I Erdesir - Wikipedia
I Ərdəşir Babəkan (fars. اردشیر, lat. Artaxerxes — Sasanilər sülaləsinin ilk nümayəndəsi, şahənşah.
I Ərdəşir | |
---|---|
28 aprel, 224 – 241 | |
Sonrakı | I Şapur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tiruda, İstəhr, İran |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Atası | Babək Sasani |
Anası | Mirod |
Uşaqları | |
Dini | Zərdüştilik |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktəTəbərinin məlumatına görə Ərdəşir 180-ci ildə İstəhrin Tiruda kəndində anadan olmuşdur. Gənc yaşlarında atası Fars knyazı Gozihrdən icazə alaraq onu Darab qalasına göndərmiş, qalanın arqbadı Tiridən sonra Ərdəşir qalanın hakimliyinə gəlmişdir. Get-gedə Ərdəşirin gücü artmış, atası Babək və qardaşı Şapurla birlikdə Gozihri devirmişdilər. Şapurun qəfil ölümündən sonra 222-ci ildə bütün Fars regionuna, Xuzistan və Kirmana hakimlik etməyə başlamışdı.
Hakimiyyəti
redaktə28 aprel, 224-cü ildə Parfiya hökmdarı V Artabanın ordularını Bəndər Abbas yaxınlığında məğlub edən Ərdəşir özünü şahənşah elan etmişdi. 226-cı ildə Ktesifonda rəsmən tacqoyma mərasimi keçirilmişdi.[1] Ərdəşir Sistan, Qorqan, Mərv, Xarəzm, Bəlx, Bəhreyn və Mosulu ələ keçirmiş, Kuşanı və Məkranı asılı hala salmışdı.
Daxili siyasət
redaktəƏrdəşir ölkəni mərkəzləşdirdi və mərzbanlıqlara böldü. Zərdüştilik dövlət dini oldu. Xristianlara tolerant yanaşılmağa başlandı.
Xarici siyasət
redaktəƏrdəşir hakimiyyətə gələndən sonra əsasən Roma ilə problemlər yaşamağa başladı. Ermənistan Arşakilərinin Sasanilərə qarşı müqaviməti Ərdəşiri Romaya hücum etmək qərarına gətirdi. 230-cu ildə Nusaybini mühasirəyə alan Fars orduları Kappadokiyaya qədər gedib çıxmışdı. 232–233-cü illərdə Septimi Severlə olan bir sıra döyüşlərdə Roma ordularını məğlubiyyətə uğratdı və 237-ci ildə nəhayət ki, Mesopotamiyanın şimalını ələ keçirə bildi. 240-cı ildə oğlu Şapuru şərik kimi taxta çıxardı. 242-ci ildə vəfat etdi.
Ailəsi
redaktəAtası Babək Sasani yerli bir əsilzadə, babası Sasan İstəhr atəşgahının rahibi idi. Nənəsi isə Bəzrəngilər ailəsinə mənsub idi. Şapur və Balaş adlı iki qardaşı vardı.
İstinadlar
redaktə- ↑ MacKenzie, David Niel (1998). "Ērān, Ērānšahr". Encyclopedia Iranica 8. Costa Mesa: Mazda.