Iv Bolduin - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
IV Bolduin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qüds krallığı |
Vəfat tarixi | |
Vəfat yeri | |
Vəfat səbəbi | cüzam |
Dəfn yeri | |
Fəaliyyəti | Kral |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığı
redaktəIV.Bolduin uşaqlıqda atasının Yerusəlimdəki sarayında böyüdü. O, uşaqlıq illərində Yaffa və Aşkelonun qrafinyası olan, atası sonradan boşanan və Sidon Lordluğunun gələcək xanımı olacaq anası ilə çox vaxt keçirmədi. Bolduin tarixçi Vilyam tərəfindən təhsil almışdır. Bir gün Vilyam gənc şahzadə haqqında kədərli bir şey kəşf etdi. Bir gün şahzadə dostları ilə oynayırdı, dırnaqlarını bir-birlərinin qollarına vuraraq yaralamağa çalışırdılar, lakin Bolduin ağrı hiss etmirdi. Vilyam bunun ciddi xəstəliyin əlaməti olduğunu dərhal anladı, ancaq bir neçə ildən sonra cüzamın qəti diaqnozu qoyuldu və xəstəlik yetkinlik dövründə daha da sürətləndi.[1]
Taxta çıxması
redaktəBolduinin atası I Amalrik 1174-cü ildə öldü və Boduin 13 yaşında taxta çıxdı. Yetkinlik dövründə Yerusəlim iki ardıcıl regent tərəfindən idarə edildi. Əvvəlcə Miles of Planci, sonra atasının əmisi oğlu Qraf Tripoli III. Raymond 1175-ci ildə Səlahəddin Əyyubi ilə müqavilə bağladı. Bolduin cüzam xəstəsi olduğu üçün uzun müddət hökmranlıq etməsi və varislik təyin etməsi gözlənilmirdi. Saray əyanları və Lordlar haqqlarını atalarının ikinci evliliyindən olan ögey bacısı şahzadə Sibilla və Şahzadə İzabellaya qarşı oynadılar. Sibilla Bethani monastırında böyük bibisi tərəfindən böyüdüyü halda, İzabella anası Mariya Komnenanın Nablusdakı sarayında böyüyürdü. [2]
Hökmdarlığı
redaktəBolduin, III Raymondun Səlahəddin Əyyubilə bağladığı razılaşmanı rədd etdi və Şama və Bekaa vadisinə basqın etdi. Onun əmisi III Coselini Urfa mahalına təyin etdi. III Coselin 1164-cü ildə Hərim döyüşündə və Nurəddin Mahmud Zəngi tərəfindən əsir götürüldü. 1176-cı ildə bacısı və IV Bolduinin anası Agnes tərəfindən 50.000 dinar pul qarşılığında buraxıldı. Regent kimi III Raymond, Şahzadə Sibillanın Müqəddəs Roma Alman İmperatoru I Frederik və Fransa Kralı VII Henrinin əmisi oğlu Montferratlı Vilyam ilə evlənmək üçün danışıqlara başlamışdı. Vilyam bu evlilikdən sonra Yaffa və Aşkelon qrafı oldu. O, ümid edirdi ki, Bolduinin xəstəliyi səbəbindən kral ola bilməyəcəyi təqdirdə, Sibiliya ilə birlikdə krallığı idarə edəcək. Bu vaxt Bolduin Misirdəki Səlahəddin Əyyubinin əsas hərbi gücünə hücum etməyi planlaşdırırdı. Bizans dəniz qüvvələrinin dəstəyini almaq üçün Köhnə Antakya şahzadəsi Renaud de Şatillonu I Manuelə səfir göndərdi. Boldouin, Renaud de Şatillon və Montferratlı Vilyamın ittifaqı ilə cənub müdafiəsini təmin etməyə çalışdı. Vilyam həftələrlə davam edən xəstəlikdən sonra Aşkelonda öldü və gələcəkdə V Bolduini dünyaya gətirən hamilə qalan Sibilla dul qaldı. Üç ay sonra, avqustda kralın əmisi oğlu və həmçinin Fransadakı qraf I Filip səlib yürüşü ilə Yerusəlimə gəldi. I Filip Bolduinin bacılarını öz vassallarına ərə vermək istəyirdi. Filip, Bolduinin ata tərəfdən ən yaxın qohumu kimi III Raymondun regentliyini almaq istəyirdi. Kral şurası bu təklifi rədd edərkən, İbelinli Bolduin I Filippi ictimaiyyət qarşısında alçaltdı. [3]
25 noyabr 1177-ci ildə Kral IV Bolduin və və Renaud de Şatillon Məbəd Cəngavərlərinin köməyi ilə Montqisard döyüşündə Səlahəddini məğlub etdilər. Elə həmin il Bolduin ögey anası Mariya Komnenaya İbelindən olan Balianla evlənməyə icazə verir, lakin bu, riskli bir qərardır. Bu, İbelin ailəsinin ehtiraslarını alovlandıracaq və Mariya Komnena referansı ilə Sibilla və Izabella'nı ailələrinə əlavə etməyə çalışacaqlar.
IV Bolduin 1179-cu ildə Şimalda bəzi hərbi uğursuzluqlarla qarşılaşdı. Aprelin 10-da Baniasa basqın etmək əmri verdi, lakin Səlahəddinin əmisi oğlu Fərrux şahın hücumuna məruz qaldı. Bolduin atanın qorxub qaçmasıyla təsadüfən xilas oldu. Krallığın ən hörmətli konstebllərindən biri, Toronlu II Humfrey ölümcül yaralandı. İyunun 10-da Sidon ətrafında süvari basqınlarına cavab olaraq Bolduin, Raymond və məbədçilərin VIII Böyük Ustadı Odo de st Amand ilə Livana bir qüvvə göndərdi. Onlar Litani çayında süvarilərin bir qismini öldürdülər, lakin Səlahəddinin əsas qüvvəsi onları tutdu. Padşah atsız idi və köməksiz minə bilməzdi, başqa bir cəngavərin köməyi ilə döyüş meydanından uzaqlaşdırıldı. Qraf Raymond Tirə qaçdı. Kralın ögey atası Sidonlu Reginald bəzi insanları xilas etdi, lakin böyük usta İbelinli Bolduin, Tiberiyalı Hyu və Raymonun ögey oğullarından biri əsir düşdü. 1179-cu il avqustun 23-də Səlahəddin Jacobs Ford qalasına çatdı. Müsəlmanlar qalanın altındakı tuneli yandırdılar. Mühasirə başlayandan 6 gün sonra Səlahəddin qalanı ələ keçirdi. 700 cəngavər, memar və inşaat işçisi öldürüldü, onlardan 800-ü əsir götürüldü. Bolduin ordusu ilə gələndə qala xaraba vəziyyətində idi. Boduin Tiberiyaya qayıtdı. Bir çox tarixçi bu hadisənin Qüdsün müsəlmanlar tərəfindən geri alınmasını asanlaşdırdığını düşünür.
1180-ci ilin yayında Bolduin Toronlu II Humfreydən sonra "konstebl" olan və 1179-1194-cü illər arasında bu vəzifəni tutan Lusignanlı I Amalrikin qardaşı Lusignanlı Qay ilə Sibillanı evləndirdi. Əsas məqsəd xanədana xaricdən yardım gətirmək potensialına malik olan əcnəbi birini xanədanlığa qatmaq idi. Lusignanlı Qay Kerekdəki əlverişli mövqeyi sayəsində Misir və Dəməşq arasındakı ticarət karvanlarını qarət edən Renaud de Şatillonla müttəfiq oldu. Səlahəddin bu talanlara cavab vermək istədi və 1182-ci ildə Belvuar qalasında döyüş baş verdi. Bu, müharibədən çox atışma şəklində idi və heç bir nəticə olmadı. Bu hadisədən az sonra Bolduin cüzam xəstəliyindən tamamilə zəiflədi, kor oldu və yeriyə bilmədi. Lüzinyanlı Qayı regent təyin etməli oldu. Lakin 1183-cü ildə Lusignanlı Qay onu məyus etdi. Lüzinyanlı Qay, Renaud de Şatillonun ögey oğlu Toronlu IV Humfrey və Bolduinin ögey bacısı İzabellanın Krerekdə nikah mərasimlərində iştirak edirdi, lakin Səlahəddin Kerek qalasını mühasirəyə almasıyla nikah ola bilmədi. Bütün adamlar Kerekdə mühasirəyə düşdü. IV Bolduin qalan hərbi gücü ilə Yerusəlimdən Kerekə gəldi və mühasirəni yardı. Lakin Lüzinyanlı Qay Səlahəddin Əyyubi və ordusu ilə döyüşməkdən imtina etdi və Səlahəddin asanlıqla geri çəkildi. Bolduin bu vəziyyəti qəbul edə bilmədi və Qayı regentlik vəzifəsini əlindən aldı. Gözdən düşən Lüzinyalı Qay arvadı Sibillanı da özü ilə götürdü və Aşkelonda doğru istiqamət aldı. IV Bolduin bacısına qarşı kin bəsləməsə də, onu mirasdan uzaqlaşdırdı və anası Aqnesin, ögey atası Reginald Sidon, Raymond və bir çox baronun dəstəyi ilə Montferratdan olan 5 yaşlı qardaşı oğlunu özünə varis təyin etdi. Daha sonra Bolduin Qay və Sibillanın evliliyini pozmağa çalışdı. Lakin cütlük bu cəhdlərə müqavimət göstərdi.
O, tez-tez cüzamdan əziyyət çəksə də və regentlər vasitəsilə hökm sürməli olsa da, Bolduin gözlənildiyindən daha uzun müddət padşahlıq etdi. Kereki xilas etmək üçün etdiyi hərbi əməliyyatlar və sülalə münaqişələri Bolduini zəiflətdi. 1185-ci ilin yazında IV Bolduin Yerusəlimdə vəfat etdi və Müqəddəs Qəbir Kilsəsində dəfn edildi.
İstinadlar
redaktə- ↑ "IV Baldwin". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.
- ↑ "Baldwin IV of Jerusalem". 2022-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.
- ↑ "Baldwin IV". 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-12.