Korpe Hitleri Oldurmek - Wikipedia
Körpə Hitleri öldürmək – etika və nəzəri fizikada zamanda səyahət edərək körpə Adolf Hitleri öldürməkdən bəhs edən fikir təcrübəsi. Bu məsələ həm insan öldürmək, həm də doğuracağı nəticələr səbəbilə etik dilemmaya səbəb olur. Körpə Hitleri öldürmək İkinci Dünya müharibəsindən etibarən elmi fantastikanın mövzularından biridir və etika müzakirələrində səsləndirilir.
Körpə Hitleri öldürməyin etik doğruluğu barədə konsekvensialist, deontoloji və utilitarist arqumentlər irəli sürülmüşdür. Təbiət yoxsa tərbiyə baxış bucağı isə körpə Hitleri öldürmək əvəzinə onun böyüdüyü cəmiyyəti dəyişməyi müdafiə edir. Məsələ nəzəri fizikada da müzakirə olunmuşdur.
Körpə Hitleri öldürmək barədə ictimaiyyətin fikri müxtəlifdir. Florida qubernatoru Ceb Buş və aktyor Tom Henks öldürməyi dəstəkləsələr də, komediyaçı Stefan Kolbert və Ben Şapiro bu fikrə qarşı çıxmışdır. 2015-ci ildə "The New York Times" bu mövzu üzrə oxucuları arasında sorğu keçirmişdir.
Etik fikir təcrübəsi
redaktəKonsekvensialist arqument
redaktəKonsekvensializmə görə istənilən hərəkətin əxlaqi baxımdan doğruluğu səbəb olduğu nəticələrə əsasən qiymətləndirilə bilər.[1] Konsekvensialist etikaya görə proqnozlaşdırıla bilən tez nəticələrlə proqnozlaşdırıla bilməyən potensial nəticələr dixotomiya əmələ gətirir. Məsələn, Yohan Küberqerin gənc Hitleri xilas etməsi onun həyatında motivasiya edici faktor kimi qalıb müsbət nəticəyə səbəb olsa da, eyni zamanda Hitlerin hakimiyyətə yüksəlməsi kimi mənfi nəticəyə səbəb olmuşdur.[2]
Körpə Hitleri öldürmək proqnozlaşdırıla bilməyən nəticələrə səbəb olduğu üçün Hitlerin əvəzinə ondan daha pis olan bir şəxsin hakimiyyətə yüksəlməsi ehtimallardan biridir.[3] Körpə Hitleri öldürməyin səbəb olacağı nəticələr məlum olmadığı üçün problemin dəqiq həlli yoxdur.[4]
Deontoloji arqument
redaktəDeontologiyaya görə istənilən hərəkətin əxlaqi baxımdan doğruluğu səbəb olduğu nəticələrə görə yox, etik dəyərlərlə müəyyənləşdirilə bilər. Cəmiyyətin ümumi xeyrinə olsa belə deontologiya istənilən qətli qəbul etmir.[5] Deontoloji etika körpə Hitleri öldürməyə qarşıdır[6] və potensial nəticələrdən asılı olmayaraq istənilən körpəni öldürməyi yanlış hesab edir.[7]
Utilitarist arqument
redaktəUtilitarizm maksimum xoşbəxtliyi və minimum əziyyəti hədəfləyən fəlsəfi baxışdır.[8] Utilitarizm etikası körpə Hitleri öldürməyə haqq qazandırır,[9] çünki səbəb olacağı fayda daha çoxdur.[7] Utilitarizmə görə Hitler milyonlarla insana əziyyət yaşatdığı üçün bir körpəni öldürmək milyonlarla şəxsi xilas etmək üçün kifayətdir.[10]
Utilitarist baxış bucağı tramvay problemini xatırladır.[11] Utilitaristlərə qarşı istifadə olunan əks-arqument körpə Hitleri öldürməyin cəmiyyətin maksimum xoşbəxtliyinə qarantiya vermədiyini bildirir,[12] çünki körpə Hitleri öldürməyin səbəb olacağı nəticələr məlum deyil. ABŞ filosofu Ceynet Stemvedel körpə Hitleri öldürməyi cəmiyyətin maksimum xoşbəxtliyi üçün etibarsız vasitə adlandırmışdır.[8]
Təbiət yoxsa tərbiyə
redaktəTəbiət yoxsa tərbiyə baxış bucağı körpə Hitleri öldürmək əvəzinə onu daha düzgün mühitə qoymağı müdafiə edir. Bu fikrə görə Hitlerin şəxsiyyətini formalaşdıran əsas faktor böyüdüyü mühit olmuşdur[13] və körpə Hitler öldürülsə belə bu mühit ortadan qalxmayana qədər Hitler kimi şəxslər ortaya çıxmağa davam edəcək.[14]
Ceynet Stemvedel bu arqumentlə razılaşmayaraq Hitlerin böyüdüyü ətraf mühitin sosial vəziyyətini dəyişməyin mənasız olduğu bildirmişdir. Belə ki, ona görə Hitlerin törətdiyi cinayətlər sadəcə özü ilə bağlı deyil, onu seçən, dəstəkləyən və hakimiyyətə gətirən kollektiv şüurla da bağlıdır.[8]
Nəzəri fizikada
redaktəKörpə Hitleri öldürmək sualı "Hitlerin qətli paradoksu"[15] adlandırılan baba paradoksunu doğurur.[16] Zamanın B nəzəriyyəsinə görə[17] körpə Hitleri öldürmək məqsədilə keçmişə zəyahət edən biri əgər körpə Hitleri öldürə bilsə, gələcəkdən keçmişə səyahət etmə səbəbini yox etmiş olacaq. Bunu nəzərə aldıqda keçmişin artıq baş verdiyi, onu dəyişməyin mümkünsüzlüyü barədə fikir ortaya çıxır.[18] Hitler 1945-ci ildə özünü öldürdüyü üçün heç bir zaman səyyahının Hitleri öldürmədiyi nəticəsinə gəlmək olar.[19]
Əgər zamanda səyahət paralel kainata səbəb olursa, körpə Hitleri öldürmək Hitlerin olmadığı bir paralel kainat yarada bilər, lakin orijinal kainat mövcud olmağa davam edəcək və zaman səyyahı Hitlerin səbəb olduğu əziyyətləri yüngülləşdirə bilməyəcək.[20]
İstinadlar
redaktə- ↑ Matthews, 2019; Miltimore, 2022.
- ↑ Marks, 2016. səh. 72
- ↑ Beard, 2015; Ford, 2015; Koberlein, 2015; Matthews, 2019; Stemwedel, 2015.
- ↑ Matthews, 2019
- ↑ Alper, 2020. səh. 3
- ↑ Strauss, 2015
- ↑ 1 2 Alper, 2020. səh. 3; Strauss, 2015.
- ↑ 1 2 3 Stemwedel, 2015
- ↑ Alper, 2020. səh. 3; Matthews, 2019; Stemwedel, 2015; Strauss, 2015.
- ↑ Matthews, 2019; Stemwedel, 2015; Strauss, 2015.
- ↑ Ford, 2015; Miltimore, 2022; Strauss, 2015.
- ↑ Beard, 2015; Stemwedel, 2015.
- ↑ Shaw, 2019
- ↑ Beard, 2015; Ford, 2015; Olasov, 2020; Stemwedel, 2015.
- ↑ Grabias, 2023. səh. 480
- ↑ Febel, Knopf və Nonhoff, 2023. səh. 45; Grabias, 2023. səh. 480; Koberlein, 2015; Matthews, 2019; Rard, 2019; Vihvelin, 2020. səh. 316.
- ↑ Andreoletti, Spolaore, 2021. səh. 10571-10572
- ↑ Andreoletti, Spolaore, 2021. səh. 10571-10572; Goddu, 2024. səh. 5; Grabias, 2023. səh. 480; Kaiserman, 2023. səh. 283–285; Koberlein, 2015; Rard, 2019; Vihvelin, 1996. səh. 328–329.
- ↑ Kaiserman, 2023. səh. 283–285; Vihvelin, 2020. səh. 316–317.
- ↑ Koberlein, 2015
Ədəbiyyat
redaktəKitablar
redaktə- Febel, Giseal; Knopf, Kerstin; Nonhoff, Martin. Contradiction Studies: Exploring the Field. An Introduction // Contradiction Studies – Exploring the Field. Wiesbaden: Springer VS. 2023. 1–74. doi:10.1007/978-3-658-37784-7_1. ISBN 978-3-658-37784-7. İstifadə tarixi: 19 aprel 2024.
- Marks, Joel. None of the Above: What Desirism Isn't (and Is) // Hard Atheism and the Ethics of Desire: An Alternative to Morality. Palgrave Macmillan. 2016. 45–90. doi:10.1007/978-3-319-43799-6. ISBN 978-3-319-43798-9. İstifadə tarixi: 19 aprel 2024.
- Shaw, Julia. Your Inner Sadist: The Neuroscience of Evil // Making Evil: The Science Behind Humanity's Dark Side. Canongate Books. 2019. ISBN 978-1-78689-132-7. İstifadə tarixi: 19 aprel 2024.
- Olasov, Ian. Should You Kill Baby Hitler? // Ask a Philosopher: Answers to Your Most Important and Most Unexpected Questions. St. Martin's Publishing Group. 2020. ISBN 978-1250756183. İstifadə tarixi: 19 aprel 2024.
- Febel, Giseal; Knopf, Kerstin; Nonhoff, Martin. Contradiction Studies: Exploring the Field. An Introduction // Contradiction Studies – Exploring the Field. Wiesbaden: Springer VS. 2023. 1–74. doi:10.1007/978-3-658-37784-7_1. ISBN 978-3-658-37784-7. İstifadə tarixi: 19 aprel 2024.
- Rard, Elizabeth. Lost in Time // Rivera, Heather L.; Hooke, Alexander E. (redaktorlar ). The Twilight Zone and Philosophy: A Dangerous Dimension to Visit. Open Court books. 2019. ISBN 978-0-8126-9993-7. İstifadə tarixi: 19 aprel 2024.
- Kaiserman, Alex. The logic of past-alteration // Bennett, Karen; Zimmerman, Dean W. (redaktorlar ). Oxford Studies in Metaphysics. 13. Oxford University Press. 2023. 283–314. doi:10.1093/oso/9780192886033.003.0009. ISBN 978-0-19-288603-3. İstifadə tarixi: 19 aprel 2024.
Jurnallar
redaktə- Alper, Sinan. "Explaining the Complex Effect of Construal Level on Moral and Political Attitudes". Current Directions in Psychological Science. 29 (2). 2020: 115–120. doi:10.1177/0963721419896362. İstifadə tarixi: 19 aprel 2024.
- Grabias, Magdalena. "Paradoxes of Time Travel in Juliusz Machulski's Cinema". Perspektywy Kultury. 42 (3). 17 July 2023: 471–486. doi:10.35765/pk.2023.4203.28.
- Vihvelin, Kadri. "Killing Time Again". The Monist. 103 (3). 2020: 312–327. doi:10.1093/monist/onaa006. JSTOR 48739951. İstifadə tarixi: 19 aprel 2024.
- Andreoletti, Giacomo; Spolaore, Giuseppe. "The future ain't what it used to be". Synthese. 199 (3–4). 2021: 10569–10585. doi:10.1007/s11229-021-03259-5. hdl:11577/3397849. ISSN 0039-7857.
- Goddu, G. C. "Time Travelers (and Everyone Else) Cannot Do Otherwise". Philosophies. 9 (28). 2024: 28. doi:10.3390/philosophies9010028. ISSN 2409-9287.
- Vihvelin, Kadri. "What time travelers cannot do". Philosophical Studies. 81 (2–3). March 1996: 315–330. doi:10.1007/BF00372789. JSTOR 4320656. İstifadə tarixi: 19 aprel 2024.
Xəbərlər
redaktə- Beard, Matthew. "Would you kill baby Hitler?". The Ethics Centre. 1 November 2015. İstifadə tarixi: 19 aprel 2024.
- Matthews, Dylan. "The philosophical problem of killing baby Hitler, explained". Vox. 18 January 2019. İstifadə tarixi: 19 aprel 2024.
- Miltimore, Jon. "Why the Ethics of 'Would You Kill Baby Hitler?' Are More Important Than You Probably Think". Foundation for Economic Education. 31 October 2022. İstifadə tarixi: 19 aprel 2024.
- Ford, Matt. "The Ethics of Killing Baby Hitler". The Atlantic. 24 October 2015. İstifadə tarixi: 19 aprel 2024.
- Koberlein, Brian. "Why It's Impossible To Go Back In Time And Kill Baby Hitler". Forbes. 23 October 2015. İstifadə tarixi: 19 aprel 2024.
- Stemwedel, Janet D. "Why It's Unethical To Go Back In Time And Kill Baby Hitler". Forbes. 24 October 2015. İstifadə tarixi: 19 aprel 2024.
- Conroy, Scott; Strauss, Jon. "Jeb Bush On Whether He'd Kill Baby Hitler: 'Hell Yeah, I Would!'". HuffPost. 9 November 2015. İstifadə tarixi: 19 aprel 2024.