Kure Xanligi - Wikipedia
Kürə xanlığı (ləzg. Куьредин шарвал[1]) — Cənubi Dağıstanda 1812–1864-cü illərdə mövcud olmuş feodal dövləti[2][3].
Xanlıq | |
Kürə xanlığı | |
---|---|
|
|
|
|
Paytaxt | Qürah |
Rəsmi dilləri | Ləzgi dili |
Dövlət dini | İslam (Sünni) |
Valyuta | Rubl |
Əhalisi | ləzgilər |
İdarəetmə forması | Mütləq monarxiya |
Xan | |
• | Aslanbəy |
• | Nusal-xan |
• | Maqomed Mirzə |
• | Harunbəy |
• | Yusufbəy |
Coğrafiyası
redaktəKürə xanlığı əsasən Qürahın tarixi və coğrafi bölgəsində yerləşirdi. Buraya Qürah, Ağul və Riçin kənd cəmiyyətlərinin birliklərinin ərazisinin bir hissəsi olan Qürah vadisi daxil idi. Hal-hazırda Kürə xanlığının ərazisində yerləşən inzibati rayonlar: Ağul, Qürah və Süleyman-Stalski rayonları.
Cənubda Kürə xanlığının sərhədləri Samurçay istiqamətində Quba xanlığına qədər uzanırdı. Cənub-qərbdə xanlıq Samur silsiləsinin zirvəsində Altıpara və Axtıpara azad cəmiyyətləri ilə, həmçinin Rutul bəyliyi ilə həmsərhəd idi. Qərbdə və şimalda sərhədləri Qazıqumuq xanlığına qədər uzanırdı. Tabasaran maysumluğu ilə şimal-şərqdə sərhədə malik olmuşdur. Şərqdə Kürə xanlığı Dərbənd xanlığı ilə sərhədlənir. Xanlıqdakı əsas çay Çıraqçay və Kurax çaylarının birləşməsindən əmələ gələn Gülgəriçaydır.
Tarix
redaktəKürə əvvəlcə azad cəmiyyətlərdən ibarət idi[4]. Bunlar aşağıdakı ləzgi cəmiyyətləri olmuşdur: Qoturkürə, Çiley, Kabir, Axmarli, Qürah, Qartas, Güney, Stal-çilə və Qyuqcey[5].
1791-ci ildə Qazıqumuq xanı II Surxay Xan Kürəni Qaziqumuq xanlığına birləşdirir. Kürə xanlığının tərkibinə xanlığın paytaxtı olan Qürahda daxil idi. Yerli kəndlilər Qazıqumuq hökmdarları tərəfindən sıxışdırılır və tez -tez üsyanlar təşkil olunur. 1811-ci ilin sonunda Dərbəndli Şeyxəli xan və Surxay xan Türkiyə tərəfindən dəstək alaraq, ruslara qarşı hərəkətləri bərpa edir. Bir rus dəstəsi Qürahda Şeyxəli xan və Surxay xanın oğlu Nuxbəyə qarşı yürüş təşkil edir.
15 dekabr 1811-ci ildə rus qoşunları Qüraha hücum edir və Surxay xan Qazıqumuqa qaçır. Surxay xanın qovulması Kürədə azadlıq kimi qəbul edilir. Surxay xanın dayısı, barışmaz düşməni Aslanbəyə xüsusi şərtlər altında Kürədə idarəçilik həvalə edilir. Rus qoşunlarının Kürdən çıxmasından sonra Surxay xan onu geri almaq qərarına gəlir. Yerli sakinlər Surxay xanın dəstəsinə qarşı çıxır. General-mayor Xatuntsevin başçılıq etdiyi bir rus dəstəsi köməyə gəlir. Surxay xan ağır itkilər verir və geri çəkilməyə məcbur olur. 1812-ci ildə çar hökuməti bütün Kürə vadisini, Qürah, Koşan, Ağul və Riçi kənd cəmiyyətlərinin birliklərini əhatə edən Kürə xanlığını rəsmi olaraq tanıyır. Aslanbəy xanlığın hakimi təyin edilir. 1812-ci il yanvarın 23-də çar hökuməti Kürə xanı ilə müqavilə imzalayır. Bu anlaşmanın şərtlərinə görə Kürədə mülkiyyətini müdafiə etmək üçün iki piyada batalyonundan və yüzlərlə kazakdan ibarət çar qoşunlarının qarnizonu yerləşdirilir. Xan bütün vasitələrlə qonşu azad cəmiyyətləri Rusiyaya təslim etməyə çalışacağına söz verir. 1820-ci il iyulun 12-də rus qoşunları tərəfindən tutulan Qaziqumuq xanlığı üzərində hakimiyyət Kürə xanı Aslan xana verilir. Elə həmin il Koşan kənd cəmiyyətləri birliyinin kəndləri xanlığın tərkibinə daxil olur. 1839-cu ildə Qaziqumuq xanlığı Kürə xanın hakimiyyətindən çıxarılır. 1846-cı ildə xanlıq Dərbənd quberniyasının tərkibinə daxil edilir[6]. 1838–1839-cu illərdə kürəlilər Quba üsyanında iştirak edir. 1842-ci ildə İmam Şamilin qüvvələri Qaziqumuğa yaxınlaşanda, Kürə xanı Harunbəy imamın tərəfinə keçir. Qala qarnizonunu və döyüş sursatını ona təslim edir. Harun bəyin özü Şamil tərəfindən Qüraha göndərilir və oğlu Abbasbəyiisə əmanət olaraq aparılır. Muridlərin gedişindən sonra polkovnik Zalivkinin komandanlığı altında olan rus dəstəsi Harunbəyi tutaraq Tiflisə göndərir. Qardaşı Yusufbəy isə Kürə xanlığının xanı təyin edilir.
1847-ci ildə Harunbəy yenidən xanlıq üzərində hökmranlıq edir, lakin onun hakimiyyəti cəmi bir il davam edir. 1848-ci ildən 1864-cü ildə Kürə xanlığının mövcudluğunun sonuna qədər xanlıq yenidən Yusufbəy tərəfindən idarə edilir. Sonuncu xan təbəələrinə qarşı qəddarlıq və hörmətsizliyi ilə seçilirdi. Buda xanlıq xalqını özünə qarşı çevirir. Nəticədə isə 1865-ci ilin əvvəlində xanlıq ləğv edilir və ərazisində Dağıstan vilayətinin Kürə dairəsi qurulur[7].
Əhali
redaktəKrə xanlığının əhalisi əsasən ləzgilərdən və ağullardan ibarət idi və bütün əhali İslam dinin sünni məzhəbində etiqat edirdi. Xanlığın əhalisi 5 min evdən ibarət idi.
Hərbi tarixçi Platon Zubov öz yazısında bunları qeyd edir:
Kürə bölgəsində 10 min adam belə olmayacaq, amma onlar əla atlılardır və Dağıstanın ən yaxşı döyüşçülərindən sayılırlar[8]. |
Sosial-siyasi quruluş
redaktəAslan xandan əvvəl kürə xanlığında heç bir bəy yox olmamışdır[9].
Kürə xanlığı feodallardan sonrakı monarxiya dövlət quruluşu olur. Xanın hakimiyyəti bir növ zadəganlar təşkil edən yerli zadəganlara — bəylərə söykənirdi. 14367 hektar torpaq bəylərin əlində cəmlənmişdi. Xanın torpaqlarının sahəsi 30 min desyatin idi. Xanın öz mülahizəsinə görə naiblər təyin etmək hüququ vardı. Xanlıqdakı cinayət işlərinə Rusiya hərbi məhkəməsi baxırdı, digər işlərin hamısı yerli qanunlara və adətlərə uyğun olaraq xanın mülahizəsinə uyğun olaraq həll edilirdi.
Hökmdarları
redaktəKürə xanlığının xanları:
- Aslan xan (1812–1835)
- Nutsal xan (1835–1836)
- Magomed-Mirzə (1836–1838)
- Harunbəy (1838–1842; 1847–1848)
- Yusufbəy (1842–1847; 1848–1864)
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Государственный строй язык и этнос Кавказской Албании". 2021-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "Ağul və Qürah ləzgilərinin feodallar tərəfindən istismarı". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "преобразовании состоящего в Южном Дагестане Кюринского ханства в Кюринский военный округ". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2018-05-16 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2022-01-04.
- ↑ "А. Рабаданова. Союзы сельских обществ Дагестана в XVIII — начале XIX века" (PDF). 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ "Лезгистан в составе России". 2010-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-08.
- ↑ "Юсуф-Бек Кюринский". 2013-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.
- ↑ Зубов П. П. Область Куринская // Картина кавказского края, принадлежащего России и сопредельных оному земель; в историческом, статистическом, и этнографическом, финансовом и торговом отношениях Arxivləşdirilib 2017-06-06 at the Wayback Machine, Часть 3. СПб. 1835.
- ↑ "ДОКЛАД ЧЛЕНА СОСЛОВНО-ПОЗЕМЕЛЬНОЙ КОМИССИИ АНДРОННИКОВА О ПОЗЕМЕЛЬНОМ УСТРОЙСТВЕ МЕСТНОГО НАСЕЛЕНИЯ КАЙТАГО-ТАБАСАРАНСКОГО, КЮРИНСКОГО И САМУРСКОГО ОКРУГОВ ЮЖНОГО ДАГЕСТАНА". 2017-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-20.