Interfood Azerbaijan - Wikipedia
InterFood Azerbaijan — beynəlxalq qida sənayesi sərgisi. Vahid platformada sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, ət-süd məhsulları, şirələr, çay, tütün, delikates və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim olunur.[2]
InterFood Azerbaijan | |
---|---|
azərb. Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi | |
Status | aktiv |
Janr | sərgi |
Tezliyi | hər ilin yazında |
Məkan | Bakı Ekspo Mərkəzi |
Yer | Bakı |
Ölkə | Azərbaycan |
Yaradılıb | 1994-cü il[1] |
Növbəti | 17-19 May, 2023-cü il |
Təşkilatçı | Caspian Event Organisers |
interfood.az |
Məqsəd
redaktəInterFood Azerbaijan sərgisi qida sənayesi iştirakçılarının ən əsas görüş yerlərindən birinə çevrilmişdir. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır.[3]
Tarix
redaktəWorldFood Azerbaijan 2018
redaktəWorldFood Azerbaijan 2018 tədbirində dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirdilər. Sərgidə həmçinin Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendləri ilə iştirak etdilər.
WorldFood Azerbaijan 2019
redaktəWorldFood Azerbaijan 2019 sərgisində dünyanın 32 ölkəsini təmsil edən 440 şirkət geniş çeşidli qida məhsulları və bu sahədə ən son innovativ yeniliklərini nümayiş etdirdilər. (Caspian Agro sərgisi ilə bir yerdə)
InterFood Azerbaijan 2021
redaktəInterFood Azerbaijan 2021 sərgisində Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Əfqanıstan, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva və Niderland da daxil olmaqla 27 ölkədən 248 şirkət iştirak edir.[4][5] ( Caspian Agro sərgisi ilə bir yerdə)
InterFood Azerbaijan 2022
redaktəInterFood Azerbaijan sərgisinə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.[6]
Sərgi bölmələri
redaktəSərginin aşağıdakı bölmələri mövcuddur.[7]
- Ət və quş
- Süd məhsulları, dondurma
- Yağ-piy məhsulları
- Konservləşdirilmiş məhsullar
- Qənnadı və çörək-bulka məmulatları
- Bakaleya malları
- Meyvə, tərəvəz
- Dondurulmuş məhsullar
- Uşaqlar üçün və pəhriz qida məhsulları
- Tütün məmulatları
- Qida əlavələri və inqrediyentlər
- Sağlam Qida
- Balıq və dəniz məhsulları
- Delikateslər və ekzotik dəniz yeməkləri
Qalereya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "InterFood Azerbaijan 2020 : 26th Azerbaijan International Food Industry Exhibition". TSNN (ingilis). 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
- ↑ "InterFood Azerbaijan | 10times". 10times.com (ingilis). 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
- ↑ "525-ci Qəzet - Bakıda "WorldFood Azerbaijan 2016" sərgisi". 525.az. 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
- ↑ "Bakı Ekspo Mərkəzində "Caspian Agro 2021" və "InterFood Azerbaijan 2021" sərgiləri açılıb". 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
- ↑ "Interfood Azerbaijan 2020". www.nutfruit.org (ingilis). 2022-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
- ↑ Azərbaycan, Sputnik. "Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri işə başlayır". Sputnik Azərbaycan (az.). NaN. 2022-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
- ↑ ""InterFood Azerbaijan 2020" - 26-я Азербайджанская Международная Выставка «Пищевая Промышленность»". agrostory.com. 2023-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2022.
Xarici keçidlər
redaktə- interfood.az — Rəsmi saytı