Iris Paradoxa F Choschab - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Iris paradoxa f. choschab — Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü.
Iris paradoxa f. choschab | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Iris paradoxa f. choschab |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Kökümsovu qısa, sürünəndir. Gövdəsi 5—12 sm hündürlükdə, bir ədəd iri təpə çiçəklidir. Yarpaqları boz-göyümtül, ensiz – xətti, 2–3 mm enindədir. Təpə yarpaqları lansetvari, sivriləşmişdir. Çiçəkyanlığının borucuğu yumurtalıqdan qısadır, xarici hissələri xətti kürəkvari, qara – bənövşəyi, 3-4 sm uzunluğunda, 10–13 mm enində, daxildəkilər –iri, tərs –yumurtavari, ağ və ya mavi rəngli, göy-bənövşəyi damarlıdır. Tozcuqları sarımtıldır. Sütuncuğun hissəcikləri sarımtıl-qonur rəngli qonur ləkələrlə, dilimləri küt, diş-dişdir.[1][2][3]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəAprel ayında çiçəkləyir, may ayında toxumlayır, orta dağ qurşağında quru, daşlı yamaclarda rast gəlinir. Çoxalması kökümsov və ya toxumladır. Mezokserofitdir. Dekorativ bitkidir.[2]
Yayılması
redaktəDiabar (əsasən Lerik rayonu və Qosmalyan kəndinin ətrafında).[2][4]
Sayı və tendensiyası
redaktəPopulyasiyanın vəziyyətinin pisləşməsi və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma), ətraf mühitin sərt amillərinə həssaslıq və zəif təkrarlanması.[5]
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, soğanaq və toxumların toxum bankında saxlanılması təklif olunur.
İstinadlar
redaktə- ↑ Гроссгейм А.А., 1940
- ↑ 1 2 3 Флора Азербайджана, 1952
- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- ↑ Məmmədov Q., Yusifov E., Xlilov M., Kərimov V., 2012
- ↑ "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-27.