Kurmukcay - Wikipedia
Kürmükçay — Əyriçayın sağ qoludur. Qax rayonu ərazisindən axır.
Kürmükçay | |
---|---|
Ölkə | |
Mənsəbi | Qanıxçay |
Uzunluğu |
|
Su sərfi | 10,7 m³/s |
Hövzəsinin sahəsi | 562 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəUzunluğu 55 km, hövzəsinin sahəsi 562 km²-dir.[1] Başlanğıcını Böyük Qafqazın cənub yamacından — Dağıstan sərhəddindən (2880 m) alır. Künaxaysu və Hamamçayın birləşməsindən əmələ gəlir. Axımı, əsasən yeraltı (54%) qar (38%) və qismən də yağış .(18%) sularından əmələ gəlir.
Çayın orta illik su sərfi 4,36 kub m/san-dir. Yaz, yay fəsillərində illik axımının 45–50%-i, payız, qış fəsillərində isə 10–15%-i keçir.
Yazda qar, yayda, payızda isə yağış suları çayda daşqın əmələ gətirir. Yaz daşqını martın axırında başlayıb iyun ayının axırlarııa kimi (100–120 gün) davam edir. Yay aylarında küclü yağışlar çayda dəhşətli sel hadisələrinə səbəb olur. Suyunun orta lillənməsi 500–1000 q/kub m olmaqla hidrokarbonatlı- kalsiumludur. Orta minerallaşması 150 mq/l ilə (mənbədə) 300–500 mq/l (mənsəb) arasında dəyişir. Alazan-Əyriçay dərəsi daxilində çay bir çox qollara ayrılaraq əkin sahələrinin suvarılmasında istifadə edilir.
Kürmükçayın Günaxaysu qolu üzərində HES qurulmuşdur.
İstinadlar
redaktə- ↑ "Alazan/Qanıx çayı hövzəsi üçün Pilot Çay Hövzəsinin idarəçiliyi Planı, Azərbaycan" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-23.
Mənbə
redaktə- Kürmükçay Arxivləşdirilib 2005-01-09 at the Wayback Machine
Xarici keçidlər
redaktə