Jan Mariya Vizkonti Milan Hersoqu - Wikipedia
Jan Mariya Vizkonti (it. Giovanni Maria Visconti; 7 sentyabr 1388[1], Abbiateqrasso[d], Milan əyaləti – 16 may 1412[1], San Gottardo[d], Milan hersoqluğu[1]) — II Milan hersoqu. Zalımlığı və sui-qəsd nəticəsində öldürülməsiylə tanınır.
Jan Mariya Vizkonti | |
---|---|
3 sentyabr 1402 – 16 may 1412 | |
Əvvəlki | Jan Qaleazzo Vizkonti |
Sonrakı | Filippo Mariya Vizkonti |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 sentyabr 1388[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 16 may 1412[1] (23 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | Jan Qaleazzo Vizkonti[2] |
Anası | Katerina Vizkonti (Milan hersoqinası)[2] |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası ilk Milan hersoqu Jan Qaleazzo Vizkonti, anası isə onun həm əmisi qızı, həm də ikinci xanımı olan Katerina Vizkontidir. Atasının vəfatının ardından hələ 13 yaşında ikən anasının naibəliyi altında Milan hersoqu elan edildi. Buna baxmayaraq atasının ani ölümü ilə bölgədəki əyanlar və kondottiyerilər taxt mübarizəsinə başladılar. Bu taxt mübarizəsi əsnasında anasından belə şübhələnən Jan Mariya 18 avqust 1404-cü ildə onu Montsada həbs etdirdi. Qısa müddət sonra həbs tutulduğu qalada şübhəli vəziyyətdə vəfat edən anası Katerina Vizkontinin ölümündən məsul tutuldu.
Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən əyanların ən böyük bəhanəsi isə Jan Mariyanın dövlət idarəsindən xəbərsiz olması və qəddarlığı ilə hər kəsi can qorxusuna salması idi. Edama məhkum edilən şəxsləri parçalaması üçün xüsusi itlər bəsləməsiylə məşhur olan Jan Mariya özünə tərəfdar toplamaq məqsədilə 1408-ci ildə Rimini lordunun qızı Antoniya Malatesta ilə nikahlandı. Ancaq cütlüyün övladı olmadı.
Apardığı sərt siyasət və qəddarlığı səbəbilə, 16 may 1412-ci ildə Milandakı San Qottardo kilsəsi önündə sui-qəsd nəticəsində qətlə yetirildi. Ölümünün ardından qardaşı Filippo Mariya taxta çıxarıldı.
Mənbə
redaktə- Rossi, Antonio Domenico (1830). Ristretto di storia patria ad uso de'Piacentini (in Italian). Maino. p. 245
- Sabatini, Raphael (1926). Bellarion the fortunate: a romance. Boston: Houghton Mifflin
- Tonini, Luigi (1884). Rimini (in Italian). Vol. 5. Rimini: Orfanelli e Grandi. p. 22
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Gamberini A. GIOVANNI MARIA Visconti, duca di Milano // GIOVANNI MARIA Visconti, duca di Milano (it.). 2001. Vol. 56.
- ↑ 1 2 Lundy D. R. Giovanni Maria Visconti, Duca di Milano // The Peerage (ing.).