Jul Byanki - Wikipedia
Jül Byanki (fr. Jules Lucien André Bianchi 3 avqust 1989[1][2][…], Nitsa, Fransa[1][3] – 17 iyul 2015[1][2][…], Nitsa, Fransa[1][3]) — fransız Formula-1 pilotu, Marussia Formula-1 komandasının əsas üzvü. Jül Byanki müxtəlif avtomobil yarışlarında iştirak etmişdir. Əvvəlcə aşağı dərəcəli avtomobil yarışlarında və kartinqlərdə pilot olan Byanki 2013-cü ildən etibarən Formula-1 pilotu kimi tanınır. 2014-cü ilin 5 oktyabr tarixində Yaponiyanın Suzuki Qran Prisinin 43-cü dövrəsində evakuator ilə toqquşan pilot ağır yaralanmışdır.
Jül Byanki | |
---|---|
fr. Jules Bianchi | |
Doğum tarixi | 3 avqust 1989[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 iyul 2015[1][2][…] (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | yarış avtomobili pilotu[d], Formula 1 pilotu |
Fəaliyyət illəri | 2007–2014 |
Vikianbarda əlaqəli mediafayllar |
Səkkiz ay xəstəxanada müalicə olunmasına baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmamışdır və 2015-ci ilin 17 iyul tarixində ailəsi tərəfindən ölüm xəbəri rəsmən elan edilmişdir.[4][5] Jül Byanki 1994-cü ildə Formula-1 pilotu Ayrton Sennanın San-Marino transında faciəvi ölümünün ardından həlak olan ikinci Formula-1 pilotudur.[6][7]
Həyatı
redaktəJül Byanki 1989-cu ildə Fransanın Nitsa şəhərində anadan olmuşdur.[8][9][10] Avtomobil yarışlarına kartinq ilə başlamış, 2007-ci ildə kartinq yarışlarını Formula-1 yarışları ilə əvəzləmişdir.[8][11] 2007-ci ildə Formula Renault 2.0 komandası ilə Formula 3 Euro Series yarışlarının qalibi olmuşdur.[12][13] 2009-cu ildən etibarən GP2 Asia Series yarışlarında yarışmağa başlayan Jül 2010-cu il sezonunda GP2 pilotu seçilmişdir.[14][15]
GP2-də yarışlara çıxdığı dönəmdə, Skuderiya Ferrari komandasının test sürücüsü seçilmişdir.[16] 2012-ci il sezonununda Skuderiya Ferrari tərəfindən Force İndia komandasına icarəyə verilən Byanki əvəzedici pilot kimi test yürüşlərində trasa çıxmışdır.[17] 2013-cü il sezonunun əvvəlində, müqaviləsi ləğv edilən Luis Razianın əvəzinə Marussia Formula-1 komandasının əsas pilotu seçilmiş və 2014-cü il sezonu boyunca yarışlarda komandası üçün mübarizə aparmışdır.[18][19]
Formula-1 yarışlarının gələcək ulduzu kimi görülən Jul Byanki 2014-cü ilin 5 oktyabr tarixində Yaponiyanın Suzuka şəhərində keçirilən Formula-1 yarışlarında ağır qəza keçirmişdir.[20][21][22] Hadisə baş verən gün Yaponiya və ölkənin şimal əraziləri güclü Panfon tayfunundan əziyyət çəkməkdə idi. Şiddətli yağışların altında keçirilən yarışın 43-cü dövrəsində avtomobilinin idarə etməsini itirən Jül Byanki daha əvvəl qəza keçirmiş bir yarış avtomobilini trasdan kənarlaşdırmağa çalışan evakuator ilə toqquşmuşdur.[23][24][25][26]
Qəzadan sonra Byankinin huşunun itirilməsi barədə raport yayınlandı. İlkin tibbi yardımını ardından xəstəxanaya yerləşdirilən fransız pilot səkkiz ay xəstəxanada qaldıqdan sonra 2015-ci ilin 17 iyul tarixində vəfat etmişdir. Jül Byankinin ölümünə qədər Formula-1 pilotları arasında ölüm faktı 1994-cü ildə Ayrton Sennanın San-Marino transında faciəvi ölümü ilə baş vermişdir.[27]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Driver Database (ing.).
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Jules Bianchi // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Fichier des personnes décédées mirror.
- ↑ "Formule 1 : mort du pilote français Jules Bianchi". 18 July 2015. 6 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2015.
- ↑ "Jules Bianchi dies nine months after crash in Japanese F1 GP". 18 July 2015. 24 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2015.
- ↑ "Jules Bianchi dies". ESPN. 2015-07-18. 2016-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-20.
- ↑ "F1 driver dies from Suzuka crash injuries". bbc.com. 2015-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-18.
- ↑ 1 2 Heirman, Gregory. "Interview with Bianchi". Fotofurmulak. 12 December 2009. 8 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2014.
- ↑ "'Shirking responsibility': Jules Bianchi's mother hits out over son's horror crash". Sunday Express. 18 October 2014. 6 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2015.
- ↑ fabwag. "Camille Marchetti: F1 Driver Jules Bianchi Girlfriend". Fabwags.com. 23 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2015.
- ↑ Beer, Matt. "Calado to be managed by Nicolas Todt". Asia Eurosport. 1 May 2013. 26 May 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2013.
- ↑ "Jules Bianchi". F1 Fanatic. 21 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2013.
- ↑ "Jules Bianchi statistics". Driverdb. 4 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2014.
- ↑ "Results:Formula 3 euro series season". Speedsport. 18 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2013.
- ↑ "Jules Bianchi". Sporting Life.com. 20 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 October 2013.
- ↑ Cheese, Caroline. "Belgian GP practice as it happened". BBC Sport. BBC. 28 August 2009. 11 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2009.
Entertaining kerfuffle in the Ferrari garage as Jules Bianchi, who is the latest driver to be linked with Luca Badoer's seat, stands behind Badoer's car like some kind of Grim Reaper.
- ↑ "Montezemolo gives Badoer one more chance, Bianchi waits for call up". jamesallenonf1.com. 25 August 2009. 23 September 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 September 2009.
- ↑ Beer, Matt. "Ferrari expands young driver academy". Autosport. Haymarket Publications. March 6, 2010. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 7, 2013.
- ↑ O'Leary, Jamie. "Bianchi signs long-term Ferrari deal". Autosport. Haymarket Publications. 2 December 2009. 15 June 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 December 2009.
- ↑ "Bianchi's condition remains desperate". Grandprix.com. 15 October 2014. 5 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 July 2015.
- ↑ "Jules Bianchi dies nine months after crash in Japanese F1 GP". AUTOSPORT.com. 18 July 2015. 24 March 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2015.
- ↑ "F1 to make key changes after Bianchi smash". AFP.com. 10 October 2014. 15 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 July 2015.
- ↑ "AUTOSPORT Live: Sunday – Japanese Grand Prix – F1 2014 Japanese Grand Prix". Autosport. 7 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2014.
- ↑ "Formula 1 – Bianchi 'undergoing surgery' after Suzuka crash". Yahoo Eurosport UK. 5 October 2014. 6 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2014.
- ↑ Smith, Luke. "Bianchi suffers severe head injuries at Suzuka, requiring surgery". MotorSportsTalk. NBC Sports. 5 October 2014. 5 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2014.
- ↑ "Bianchi operato per grave ematoma (update)" (Italian). Autosprint. 5 October 2014. 6 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 July 2015.
- ↑ "F1 driver Bianchi dies 9 months after Suzuka crash". Reuters. CNN Phillipines. 18 July 2015. İstifadə tarixi: 18 July 2015.[ölü keçid]