniyalı İsgəndər və Roksananın yeganə oğlu.
IV Aleksandr (Makedoniya basilevsi, Korinf ittifaqının hegemonu, İranın şahənşahı, Misir fironu, Asiyanın lordu) | |
---|---|
yun. Ἀλέξανδρος Δ΄ | |
| |
E.ə. 323 – E.ə. 311 | |
Əvvəlki | Makedoniyalı İsgəndər |
Sonrakı | Kassandr |
E.ə. 323 – E.ə. 311 | |
Əvvəlki | Makedoniyalı İsgəndər |
Sonrakı | I Ptolomey |
İran hökmdarı | |
E.ə. 323 – E.ə. 311 | |
Əvvəlki | Makedoniyalı İsgəndər |
Sonrakı | I Selevk |
Asiya hökmdarı | |
E.ə. 331 – E.ə. 323 | |
Əvvəlki | Makedoniyalı İsgəndər |
Sonrakı | I Selevk |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Babil |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhər[d] |
Fəaliyyəti | suveren[d] |
Atası | Makedoniyalı İsgəndər |
Anası | Rövşənək |
Dini | Yunan politeizmi |
Vikianbarda əlaqəli mediafayllar |
Doğumu
redaktəAtasının vaxtsız ölümündən sonra Perdikkasın qəyyumluğu ilə hələ ana bətnində hakimiyyəti qəbul olunmuşdu. E.ə. 323-cü ildə doğulması və cinsiyyətinin kişi olduğunun məlum olmasından sonra hakimiyyəti rəsmən tanındı.
Hakimiyyəti
redaktəPardikkasın 3 il sonra öldürülməsindən[1] sonra yeni qəyyum kimi Antipater seçildi. Antipater Asiya və İranı Selevkə, Misiri isə Ptolomeyə satraplıq kimi verdi. Lakin sonrakı il özü də öldü və oğlu Kassandrın yerinə Poliperxonu qəyyum kimi vəsiyyət etdi.
Daxili münaqişələr
redaktəPoliperxonun qəyyum təyin olunması Kassandrı məmnun etmədi və o, Ptolomey, Antiqon və Evridika ilə ittifaq quraraq qəyyumluğa qarşı müharibəyə başladı. Poliperxon isə Makedoniyalı İsgəndərin anası Olimpiada və Yumenis ilə ittifaqa girmişdi. Bu ittifaqa daha sonra Olimpiadanın əmisioğlu, Epir çarı Eakid də qoşuldu. Evridikanın qəyyumluq tərəfinə keçməsi ilə Kassandr ilk məğlubiyyətini aldı. 25 dekabr, e.ə. 317-ci ildə Evridika və Filip Arridey edam olundular. Beləliklə Olimpiada yeganə qəyyuma çevrildi. Lakin e.ə. 316-cı ildə Kassandr geri döndü və İsgəndərlə anasını ələ keçirdi. Olimpiada edam olundu.
Ölümü
redaktəE.ə. 309-cu ildə, İsgəndərin artıq 14 yaşı vardı. Kassandr öz hakimiyyətini əldən verməmək üçün İsgəndər və anasını həmin il gizlincə zəhərləyərək öldürtdü.[2]
İstinadlar
redaktə- ↑ Anson, Edward M (Summer 1986). "Diodorus and the Date of Triparadeisus". The American Journal of Philogy (The Johns Hopkins University Press) 107 (2): 208–217.
- ↑ "IV Alexander - Livius". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.