Ichthyaetus Melanocephalus - Wikipedia
Ichthyaetus melanocephalus (lat. Ichthyaetus melanocephalus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ichthyaetus cinsinə aid heyvan növü.
Ichthyaetus melanocephalus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ichthyaetus melanocephalus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Statusu
redaktəNadirdir.
Kateqoriyası
redaktə(EN). Təhlükə altındadır.
Genefond əhəmiyyəti
redaktəAzərbaycanda cinsin 8 növün-dən biridir.
Qısa təsviri
redaktəBaşı və boynunun yuxarı hissəsi parlaq qara, qanadlarının ucu ağdır. Dimdiyi iri və qırmızıdır, amma qara zolağı var.
Yayılması
redaktəAvropa və Asiyada yayılıb, qışlamaq üçün Aralıq dənizinə qədər miqrasiya edir. Azərbaycanda Bakı arxipelaqında nəsil verir. Miqrant populyasiyası Xəzər dənizi sahilində və daxili su hövzələrində müşahidə olunur.
Yaşayış yeri və həyat tərzi
redaktəBitki örtüyündən məhrum olan kiçik adada nəsil verir. Yem üçün materikə uçur. Əsasən miqrasiya dövründə olur, kiçik bir populyasiyası Bakı arxipelaqının Babur-Qutan adasında nəsil verir. May ayında gəlir. Adada yosundan suya yaxın yuva tikir, içəri¬si¬nə lələk döşəyir, 2-3 açıq rəngli (ağımtıl-boz) yumurta verir, 27-28 gün kürt yatır, iyun ayının ikinci yarısında körpə ba¬la¬ları olur, avqustda isə pərvaz balaları müşahidə edilir. Adanın və dənizin sahilindən xırda balıq ovlayır, lakin çox vaxt materikə uçub həşərat və başqa onurğasızları, bəzən də siçanabənzər gəmiriciləri ovlayır.
Sayı
redaktə1980-ci illərə qədər Azərbaycanda nəsil verməsi məlum olmayıb. 1982-ci ildə Q.T. Mustafayev Bakı arxipe-laqının Babur-Qutan adasında nəsil verməsini öyrənib və öz diplomçu tələbəsi Yaşar Hüseynovun diplom işi əsərinə daxil etdirib. Sonrakı sayı 04. 01. 1998-ci ildə Samur çayının deltasında 49 fərd, 13 may 1989-cu ildə Bakı arxipelaqının Qutan adasında 28 cüt (reproduktiv), 13 aprel 1990-cı ildə Kiçik Qızılqaz gölündə (Şirvan Milli Parkı) 1 fərd olub. 2002-ci ildə Azərbaycanda 350, 2009-cu ildə isə 140 fərd qarabaş qağayı qeyd olunub.
Məhdudlaşdırıcı amillər
redaktəAdaların yaxınlığında icazəli ovçuluq edilməsi, qağayıların yumurtasından ərzaq kimi istifadə olunması, səs-küyün çoxalması.
Əhali üçün əhəmiyyəti
redaktəElmi və estetik əhəmiyyəti var. Əsas yemi çəyirtkə və siçandır.
Qorunması üçün qəbul edilmiş tədbirlər
redaktəOvlanması və yumurtasının yığılması qadağandır. Faydalı fauna sta-tusu ilə qorunur. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq ərazilərində olan yasaqlıqlar əsas biotopudur. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
redaktəBakı və Abşeron arxipelaqlarının Dövlət Təbiət Yasaqlığı statusu ilə qorunması çox faydalı olar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2011.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3