Konullu Semkir - Wikipedia
Könüllü — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Könüllü | |
---|---|
40°47′03″ şm. e. 46°14′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 279 m |
Saat qurşağı | |
Toponimikası
redaktəYerli əhalinin məlumatına görə, 1920-ci illərdə yeni yaşayış məntəqəsi salmaq üçün dövlət Qarayir adlı ərazidə torpaq sahəsi ayırsa da, ora heç kim köçmürdü. 30-cu illərin əvvəllərində şair Əhməd Cavad burada ilk dəfə özünə ev tikdirmiş, bir qədər sonra isə onun təşəbbüsünə könüllü qoşulan Seyfəli camaatının Abbaslı kəndinin Kələntərli məhəlləsi buraya köçmüş və kənd Körpüqıran adlandırılmışdır. Könüllü eyni zamanda bir tayfanın adıdır.[1]
Tarixi
redaktə1890-cı illərdə Seyfəli və İrmaşlı kəndlərindən gəlmə əhali tərəfindən salınıb. Əvvəllər insanlar burada köçəri həyat yaşayıblar, buradan qışlaq olaraq istifadə ediblər. Sonradan buraya bir çox ailələr köçərək böyük bir kənd salınıb.
Coğrafiyası və iqlimi
redaktəKənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
redaktəKənd əhalisi 5073 nəfərdir ki, onunda 51% kişi, 49% isə qadınlar təşkil edir.
İqtisadiyyatı
redaktəKənddə 1093 təsərrüfat var. Kənd əhalisinin əsas məşğulliyəti taxılçılıq və heyvandarlıqdır. SSRİ vaxtında burada şərab zavodu tikilmişdir. Bununla əlaqədar olaraq bu kəndə Gədəbəy və Daşkəsən rayonlarından işləmək üçün gələnlər olmuşdur. Hazırda zavod fəalliyətini tam dayandırmışdır. Bu kənd üzüm bağları ilə çox məşhur olmuşdur. 1999-cu ilədək üzüm bağları olmuşdur. Hazırda vaxtilə üzüm bağları olan ərazilər fərdi təsərrüfatla məşğul olan insanlar tərəfindən taxıl və otlaq sahələri olaraq istifadə olunur.
Mədəniyyəti
redaktəKənddə 1 poçt, 2 rabitə qovşağı və 1 mədəniyyət evi var.
Təhsil
redaktəKənddə 2 orta məktəb və 4 uşaq bağçası fəaliyyət göstərir.
Din
redaktəSəhiyyə
redaktəKənddə 2 tibb məntəqəsi mövcuddur.
İstinadlar
redaktə- ↑ Könüllü (Şəmkir) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Həmçinin bax
redaktə Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |