Kucekend - Wikipedia
Küçəkənd — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.[1]
Küçəkənd | |
---|---|
40°28′50″ şm. e. 47°47′35″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ucar rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 6 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1519 (2009) nəfər |
Küçəkənd kəndinin qədim adı Köçəkənd olmuşdur. Toponim “köç” və “kənd” sözlərindən ibarət olub, “köç kəndi” mənasındadır. Bu yaşayış məntəqəsi keçmişdə köçəri maldarlıqla məşğul olmuş, beş evli, Kəbləsadıqlı, Məhərrəmli və Əsgərli ailələrinin məskunlaşması nəticəsində bu cür yaranmışdır.[mənbə göstərin]
Tarixi
redaktəKüçəkənd kəndi Pirkən ərazi vahidini (sovetliyin) tərkibindədir. Rayon mərkəzindən 20 km şərqdə Şirvan düzündə və aranda yerləşir[mənbə göstərin].
Küçəkənd Ucar rayonunun Pirkənd inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Qədim adının Köçəkənd olduğu söylənilir. Tədqiqatçılar oykonimi "koc kəndi" kimi izah edirlər. Yaşayış məntəqəsi keçmişdə maldarlıqla məşğul olmuş beşevli, kəbləsadıqlı, məhərrəmli və əsgərli nəsillərinin məskunlaşması nəticəsində yaranmışdır[2].
Mədəniyyəti
redaktəKənddə 2 orta məktəb, klub, kitabxana, yanacaqdoldurma məntəqəsi, rabitə şöbəsi və ictimai iaşə obyektləri vardır.
Coğrafiyası və iqlimi
redaktəSahəsi 1358 ha-dır. Bakı-Tbilisi dəmir yolu və Bakı-Tbilisi avtomobil yolu kəndin ərazisindən keçir.
Əhalisi
redaktəKənddə 1409 nəfər əhali yaşayır və 366 ev ailə vardır (2005-ci il).
2009-cu ildə isə əhalinin sayı 1519 nəfərə çatmışdır.[3]
Küçəkənd kəndindən bir çox ziyalılar və elm adamları çıxmışdır.[mənbə göstərin]
İqtisadiyyatı
redaktəƏhali pambıqçılıq, taxılçılıq, bağçılıq, baramaçılıq, heyvandarlıq və s. ilə məşğuldur.