Kulek Telefonu - Wikipedia
Külək telefonu (風の電話, kaze no denva?) – Yaponiyanın İvate prefekturasının Otsuçi qəsəbəsində yerləşən, xəttə qoşulmamış telefon köşkü. Ziyarətçilərin ölən yaxınları ilə birtərəfli söhbət etmələri üçün quraşdırılmışdır. Kuzeninin ölümünün öhdəsindən gəlmək istəyən İtaru Sasaki tərəfindən 2010-cu ildə yaradılmışdır. 2011-ci ildə baş verən, Tohoku regionundakı 15.000-dən çox insanın ölümünə səbəb olan Tohoku zəlzələsi və sunamisindən sonra ictimaiyyətə açılmışdır. Külək telefonunu 30.000-dən çox şəxs ziyarət etmişdir. Dünyada bir neçə replikası yaradılmış, bir neçə roman və film üçün ilham mənbəyi olmuşdur.
Külək telefonu | |
---|---|
風の電話 | |
| |
Ümumi məlumatlar | |
Növü | telefon köşkü |
Yerləşmə | Otsuçi, İvate prefekturası |
Ölkə | |
Koordinatlar | 39°23′10″ şm. e. 141°55′55″ ş. u.HGYO |
Veb-sayt | |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yaradılması
redaktəOtsuçi qəsəbəsindən olan bağ dizayneri İtaru Sasaki 2010-cu ildə kuzeninin xərçəng olduğunu və 3 aylıq ömrü qaldığını öyrənmişdir.[1] Kuzeninin ölümündən sonra Sasaki bağçasında yerləşən köhnə telefon köşkünü 2010-cu ilin dekabrında "külək telefonu"na çevirmişdir. Beləcə, ölən kuzeni ilə "danışaraq" onunla hələ də əlaqə saxladığını hiss etmək istəmişdir.[1][2] Sasakiyə görə külək telefonu spesifik dini məqsəd üçün yox, sadəcə itkisini əks etdirməyin bir yolu kimi yaradılmışdır. O, bir müsahibəsində bildirmişdir ki, "düşüncələrim adi telefon xətti ilə ötürülə bilməcəyi üçün onların küləklə daşınmasını istədim".[3]
Külək telefonu ağ rəngdə və şüşə panelləri olan telefon köşküdür, içərisində metal rəfin üzərinə qoyulmuş qara, xəttə qoşulmamış fırlanan siferblat telefon yerləşir.[1][3] Telefonun yanına qoşulmuş dəftər anım mesajları yazmaq üçün nəzərdə tutulub.[2] Telefon köşkü Otsuçi qəsəbəsinə baxan təpənin üzərində yerləşir.[4]
İctimai açılış
redaktə2011-ci ildə baş vermiş Tohoku zəlzələsi və sunamisi Tohoku regionunda 20 minə yaxın insanın ölümünə səbəb olmuşdur. Otsuçi qəsəbəsi bu fəalkət zamanı 1200 itki (qəsəbə əhalisinin 10%-i) vermişdir.[2][5] Sasaki fəlakət nəticəsində ölən dostlarını və ailəsini yad etmək istəyən şəxslər üçün köşkü ictimaiyyətə açmışdır.[3] İndiyə qədər köşkü 30.000-dən çox şəxs ziyarət etmişdir.[4]
7 yanvar 2017-ci ildə güclü külək köşkün damını uçurmuş və şüşə qapıları sındırmışdır.[6] Yerli dülgərlər (onlardan biri külək telefonunda olmuşdu) 10 yanvarda köşkün bərpası üçün könüllü olmuş[7] və növbəti gün külək telefonu yenidən açılmışdır.[8] 2018-ci ilin aprelində Sasaki köşkün taxta və metal hissələrinin korroziya və köhnəlmə səbəbilə sıradan çıxdığını, köhnə köşkü korroziyaya dözümlü alüminium köşklə əvəz etmək istədiyini açıqlamışdır.[9] İnsanlar köşkün yenilənməsi üçün 1 milyon yen məbləğində ianə toplamış və 2018-ci ilin avqustunda daha dözümlü alüminium köşk quraşdırılmışdır.[10]
Replikalar
redaktəOtsuçi külək telefonunun bir neçə replikası yaradılmışdır. Kaliforniya ştatının Oklend şəhərindən olan yerli sənətçi Cordan Stern "Ghost Ship" anbar yanğınında ölən 36 nəfəri (bir dostu daxil olmaqla) yad etmək məqsədilə 2017-ci ilin fevralında şəhərdə külək telefonu quraşdırmışdır. Sternə görə külək telefonunun məqsədi "Oklenddə yas tutan insanları yaxşı hiss etdirməkdir".[11]
İrlandiyanın Dublin şəhərində fəaliyyət göstərən anonim incəsənət kollektivi "Altrúchas" 2017-ci ilin avqustunda Tu Rok dağının zirvəsində külək telefonu quraşdırmışdır.[12] İcazəsiz quraşdırılmış bu külək telefonu istifadə olunmuş materiallardan tikilmişdir. "Altrúchas" bu köşkü "qeyri-müəyyən müddətə qədər saxlamağı" planlaşdırdığını açıqlamışdır.[13] Lakin iki həftə sonra naməlum səbəblərdən məhv edilmişdir.[14] "Altrúchas" bunun layihəni sevməyən insanlar tərəfindən törədildiyini bildirmişdir.[15]
Ayçi prefekturasının Tahara şəhərində yaşayan Tomohiko və Kazuko Kutsuna cütlüyü 2018-ci ildə qırmızı rəngli replika quraşdırmışdır. Onlar bu telefon köşkünə "dəniz küləyi telefonu" (潮風の電話, şiokaze no denva?) adını vermişdirlər. Bu köşk Kazukonun 2009-cu ildə intihar edən 18 yaşlı tələbəsinin xatirəsini yad etmək üçün tikilmişdir.[16]
Kanada və ABŞ-nin müxtəlif yerlərində külək telefonları quraşdırılmışdır.[17][18][19][20]
Populyar mədəniyyətdə
redaktəRomanlar
redaktəKülək telefonunun yaradıcısı Sasaki 2017-ci ildə "Külək telefonu: Zəlzələdən sonra altı il ərzində telefonla nələr gördüm" (風の電話: 大震災から6年、風の電話を通して見えること, Kaze no Denva – Dayşinsay Kara Rokunen, Kaze no Denva o Tooşite Mieru Koto?) adlı kitab yazmışdır. Kitab 2018-ci ildə Kazama Şobo tərəfindən nəşr olunmuşdur.[2]
2020-ci ildə İtaliya yazıçısı Laura İmay Messina tərəfindən yazılmış "Dünyanın sonunda telefon köşkü" romanı Tohoku zəlzələsində ailəsini itirən, külək telefonuna səyahət edən və orada onunla eyni taleyi yaşayan dul kişi və qızı ilə tanış olan bir qadının hekayəsindən bəhs edir. Messina 2011-ci ildə Otsuçi külək telefonu ziyarət etmiş, bu təcrübəsi roman üçün ilham mənbəyi olmuşdur.[21]
2020-ci ildə Kanada yazıçısı Hiter Smit tərəfindən yazılmış "Cənab Hirotanın bağındakı telefon köşkü" romanı külək telefonunun tarixinin uydurulmuş versiyası haqqındadır.[22] Smit külək telefonu haqqında "National Public Radio" podkastında məlumat əldə etmiş və romanı yazarkən Sasaki ilə e-poçt vasitəsilə əlaqə saxlamışdır.[23]
Filmlər
redaktə2019-cu ildə çəkilmiş Avstriya qısametrajlı filmi "Külək telefonu" 7 şəxsin külək telefonuna baş çəkməsindən bəhs edir.[24] Filmin ssenaristi və rejissoru Kristin Qervek külək telefonunu haqqında məlumatı nənəsinin ölümündən sonra əldə etdiyini bildirmişdir.[25]
2020-ci ildə çəkilmiş Yaponiya dram filmi "Küləkdəki səslər" (風の電話, Kaze no denva?) ailəsini Tohoku sunamisində itirən və bir neçə il sonra qəsəbəsinə qayıdaraq külək telefonunu ziyarət edən bir lisey şagirdi haqqındadır. Filmin rejissoru Nobuhiro Suva filmi çəkmək üçün Yaponiyaya qayıtmış və bunları demişdir:[26] "Səkkiz il keçdiyi üçün fəlakətin zərərlərini çox görə bilmirsən, hər şey yenidən tikilib. Amma insanların hisləri hələ də qırıq qalıb".[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 Fontaine, Tessa. "The Phone of the Wind". The Believer. July 25, 2018. May 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ 1 2 3 4 Kono, Etsuo. "Japan's Otsuchi 'wind phone' lets the living talk to the dead". Australian Financial Review. August 18, 2017. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ 1 2 3 Hester, Jessica Leigh. "The Phone Booth for Japanese Mourners". Bloomberg News. January 10, 2017. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ 1 2 3 Blair, Gavin J. "Berlin Hidden Gem: 'Voices in the Wind' Depicts a Sense of Connection in Japan". The Hollywood Reporter. February 20, 2020. January 25, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "Police Countermeasures and Damage Situation associated with 2011 Tohoku district – off the Pacific Ocean Earthquake" (PDF). National Police Agency of Japan. 2017-09-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Yamaura, Masataka. "大槌町「風の電話ボックス」全壊 強風で飛ばされる". The Asahi Shimbun (Japanese). January 8, 2015. August 23, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Mcknight, Matt. "'I need an outlet': Grieving relatives talk to lost loved ones on phone in the forest". Reuters (ingilis). 2023-06-12. 2023-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Yamaura, Masataka. "倒壊した「風の電話ボックス」再建 全壊した扉作り直す". The Asahi Shimbun (Japanese). January 10, 2015. August 23, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Higashino, Masakazu. "'Hotline to heaven' needs new phone booth to help bereaved". The Asahi Shimbun. January 10, 2015. April 12, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "「風の電話」アルミ製に交換 大槌、大切な人想う場所". Iwate Nippo. August 19, 2018. August 23, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Garchik, Leah. "Wind telephone enables communication with Ghost Ship victims". San Francisco Chronicle. March 19, 2017. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Carty, Ed. "Gone with the wind: vandals destroy meditation space built on mountain". Irish Independent. August 16, 2017. September 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "'Wind Phone' intriguing passers-by in Dublin Mountains". RTÉ.ie. August 11, 2017. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "Wind Phone installation in Dublin Mountains destroyed". RTÉ.ie. August 15, 2017. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Aodha, Gráinne Ní. "The Wind Phone art project in the Dublin Mountains has been destroyed". TheJournal.ie. August 15, 2017. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Shimbun, Chunichi. "Aichi couple sets up phone booth for people seeking to connect with loved ones they have lost". The Japan Times. September 24, 2018. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Driscoll, Kathi Scrizzi. "Provincetown's Phone on the Wind allows the grieving to 'call' departed loved ones". The Standard-Times. January 27, 2020. September 15, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Hackett, Laura. "Marshall phone carves out space for spirituality and grief". Mountain Xpress. December 17, 2020. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "The Drop-In: Finding the Phone of the Winds on Aspen Mountain". The Aspen Times. March 8, 2021. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "How an unconnected telephone in a B.C. park is helping people mourn lost loved ones". CBC. October 28, 2021. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Spalding-Mulcock, Paul. "The Phone Box at the Edge of the World – Laura Imai Messina: A Finely Modulated Meditation Upon Grief". The Yorkshire Times. July 2, 2020. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "The Phone Booth in Mr. Hirota's Garden". Kirkus Reviews. June 15, 2019. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Ruurs, Margriet. "Can Write – Meet Heather Smith". Canadian Teacher Magazine. October 1, 2020. September 21, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ "'The Wind Phone' Included in L.A. Shorts International Film Festival". Rafu Shimpo. July 24, 2019. September 22, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Culross, Mikey Hirano. "'The Wind Phone' Screens Sunday at JFFLA". Rafu Shimpo. August 15, 2019. March 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
- ↑ Hadfield, James. "'Voices in the Wind': Loss and a haunting journey home". The Japan Times. January 23, 2020. April 30, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 oktyabr 2024.
Xarici keçidlər
redaktə- Vikianbarda Külək telefonu ilə əlaqəli mediafayllar var.