I Baybars - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
I Baybars (19 iyul 1223, Krım – 1 iyul 1277, Dəməşq, Məmlük dövləti) — Məmlük sultanı.
Rüknəddin Baybars | |
---|---|
Əl-Malik Əz-Zahir | |
24 oktyabr 1260 – 1 iyul 1277 | |
Əvvəlki | Seyfəddin Qutuz |
Sonrakı | Bərkə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyul 1223 |
Doğum yeri | |
Vəfat tarixi | 1 iyul 1277 (53 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | zəhərlənmə |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Uşaqları | |
Ailəsi | Bəhrilər |
Dini | islam, sünni islam |
Hərbi xidmət | |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOnun həyatı Azərbaycanda möhtəşəm Eldənizlər dövlətini quraraq İraqı və İranın böyük hissəsini öz hakimiyyəti altında irləşdirən böyük türk sultanı Atabəy Şəmsəddin Eldənizin ömür yolunu xatırladır. Şəmsəddin Eldəniz də bir vaxtlar türk dünyasının ana yurdu olan və Qara dənizdən Çin səddinə kimi uzanan Dəşti Qıpçaq çöllərində anadan oldu. Sonra əsir alınaraq İraqa aparıldı və adi qulamdan dövlət rəhbəri vəzifəsinə kimi şərəfli bir yol keçdi. Baybars da onun kimi tale yaşadı və Eldənizdən daha irəli gedərək ortaq türk tarixində şərəfli bir iz buraxdı.
Onun haqqında çox yazıblar, yəqin ki, hələ uzun illər də yazacaqlar. Alparslan və Səlahəddin Əyyubidən sonra onun adı islam aləmində ən cəsarətli komandan və dövlət xadimi kimi çəkilir. O, həmin dövrdə çoxlarının bacarmadığı, hətta yuxusunda belə görə bilmədiyi bir vəzifənin öhdəsindən qəhrəmanlıqla gələrək, məğlubedilməz sayılan monqol ordusuna güclü zərbə vurdu və onlara məğlubiyyətin ilk acısını daddırdı. Halbuki onadək monqollara ağır zərbələr vura biləcək bir sərkərdənin olmasına heç kim inanmırdı. Amma o, bu böyük qələbəni qazana və adını dünyanın məşhur sərkərdələri sırasına yazdıra bildi.
Söhbət türk- islam dünyasının fəxri sayılan, Dəşti Qıpçaqda anadan olan, lakin taleyin hökmü ilə qul kimi Misirdə satılan, buna baxmayaraq qeyri-adi sərkərdəlik istedadı sayəsində Misiri idarə edən ən bacarıqlı Məmluk dövlət xadimi zirvəsinə ucalan Baybarsdan gedir. O tarixdə özündən sonra şanlı bir iz qoyaraq qəhrəman kimi bu gün də yaddaşlarda yaşamaqda davam edir.
Onun həyatı Azərbaycanda möhtəşəm Eldənizlər dövlətini quraraq İraqı və İranın böyük hissəsini öz hakimiyyəti altında birləşdirən böyük türk sultanı Atabəy Şəmsəddin Eldənizin ömür yolunu xatırladır. Şəmsəddin Eldəniz də bir vaxtlar türk dünyasının ana yurdu olan və Qara dənizdən Çin səddinə kimi uzanan Dəşti Qıpçaq çöllərində anadan oldu. Sonra əsir alınaraq İraqa aparıldı və adi qulamdan dövlət rəhbəri vəzifəsinə kimi şərəfli bir yol keçdi. Baybars da onun kimi tale yaşadı və Eldənizdən daha irəli gedərək ortaq türk tarixində şərəfli bir iz buraxdı.
Köləlikdən ordu komandanlığınadək keçən yol
redaktəMəmlüklərin 4-cü sultanı olan Baybarsın əsl adı Seyfəddindir. Onun, təxminən, 1223-cü ildə Dəşti Qıpçaqda anadan olduğu ehtimal edilir. Uşaqlığı bütün köçəri qıpçaq (indiki qazaxların əcdadları) türklərində olduğu kimi at belində keçmişdir. Hələ uşaq yaşlarında belə at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda onun qarşısına çıxan yox idi. Amma uşaqlığı olduqca ağır dövrə təsadüf etmişdi.
Günlərin birində çöldə o vaxt 14 yaşı ancaq olan Seyfəddinin üzərinə bars (leopard) hücum etdi. Seyfədinin əlində qılıncı və oxu yox idi. Ancaq o, cəsarətlə müdafiə olunmağa başladı və ağır yaralanmasına baxmayraq barsı boğaraq öldürdü. Onun bu cəsarətinə heyran qalan qıpçaqlar Seyfəddini Baybars (barsların bəyi) adı ilə çağırmağa başladılar və o, bu adla da tarixə düşdü.
Həmin dövrdə monqollar Dəşti Qıpçağı işğal edərək əllərinə keçəni əsir götürür və onları kölə kimi bazarlarda satırdılar. Baybars da monqolların kölə siyasətinin qurbanı oldu. Günlərin birində Dəşti Qıpçaqda at oynadan monqollar Baybarsı ələ keçirərək, onu Bizansdan olan tacirlərə satdılar. Bizans tacirləri isə Baybarsı o vaxt Şərqin ən böyük qul bazarlarından biri sayılan Qahirəyə apardılar. O, çox sağlam və qüvvətli gənc olduğundan Qahirədə Əyyubilərin yüksək səviyyəli dövlət məmurlarından birinin diqqətini cəlb etdi və onu satın aldılar. Amma bu qul o qədər zəkalı, ağıllı və cəsur idi ki, dərhal ağalarının diqqətini çəkdi. Onun qabiliyyəti və cəsurluğu tezliklə dillərdə dastan oldu və onu saraya apardılar. Baybars sarayda Əyyubi hökmdarı Məlik Salih tərəfindən köləlikdən azad edildi. Bundan sonra Baybarsı hökmdar sarayındakı mühafizə alayının rəisi vəzifəsinə təyin etdilər. Burada öz vəzifəsinin öhdəsindən bacarıqla gələrək bir neçə dəfə sultanı ona qarşı həyata keçirilən sui-qəsddən xilas etdi. Bu onun sarayda şöhrətini daha da artırdı. Həmin dövrdə Misir yeni təhlükə qarşısında idi. Xaçlıların öhdəsindən isə Baybars kimi bir qəhrəman gələ bilərdi. Bunu nəzərə alan sultan Baybarsı xaçlılara qarşı savaşan ordulardan birinə komandan təyin etdi. Baybars bu vəzifənin öhdəsindən ləyaqətlə gəldi və döyüşlərdə özünü yenilməz bir qəhrəman, eyni zamanda ağıllı və istedadlı komandan kimi göstərdi. Məhz Misir üzərinə yürüşə çıxan xaçlı ordularına komandanlıq edən Fransa kralı Luisin məğlub edilməsində və əsir alınmasında Baybars şəxsən xüsusi şücaət göstərdi. Bu, onun şöhrətini daha da artırdı. Artıq Misir və ətraf dövlətlərdə hamı Baybarsın qəhrəmanlığından, xaçlı ordularının darmadağım edilməsində göstərdiyi igidlikdən danışır, hətta onu məşhur Əyyubi hökmdarı Səlahəddin Əyyubi ilə müqayisə edirdilər.
Qaçış və qayıdış
redaktəBu arada Misirdə hakimiyyət dəyişikliyi baş verdi və taxta digər bir qıpçaq türkü olan sultan Aybək çıxdı. Aybək də monqollar tərəfindən əsir alınaraq Misirin qul bazarında satılmışdı. O da cəsurluğu sayəsində sarayda böyük hörmət qazanmış və indi də taxta çıxaraq ölkəni idarə etməyə başlamışdı. Amma Aybək hakimiyyəti ələ alandan sonra ətrafındakı soydaşlarından özünə təhlükə gələ biləcəyindən ehtiyat edərək onların daha çox nüfuza mailik olanlarını bir-bir aradan götürməyə başladı. Bunu görən Baybars Aybəkin növbəti qurbanının özü ola biləcəyini anlayaraq ətrafındakı bir qrup soydaşı ilə ölkədən qaçdı. Lakin bir müddət sonra Misir taxtında Aybəki digər bir qıpçaq türkü olan Kutuz əvəz etdi. Kutuzla Baybars arasında xüsusi bir dostluq vardı. Kutuz Baybarsın qəhrəmanlığına bələd idi və onu dərhal saraya dəvət etdi. Baybars saraya gələr-gəlməz Kutuz ona orduya komandanlıq etməyi tapşırdı. O, bu böyük sərkərdənin istedadından istifadə edərək onu özünə düşmən hesab etdiyi ölkələrin üzərinə göndərdi. Tezliklə Baybarsın komandanlığı altında Məmlük əsgərləri qonşu ölkələri ələ keçirərək Suriyaya daxil oldular. Həmin dövrdə Suriya monqollar tərəfindən işğal edilmişdi. Monqol ordusu isə məğlubedilməz bir ordu kimi ad çıxarmışdı və onlarla döyüşə girmək olduqca riskli idi. Çünki bu döyüşün Misir üçün ağır nəticələri ola bilərdi. Buna baxmayaraq Kutuz qəhrəmanlığına yaxşı bələd olduğu Baybarsın monqollar üzərində qələbə çalacağına inanırdı. Ona görə də tərəddüd etmədən onu monqollar üzərinə göndərdi. Monqollarla məmlüklər arasında həlledici döyüş Suriyada deyil, Fələstində baş verdi…
Əyn Cəllud döyüşü
redaktəBaybarsın başçılq etdiyi ordudakı əsgərlərin böyük hissəsini qıpçaq və Anadolu türkləri təşkil edirdi. Monqol qoşunlarına Kerboğa Noyon başçılıq edirdi. Bunu Kutuz düşünülmüş şəkildə etmişdi. Belə ki, vaxtı ilə monqollarla qonşuluqda yaşayan və sonralar tədricən Anadoluya köç edən türklər öz qonşularının nəyə qadir olduqlarına bələd idilər və üstəlik onlar Orta Asiyada monqollara məğlub olmalarının qisasını məhz Ayn Calutda almaq niyyətində idlər. Bu arada orduya ruh yüksəkliyi vermək üçüm Kutuz özü də ordu qərargahına gəldi. O, buradan döyüşə rəhbərlik etməyi qərara almış, Baybarsı isə döyüş meydanına göndərmişdi. 1260-cı il sentyabrın 3-də monqollar Baybarsın komandanlıq etdiyi məmlük əsgərləri Fələstindəki Ayn Calut adlı yerdə üz-üzə gəldilər. Monqollar əvvəlki kimi yenə də qalib gələcəklərinə ilə, bütün Fələstini və Misiri ələ keçirəcəklərinə əmin idilər. Ayn Calutda (hazırda bu ərazi Qərbi Şeria adlanır) döyüş olduqca qızğın keçdi. Bu döyüşdə Kutuz və Baybarsın başçılıq etdiyi Məmlük qoşunları Monqol qoşunlarını darmadağın etdi. Bununla da Monqol qoşunlarının şərqə axınının qarşısı alındı. Bu döyüşdə monqol qoşunları ilk dəfə darmadağın edildi.[2]
İstinadlar
redaktə- ↑ Ərəbcə Vikipediya. 2003.
- ↑ Runciman, Steven, A History of The Crusades, Vol. III, The Kingdom of Acre and the Later Crusades, Cambridge University Press, 1995, p.312", 1891 in "Al caffè", by Errico Malatesta, 1922
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- İngilizce Vikipedia "Baibars" maddesi (ing.) (Erişme:1.7.2010) .
- Clot, André
- (çev. Turhan Ilgaz) (2005), Kölelerin İmparatorluğu Memlüklerin Mısır'ı, İstanbul:Epsilon Yayınları ISBN 975-331-772-7.
- (2009) L'Égypte des Mamelouks 1250–1517. L'empire des esclaves, Paris:Perrin ISBN 978-2-262-03045-2 (fr.)
- Türk Ansiklopedisi, Baybars maddesi.
- Türk Ansiklopedisi, Memluklar maddesi.