I Kennet Sotlandiya Krali - Wikipedia
I Kennet (ortagel: Cináed I, şot.kelt Coinneach I, ing. Kenneth I) və ya Kennet mak Alpin (ortagel: Cináed mac Ailpin, şot.kelt Coinneach mac Ailpein,[a] ing. Kenneth MacAlpin; təq. 810[1], Ayona – 8 fevral 858, Forteviot[d][3]) — təqribən 834–858-ci illərdə Dal Riada kralı, 843–858-ci illərdə piktlər kralı və Makalpinlər sülaləsinin banisi olan II Alpinin oğlu. Dal Riada taxt-tacına irsən sahiblənən I Kennet 843–850-ci illərdə piktlərin krallığını ihlaq edir və bütün Şotlandiyanı fəth etməyə, eləcə də piktləri assimilyasiya etməyə başlayır. Buna görə də ona An Ferbasax (şot.kelt An Ferbasach, azərb. Fateh) ləqəbi verilmişdir.[4] Onun krallığının paytaxtı Forteviot idi. O, Stratklayd krallığından olan britlərlə, eləcə də Piktlanda basqınlar təşkil edən danimarkalı vikinqlərlə vuruşmuşdur. Əlavə olaraq, I Kennet Skun daşı kimi talismanları Ayonadakı tərk edilmiş monastırdan götürüb başqa bir yerə aparmışdı.
I Kennet | |
---|---|
şot.kelt Cináed mac Ailpín ing. Kenneth I | |
Şotlandiya monarxı[d] | |
843 – 858 | |
Əvvəlki | X Drest[d] |
Sonrakı | I Donald |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 810[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 fevral 858 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | II Alpin |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Vəliəhdləri kimi özünə piktlər kralı titulunu götürməyinə baxmayaraq, I Kennet qədim dövrlərdə Alba olaraq bilinən Şotlandiyanın qurucusu hesab edilir. Salnamələrdən biri I Kenneti şotlandların ilk qanunyaradanı adlandırır, ancaq onun qəbul etdiyi qanunlar barədə heç bir məlumat yoxdur.
Həyatı
redaktəMənşə
redaktəŞotlandiya krallarının soy şəcərəsinə görə, I Kennetin atası indiki Şotlandiyanın qərbində mövcud olmuş Dal Riada krallığının kralı II Alpin idi. II Alpin Dal Riadada hökmranlıq sürmüş Kenel Qabran kral sülaləsindən olan Ağ Edin nəvəsi hesab edilir. Kralların siyahısını verən "İrlandiya krallarının sinxronikası" əsəri II Alpini Şotlandiya kralları arasında verib.[b] Eyni zamanda, müasir tarixşünaslar II Alpinin və onun Ağ Edlə olan əlaqəsinə şübhəli yanaşırlar. Onların fikrinə görə, bu məlumatlar köçürücülərin bəzi mətnlərdə etdikləri səhlənkarlıqlar nəticəsində yaranıb.[6][5] Şotlandiya və Dal Riada krallarının soy şəcərisinin hazırlanması III Malkolmun hakimiyyəti dövrünə təsadüf edir (XI əsrin ikinci yarısı).[7] "Qlendalox kitabı" əlyazmasında Kennet mak Alpinin əsli barədə bu cür yazılıb:[8]
... I Ferqus oğlu I Domanqart oğlu Qabran oğlu Aydan oğlu I Eoxayd oğlu I Domnall oğlu II Domanqart oğlu Ed oğlu IV Eoxayd oğlu II Alpin oğlu I Kennet ...[c] |
I Kennetin atası II Alpin barədə çox məhdudi məlumat var. Dal Riadanın bəzi krallar siyahısında onun 841–843-cü illərdə hakimiyyətdə olduğunu bildirir, ancaq bu siyahılarda çoxlu tarixi səhvlar var. Buna görə də monarxın hakimiyyət dövrü naməlumdur. "Hantinqdon salnaməsi" (XIII əsrin axırları) II Alpinin Qalloueydəki piktləri məğlub etdiyini, ancaq həmin il piktlərin əks-hücumu nəticəsində döyüş zamanı həlak olduğunu bildirir.[9] Salnaməyə görə, II Alpin 20 iyul 834-cü il tarixində vəfat etmişdir.[10][11][12] Bu tarix başqa mənbələrdə də verilir, ancaq bəzi tədqiqatçılar 20 iyul tarixinin başqa bir mənbədən götürüldüyünü, buna görə də onun vəfat ilinin yalan-yanlış kral siyahılarındakı tarixlərlə hesablamalar apararaq əldə edildiyini iddia edirlər. Onların irəli sürdüyü iddiaya görə, II Alpin 840-cı,[13] ya da ki, 841-ci ildə[14] vəfat edib.
I Kennetin atası II Alpinin anası pikt şahzadəsi – Konstantin və II Enqusun bacısı olması ehtimalı var. Pikt qanunlarına görə, taxt-taca kral sülaləsinin bir qadın nümayəndəsi də sahib çıxa bilərdi. Buna görə də I Kennetin pikt taxt-tacına qanuni bir iddiası var idi.[14]
I Kennetin ən azı bir qardaşı olduğu məlumdur – I Domnall (Donald). O, I Kennetin xələfi olmuşdur.[10]
Piktaviyanın fəthi
redaktəKennet mak Alpin. Şotlandiya Milli Portret Qalereyasındakı frizin detalı. 1889-cu il.
|
Kennet mak Alpin təxminən 810-cu ildə indiki Böyük Britaniyanın Şotlandiya krallığının tərkibində olan Ayona adasında anadan olmuşdur.[15] O, atasının vəfatından sonra Dal Riada kralı olmuşdur. I Kennetin tacqoyma mərasimi 840-cı və ya 841-ci ildə keçirlib. Kennet mak Alpinin həyatı barədə olan əsas mənbələrdən biri X əsrdə hazırlanmış "Alba krallarının salnaməsi" (bəzən "Şotlandiya salnaməsi" adlanır) əsəridir.[d] Salnamədə verilən məlumatlara görə, I Kennet iki il Dal Riada kralı olduqdan sonra Piktaviyaya[e] gəlib. O, piktləri məğlub etdikdən sonra orada 16 il hökmranlıq etmişdir. "Olster analları" əsərinə görə, Kennet mak Alpin 858-ci ildə vəfat etdiyini nəzərə alsaq, I Kennet ya 842-ci, ya da ki, 843-cü ildə piktlər kralı olmuşdur.[6][9] Baxmayaraq ki, bəzi mənbələrdə I Kennetin 841–856-cı illərdə piktlər kralı olduğu yazılıb, "Melroza salnaməsi" əsərində verilən məlumatalara görə, Kennet mak Alpin 843-cü ildə piktlər kralı olmuşdur ki, bu tarix əksər tarixşünaslar tərəfindən fakt olaraq qəbul edilir.[14]
IX əsrin birinci yarısında Dal Riada krallığında vəziyyətdə ciddi şəkildə pisləşmişdir. Krallığın demək olar ki, bütün ərazisi dağlıq idi. Əlavə olaraq, krallığın ərazisi iki tərəfdən də əhatələnmişdi – cənubda qüdrətli Stratklayd krallığı, şərqdə isə Drumalban dağ silsiləsi yerləşirdi. Dal Riadanın vilayətləri arasından keçmək çətin idi. Üstəlik, torpaqların əksəriyyəti məhsuldar deyildi və krallığın ərazisi olduqca kiçilmişdi. Dal Riada qərb torpaqlarını Skandinaviyadan gələn vikinqlərə itirmişdi. Bu vəziyyətlər Dal Riada kralının piktlərə hücum etməsinə səbəb olmuşdur.[9]
"Olster annalları" əsərinə görə, kral Eoqonanın 839-cu ildə vəfat etməsindən sonra piktlərin kralı Virad, daha sonra VI Brude olmuşdur. Birinci siyahıya görə, Vuradın hakimiyyəti 3 il, VI Brudenin hakimiyyəti isə 1 il davam etmişdir. İkinci siyahıya görə, Vuradın hakimiyyəti 2 il, VI Brudenin hakimiyyəti isə 1 ay davam etmişdir.[f] Əlavə olaraq, ikinci siyahıya Vuradın üç oğlu da əlavə edilmişdir. Bu müddətlərə əsaslanaraq, piktlər krallığı 849-cu və ya 850-ci ildə süquta uğramışdır. Növbəti illərdə qeydə alınan mənbələrə görə, 850-ci il tarixi piktlər krallığı və şotlandların birləşdiyi ildir. İkinci siyahı piktlərin sonuncu kralının Forteviot və ya Skunda sui-qəsdə uğradığını qeyd edir. Bu, yəqin ki, "Malalpinlərin xəyanətkarlığı" adlı ilk dəfə XII əsrdə Kambriyalı Gerald tərəfindən qeydə alınmış hekayəyə bir istinaddır. Hekayəyə əsasən, bir pikt zadəganı şotlandlar tərəfindən Skunda bir yığıncağa və ya qonaqlığa dəvət olunur, ancaq orada qətlə yetirilir. Eyni zamanda, birinci siyahıda 843-cü il tarixi I Kennetin piktlər kralı titulunu aldığı il kimi verilir.[6][9]
Mənbələrdə I Kennetin piktlər krallığına etdiyi səfəri ətraflı şəkildə əhatə olunmayıb.[g] Salnamələrin heç birində I Kennetin atasının başlatdığı səfəri davam etdirdiyini qeyd olunmayıb. Həmçinin, mənbələrdə onun pikt taxt-tacına iddiası olduğunu da qeyd etmir, fəqət müasir tarixşünaslar I Kennetin ya anasının, ya da ki, həyat yoldaşının pikt kral sülaləsindən olduğunu iddia edirlər. Pikt kralı Eoqonanın 839-cu ildə regiona basqınlar təşkil edən vikinqlərlə edilən döyüşdə həlak olması və döyüşdə pikt ordusunun əhəmiyyətli bir hissəsinin ölməsi piktlərin hərbi gücünü zəiflətmişdi. I Kennetin Piktaviyaya səfəri piktlərin regiondakı dominantlığına bir üsyan kimi başlaması ehtimalı da mövcuddur.[h] "Hantinqdon salnaməsi" Eoqonanın ölümündən sonra gerçəkləşmiş hadisələri bu cür təsvir edir:
Kennet yerdə qalan pikt ərazilərinə... danların öz ölkələrini müdafiə edən piktləri böyük bir qırğında öldürməsindən sonra daxil olmuşdur. |
Piktaviyaya səfərindən sonra I Kennet pikt rəhbərlərini öldürmüş, pikt ordusunu məhv etmiş, ölkəni isə viran etmişdir. İkinci siyahıda qeydə alınan 3 kral yəqin ki, taxt-taca namizəd idi. Eyni zamanda, "İrlandiya annalları" 843–850-ci illərdə heç bir hərbi münaqişə barədə məlumat vermir. İzabel Hendersonun fikrinə görə, buna səbəb piktlərin Dal Riada qüvvələrinə o qədər də mühüm müqavimət göstərməməsidir.[9]
Şotlandlar və piktlər kralı
redaktəKennet mak Alpinin Yakob Yakobts de Vet tərəfindən çəkilmiş təsviri. Təx. 1684–1686-cı illər.
|
Tarixi ənənəyə görə, I Kennet piktlər krallığını şotlandlar krallığına (Dal Riada) ihlaq etdikdən sonra yeni bir krallıq qurulmuşdur. Bu krallığın ilkin adı gel dilində Alba olmuş, daha sonra isə Skotiya və ya Şotlandiya (Skotlend) olaraq dəyişmişdir. Krallığın hökmdarları ilk dövrlərdə "Alba kralı" (şot.kelt Righ nan Albannach) titulunu daşıyırdılar. I Kennet kral siyahılarında Şotlandiyanın birinci kralı olaraq qeyd olunur. Buna baxmayaraq, müasir alimlər krallığın son birləşməsi yarıməsr sonra gerçəkləşdiyinə və Kennet mak Alpinin əsas siyasi nailiyyətinin yeni bir sülalə yaratması olduğuna inanırlar. Bu sülalə bütün Şotlandiyada dominantlıq əldə etmişdir ki, burada şotlandlar piktləri assimilyasiya etmişdir.[6][14][20]
Piktlendin fathindən sonra Dal Riadadan olan şotlandlar ölkəyə köçməyə başlayıblar. Piktlər krallarının siyahısı 850-ci ildə bitir, ancaq bu dövrlərdə Dal Riada krallarının siyahısı da bitir. Əlavə olaraq, I Kennet və onun hökuməti də Piktaviya ərazisinə köçmüşdür. Şotlandların əraziyə müharibədən əvvəl köçməsi ehtimalı da var. Bu cür yaşayış məntəqələrinin Skunu paytaxt olaraq seçilməsində böyük rolu olması da mümkündür. "Alba krallarının salnaməsi" əsərinə görə, Dankeld şəhəri 848-ci və ya 849-cu ildə Şotlandiya kilsəsinin mərkəzi olmuşdur. O, Ayona adasındakı tərk edilmiş bir monastırda yerləşən talismanları başqa yerlərə köçürmüşdür. Buna səbəb adanın yerli əhalisinə yaşamağa imkan yaratmayan vikinq basqınları idi. Məşhur tacqoyma daşı da Ayona adasından Skuna köçürülmüşdür. Arxeoloji tədqiqatlardan əldə edilən məlumatlara görə, Forteviot ilk vaxtlarda krallıq sarayı idi, ancaq kral I Donaldın ölümündən sonra salnamələrdə bu yer haqda məlumat verilmir. Şərqdəki şotlandların kütləvi miqrasiyası piktlərin assimilyasiyasına gətirib çıxarmışdır. X əsrdə hazırlanmış "İrlandiya analları" əsəri piktlər kralı titulunu qeyd etsə də, bu, piktlərin müstəqil olduğu mənasını vermir.[i] Piktlərin mülki sistemi və ruhani qanunları şotland qanun sistemi ilə dəyişdirilmişdir. Piktlər bu assimilyasiya prosesinə qarşı etiraz etməmişdir.[6][9][12][21]
I Kennetin hakimiyyəti dövründə baş vermiş hadisələr tarixləri qeyd olunmadan "Alba krallarının salnaməsi" əsərində verilib. O, Nortumbriya krallığının tərkibindəki Lotian vilayətinə 6 dəfə hücum etmişdir. Kennet mak Alpin buradakı Melrouz və Danbar şəhərlərini almış və onları yandırmışdır. O həmçinin, Strayklayd krallığından olan britlərin hücumunə məriz qalmışdır. Bu zaman Danbleyn şəhəri yandırılmışdır. Əlavə olaraq, Danimarkadan gələn vikinqlər I Kennetin hakimiyyət sürdüyü ərazilərə basqınlar təşkil etmişdilər.[6][22]
I Kennet qonşu dövlətlərlə siyasi evliliklər təşkil edərək öz gücünün möhkəmləndirmişdir. O, qızlarını Stratklayd və İrlandiya krallarına ərə vermişdir.[6][22] "Melroza salnaməsi" əsərinə görə, o, Şotlandiyanın ilk qanunverənlərindən biri idi, ancaq onun qanunları bu günə gəlib çatmayıb.[23]
Varislik
redaktə"Olster analları" əsərinə görə, Kennet mak Alpin 858-ci ildə vəfat etmişdir. "Alba krallarının salnaməsi" əsəri onun fevral ayında Forteviotda bədənində yaranan şiş səbəbilə vəfat etdiyi qeyd olunur. Tarixşünaslar bu tarixin 13 fevral olduğunu irəli sürür. O, Ayona adasındakı bir monastırda dəfn edilmişdir. Krallığın varislik sistemi tanistri formasında olduğuna görə, I Kennetin xələfi onun ən böyük oğlu yox, qardaşı I Domnall (Donald) olmuşdu. I Donaldın ölümündən sonra Kennetin oğulları – I Konstantin və Ağayaq Ed ardıcıl olaraq, taxt-taca sahib olmuşdur. Bu dövrdə XI əsrin əvvəllərinə qədər Şotlandiyada hakimiyyət sürən Makalpinlər sülaləsinin adı formalaşmışdır.
Müasir İrlandiya analları ona və onun ilk vəliəhdlərinə "Piktlər kralı" titulunu verir, lakin Kennet mak Alpini "Fortiu kralı" adlandırmırlar. Bu titul VII–IX əsrlərdə hakimiyyət sürmüş dörd pikt kralına verilmişdi. "Piktlər kralı" titulunun Kennetə və onun ilk vəliəhdlərinə verilməsi onların bütün Piktaviyaya hökranlıq etməsinə bir istinad olması ehtimalı var, ancaq Makalpinlərin krallığının sərhədlərinin haraya qədər uzandığı naməlumdur.
Evlilik və övladları
redaktəI Kennetin həyat yoldaşının adı məlum deyil. Onun bir pikt şahzadəsi olması hipotezi mövcuddur.[7] Kennet mak Alpinin övladı olmuşdu. Onlar:
- I Konstantin (hak. 862–877) — Alba kralı.[10][15]
- Ağayaq Ed (hak. 877–878) — Alba kralı.[10][15]
- Qızı; həyat yoldaşı: Run ap Artqal (hak. 872–878) — Stratklayd kralı; oğlu: Eoxeyd (hak. 878–889) — Stratklayd kralı, Alba kralı.[10][15]
- Mel Müir; həyat yoldaşı: Ed Findliat (hak. 855–879) — Aylex kralı, 862-ci ildən İrlandiyanın ali kralı.[10][15]
Dublin kralı I Ağ Olavın (hak. 853–871) həyat yoldaşının I Kennetin qızı olmağı barədə bir fərziyyə mövcuddur.[12]
Qeydlər
redaktə- ↑ Cináed mac Ailpín adın ortagel dilindəki variantıdır. Müasir şotland kelt dilindəki variantı daha doğrusu forması Cionaodh mac Ailpein kimi olur, çünki Coinneach tarixən ayrı bir ad olub. Buna baxmayaraq, müasir şotland kelt dilindəki adların ikisi də eyni məna verir.
- ↑ Dal Riada krallığında üç kral sülaləsi hakimiyyət sürürdü. Kenel Qabran indiki Arqaylın cənubunu və Antrimin (şimal-şərqi İrlandiya) bir hissəsinə hökmranlıq edirdi. Loarnlar sülaləsi krallığın mərkəzi vilayətlərini, Enquslar sülaləsi isə krallığın tərkibindəki adalarda hakimiyyət saxlamışdı.[5]
- ↑ Orijinal sitat:
Máel Coluim macc Cináeda m. Máel Coluim m. Domnaill m. Causantín m. Cináeda m. Alpín m. Echdach m. Áeda Find m. Domongairt m. Domnaill Bricc m. Echach Buidi{facsimile page & column 162d} m. Áedáin m. Gabráin m. Domongairt m. Fergusa m. h-Eircc m. Echdach Muinremuir m. Óengusa Fir m. Feideilmid m. Óengusa m. Feideilmid m. Cormaicc m. Croithluithe m. Find Féicce m. Achir m. Echdach m. Fiachach m. Feidelmid m. Cincce m. Guaire m. Cintae m. Coirpri Rigfhota m. Conaire Cáem - ↑ Salnamə "Poppleton əlyazması" olaraq tanınan XIV əsrdən qalma bir əlyazmada saxlanılır və I Kennetdən II Kennetə (hak. 971–995) qədərki Şotlandiya krallarının hakimiyyətini təsvir edir.[16] Salnamə ilkin olaraq, sadəcə kralların bir siyahısı olacaqdı, ancaq X əsrdə əsərə krallar və onların hakimiyyət haqda detallar əlavə olundu.[17][18]
- ↑ Piktlərin yaşadığı əraziyə verilən ad. Bu region Piktland və ya Piktlend də adlanır.
- ↑ Piktlər krallarının 8 siyahısı mövcuddur ki, onlar da "birinci siyahı" və "ikinci siyahı" adlanan iki protoqrafa əsaslanır.[16]
- ↑ E. Kovan XII əsrdə hazırlanmış kral siyahılarının əl ilə yazılmış versiyalarına əsaslanaraq, piktlərin krallığının fəth edilməsi barədə məlumatlar daha əvvəlki protoqraflarda da verilmişdi, ancaq naməlum səbəblərə görə daha sonra növbəti siyahılardan silinmişdir.[7]
- ↑ 741-ci ildə Dal Riada piktlər kralı I Enqus tərəfindən işğal edilmişdi. Bundan sonra krallıq öz hökmdarına sahib olmasına baxmayaraq, piktlərdən asılı vəziyyətə düşmüşdür.[19]
- ↑ "Piktlər kralı" titulunu daşıyan son Şotlandiya kralı II Donald idi.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 (unspecified title). ISBN 9781317451587
- ↑ 1 2 3 4 5 6 Lundy D. R. Kenneth I 'the Hardy', King of Alba // The Peerage (ing.).
- ↑ 1 2 Bell A. Kenneth I // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ Skin, 1867. səh. 83
- ↑ 1 2 Fyodorov, 2017. səh. 51–54
- ↑ 1 2 3 4 5 6 7 Anderson, Kenneth I
- ↑ 1 2 3 Fyodorov, 2017. səh. 63–65
- ↑ CELT, Qlendalox kitabı. səh. ¶1696
- ↑ 1 2 3 4 5 6 Henderson, 2004. səh. 115–121
- ↑ 1 2 3 4 5 6 "SCOTLAND, KINGS". fmg.ac. Foundation for Medieval Genealogy. 11 fevral 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
- ↑ "Kenneth I". britannica.com (ingilis). Encyclopedia Britannica (onlayn). 4 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
- ↑ 1 2 3 Makay, 1892
- ↑ Anderson, Dál Riata Dalriada
- ↑ 1 2 3 4 Mak-Kenzi, 2003. səh. 90
- ↑ 1 2 3 4 5 "Kenneth I 'the Hardy', King of Alba". thepeerage.com (ingilis). The Peerage. 5 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2019.
- ↑ 1 2 Henderson, 2004. səh. 161–163
- ↑ Vulf, 2007. səh. 87–93
- ↑ Dumvill, 2018. səh. 73–86
- ↑ Henderson, 2004. səh. 72–74
- ↑ Алба (I). Moskva: Böyük rus ensiklopediyası. 2005. səh. 405. — ISBN 5-85270-329-X
- ↑ Razmari, 2010, 661
- ↑ 1 2 Mak-Kenzi, 2003. səh. 94
- ↑ Fyodorov, 2017. səh. 80
Ədəbiyyat
redaktə- Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- S. E., Fyodorov. Средневековая Шотландия (rus). Moskva: Дмитрий Буланин. 2017. səh. 352. — ISBN 978-5-86007-758-4 — ISBN 978-5-86007-847-5.
- Henderson, İzabel. Пикты. Таинственные воины древней Шотландии (rus). Мoskva: ЗАО Центрополиграф. 2004. səh. 217. — ISBN 5-9524-1275-0.
- Makay, A. C. G. Kenneth I // Dictionary of National Biography. Johnes to Kenneth (ingilis) (XXX). Oksford: Oxford University Press. 1892. səh. 437–439.
- Anderson, M. O. Dál Riata Dalriada, kings of (act. c. 500–c. 850) // Oxford Dictionary of National Biography (ingilis). Oksford: Oxford University Press.
- "Qlendalox kitabı (Roulinson geneologiyaları)". CELT.
- Anderson, M. O. Kenneth I (Cináed mac Alpin, Kenneth Macalpine) (d. 858) // Oxford Dictionary of National Biography (ingilis). Oksford: Oxford University Press.
- Mak-Kenzi, Aqnes. Рождение Шотландии (rus). Sankt-Peterburq: Евразия. 2003. səh. 336. — ISBN 5-8071-0120-0
- Razmari, Qorinq. Шотландия. Автобиография. Биографии великих стран (rus). Эксмо. 2010. səh. 661. — ISBN 978-5-699-41533-5
- "Olster annalları. I hissə". CELT. ("ingilis dilinə tərcümə edilmiş variantı".)
- "Alba krallarının salnamələri".
- Skin, Uilyam Forbs. Chronicles of the Picts, Chronicles of the Scots, and Other Early Memorials of Scottish History (ingilis). Edinburq: Edinburgh General Register House. 1867.
- Dumvill, D.N. "Gaelic Macro-Genealogy and the Development of an Origin-Legend for the Kingdom of Alba". The Innes Review (ingilis). 69 (2). 2018: 165–170. doi:10.3366/inr.2018.0174. eISSN CITEREFDumvill2018 1745-5219 CITEREFDumvill2018 (#bad_issn). ISSN 0020-157X.
- Foster, Selli. Picts, Gaels and Scots (ingilis). 2005.
- Alkok, Lezli. Kings and Warriors, Craftsmen and Priests in Northern Britain AD 550–750 (ingilis). Şotlandiya Ənqitəçilər Cəmiyyəti. 2003.
- Vulf, Aleks. From Pictland to Alba: Scotland, 789–1070. New Edinburgh History of Scotland (ingilis). 2007.
- The Oxford Companion to Scottish History (ingilis). 2001.
- Tranter, Naycel. Kenneth (ingilis). 1994.
- Bannerman, Con. The Scottish Takeover of Pictland // Spes Scotorum: Hope of Scots. Saint Columba, Iona and Scotland (ingilis). Edinburq: T & T Clark. 1999. — ISBN 0-567-08682-8
- Braun, Deyvid. Kenneth mac Alpin // The Oxford Companion to Scottish History (ingilis). Oksford: Oxford University Press. — ISBN 0-19-211696-7
- Braun, Deyvid. Pictish Kings 761–839: Integration with Dál Riata or Separate Development // The St Andrews Sarcophagus (ingilis). Dublin: Four Courts Press. — ISBN 1-85182-414-6
- Braun, Deyvid. Dunkeld and the origins of Scottish Identity (ingilis).
- Klensi, Tomas Ouen. Caustantín son of Fergus (ingilis).
- Dunkan, A. A. M. The Kingship of the Scots 842–1292: Succession and Independence (ingilis). Edinburq: dinburgh University Press. 2002. — ISBN 0-7486-1626-8
- Forsit, Katerin. Scotland to 1100 // Scotland: A History (ingilis). Oksford: Oxford University Press. — ISBN 0-19-820615-1
- Foster, Selli. Picts, Gaels and Scots: Early Historic Scotland (ingilis). London: Batsford. — ISBN 0-7134-8874-3
- Herbert, Mayre. Ri Éirenn, Ri Alban kingship and identity in the ninth and tenth centuries // Kings, clerics and chronicles in Scotland 500–1297 (ingilis). Dublin: Four Courts Press. — ISBN 1-85182-516-9
- O'Brayn, Mixael A. Corpus genealogiarum Hiberniae (latın). 1976: DIAS. (rəqəmsal variantı: O'Korrayn, Donnxad. "Genealogies from Rawlinson B 502". Corpus of Electronic Texts. Kork: University College. 1997.)
- O'Korrayn, Donnxad. Vikings in Ireland and Scotland in the ninth century // Peritia (PDF) (ingilis) (XII). 1998. səh. 296–339.
- Vulf, Aleks. Constantine II (ingilis).
- Vulf, Aleks. Kingdom of the Isles (ingilis).
Xarici keçidlər
redaktə- "Robert Lui Stivensonun şeiri – Heather Ale". Archived from the original on 2003-11-03. İstifadə tarixi: 2019-02-16.
- "Tigernax annalları". CELT.
- "Dörd usta annalları. I hissə". CELT. ("ingilis dilinə tərcümə edilmiş variantı".)
- "Duan Albanax". CELT. ("ingilis dilinə tərcümə edilmiş variantı".)