I Con Fransa Krali - Wikipedia
I Con Fransa Krali - Wikipedia - Haqqında Məlumat
I Con (fr. Jean Ier) və ya Atasız Con (fr. Jean le Posthume) (15 noyabr 1316, Paris – 20 noyabr 1316, Paris) — Fransa tarixinin ən gənc və ən qısa səltənəti olan Fransa və Navarra kralı.[1]
I Con | |
---|---|
fr. Jean Ier de France | |
Əvvəlki | X Lüdovik |
Sonrakı | V Filipp |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 noyabr 1316 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1316 (0 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | X Lüdovik |
Anası | Macar Klementina |
Ailəsi | Kapetinqlər sülaləsi |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Fransa kralı X Lüdovik hamilə xanımı Klementinayla ilk xanımından dünyaya gələn 4 yaşlı qızı Jannanı geridə qoyaraq 5 iyun 1316-cı ildə vəfat etdi. I Conun dünyaya gəldiyi 1316-cı ilin noyabr ayınadək isə əmisi Uzun Filipp kral naibi olaraq krallığı idarə etdi. 15 noyabr günü doğulan I Con cəmi 5 gün sonra vəfat etdi. Fransa kralı ünvanıyla doğulan yeganə şəxs olması və cəmi 5 gün davam edən səltənətiylə Fransa tarixində iz qoymuşdur. Ölümünün ardından kral naibi olan əmisi Uzun Filipp Reyms şəhərində özünü kral elan etdi.
Mənbə
redaktə- Carpegna Falconieri, Tommaso di (19 September 2008). The Man Who Believed He Was King of France. Translated by William McCuaig. University of Chicago Press. pp. 224. ISBN 978-0-226-14525-9
İstinadlar
redaktə- ↑ Magnificent Monarchs (Fact Attack series) p. 23 by Ian Locke; published by Macmillan in 1999; ISBN 978-0330-374965