Kurdler Celilabad - Wikipedia
Kürdlər — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd.[1]
Kürdlər | |
---|---|
39°11′39″ şm. e. 48°23′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 729 (2009) nəfər |
Tarixi
redaktə31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Sərhədabad kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir.[2]
Toponimikası
redaktə- Kürdlər oyk., sadə.
- Ağcabədi r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarqar çayının sahilində, Qarabağ düzündədir. Kənd musanlı tayfasının kürdlər tirəsinin məskunlaşması nəticəsində yaranmışdır;
- Ağdam r-nunun Əlimədədli i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, vaxtilə kürddilli ailələrin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır;
- Cəbrayıl r-nunun Sirik i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, keçmiş adı Hacıisaqlı olmuşdur. Əvvəllər bu ərazidə Zəngəzur qəzasındakı şotlanlı kürd tayfasına məxsus qışlaq yeri (Kürdlər qışlağı adlanırdı) olmuşdur. Sonralar burada salınmış yaşayış məntəqəsi köhnə qışlağın adı ilə tanınmışdır. Əslində isə kənd sakinlərinin kürdlərlə heç bir etnik əlaqəsi yoxdur. 1922-ci ildə çap edilmiş yaşayış məntəqələrinin siyahısında da kəndin adı Hacıisaqlı kimi qeydə alınmışdır;
- Burovar silsiləsinin şm.-ş. ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında panavand tayfasının kürdlər tirəsinin oturaqlaşması nəticəsində yaranmışdır;
- Füzuli r-nunun Əbdürrəhmanlı i.ə.v.də kənd. Düzənlikdədir. Mehdibəy Kürdü də adlanır. Yaşayış məntəqəsi Mehdibəy adlı şəxsə məxsus kürd ailələrinin məskunlaşması nəticəsində yaranmış və məskunlaşan ailələrin ümumi adını qəbul etmişdir. Etnotoponimdir.[3]
Əhalisi
redaktəİlk əvvəllər bu ərazidə İrandan gəlmiş kürd tayfaları məskunlaşmış, daha sonra yerli türk tayfaları tərəfindən buradan sıxışdırılıb çıxarılmışdır. Ona görə kəndin adı Kürdlər olaraq qalmışdır, ancaq hal hazırda əhali yerli türk tayfalarından təşkil olunub. Kəndin adı Qurdlar olub. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 729 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
redaktə- Yaşayış məntəqəsi XVII əsrdə panavand tayfasından olan kürdlər tirəsinin oturaqlaşması nəticəsində yaranmışdır.[5]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 31 may 2013-cü il tarixli Qanunu" (az.). president.az. 27 iyun 2013, 21:25. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
- ↑ "Arxivlənmiş surət". 2011-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-13.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |