I Sultan Mahmud Xan - Wikipedia
I Sultan Mahmud xan (1464, Moğolustan – 1508, Xücənd) — Moğolustan hakimi, Yunus xanın oğlu.
I Sultan Mahmud xan | |
---|---|
1487 – 1508 | |
Əvvəlki | Yunus xan |
Sonrakı | Mənsur xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moğolustan |
Vəfat tarixi | |
Vəfat yeri | Moğolustan |
Atası | Yunus xan |
Ailəsi | Çingizlilər, Cığataylılar |
Dini | Sünni İslam |
Həyatı
redaktəSultan Mahmud xan Yunus xan oğlu 1464-cü ildə anadan olmuşdu.1485-1487-ci ilərdə Daşkəndin hakimi olmuşdu. 1487-ci ildə atasının vəfatından sonra ümumi xan elan edilmişdi. Amma faktiki olaraq qərbi Moğolustana başçılıq edirdi.
I Sultan Mahmud xan şəxsiyyətcə sakit, həlim, dava-dalaşdan uzaq adam idi. Şeirə, musiqiyə önəm verirdi. Onun hakimiyyəti dönəmində Duqlat tayfası ara vuruşmaları ilə hakimiyyəti sarsıdırdı. Bir yandan da qardaşı oğlanları, Sultan Xəlil oğlanla Sultan Səid oğlan hakimiyyət uğrunda mübarizə aparırdılar.
I Sultan Mahmud xan 1502-1503-cü illərdə qardaşı Sultan Əhməd oğlanla bərabər Məhəmməd Şeybani xana qarşı döyüşə atılmışdı. Son döyüşdə Çuçi nəslindən olan Özbək xanına əsir düşdü, lakin tezliklə azad edildi.
I Sultan Mahmud xan 1504-cü ilin yazında hakimiyyəti faktiki olaraq qardaşı oğlu Mənsur xana verib, Yeddikəndə (Cetikentə) çəkildi.4 il orda yaşayaraq daxili çəkişmələrdən uzaq qaldı. 1508-ci ildə oğulları ilə Mavəraünnəhrə gedərək Məhəmməd Şeybani xandan yardım istədi. Məhəmməd Şeybani xan onu Xocənddə, Sırdəryanın kənarında övladları ilə bərabər öldürdü.
Ədəbiyyat
redaktə- Акимушкин О. Ф. Средневековый Иран: Культура, история, филология. — СПб.: Санкт-Петербург "Наука", 2004. — С. 257-264. — 403 с. — (Восток: Общество, культура, религия). — 1200 экз. — ISBN 5-02-027059-8.
- Султанов Т. И. Чингиз-хан и Чингизиды. Судьба и власть. — М.: АС:АСТ МОСКВА, 2006. — 445 с. — (Историческая библиотека). — 5000 экз. — ISBN 5-17-0358040.