Kurmuk Mebedi - Wikipedia
Kürmük məbədi[1] (gürc. ქურმუხის წმინდა გიორგის ეკლესია, Müqəddəs Georgi Kilsəsi) — Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim gürcü məbədinin (I-III əsrlədə mövcud olub) qalıqları üzərində XIX əsrdə Çar Rusiyası tərəfindən bölgəni xristianlaşdırmaq və dini dayaq yaratmaq məqsədilə inşa olunmuş kilsədir .
Kürmük kilsəsi Müqəddəs Georgi kilsəsi | |
---|---|
41°23′20″ şm. e. 46°55′15″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Qax |
Yerləşir | Əmbərçay |
Aidiyyatı |
Alban Həvari kilsəsi Gürcü Pravoslav Kilsəsi |
Tikilmə tarixi | I-III əsrlər – 1894 |
İstinad nöm. | 4581 |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
redaktəDilçi alim Zaza Aleksidzenin fikrincə Kürmük adı udicə "kur" (quyu, çuxur, çala) və "-mux" isə Qafqaz Albanlarının dilində çoxluq mənasını qatan şəkilçidir. Onun fikrincə, Kürmük Müqəddəs Yeliseyin bütpərəstlərlə qarşılaşıb öldürüldüyü Zerqoyn düzünün xristianlıqdan sonrakı adıdır.[2]
Tarixi
redaktə2006-cı ilin sentiyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı 4 dəfə (I-III əsrlər, IV-VII əsrlər, VIII-XI əsrlər və XIX) mərhələli şəkildə müxtəlif vaxtlarda əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qalması məlum olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, kilsə qədim məbədin qalıqları üzərində inşa olunmuşdur. Kilsənin adı Gürcü mənbələrində ilk dəfə 1310-cu ildə Gürcü patriarxı III Evktim (1310–1325) tərəfindən ziyarət olunarkən xatırlanır. Maqelaşvili İncilləri adlanan bu mənbəyə görə patriarx Kiş-Kürmük arxiyepiskopu Kirill Donaurini ziyarət etmiş, ona tapşırıqlar vermişdi.[3]
Kilsə 1614-1617-ci illərdə Şah Abbasın yürüşü zamanı dağıdılıb, İlisu sultanlığını işğal edən Çar Rusiyası isə xristianlığı yaymaq üçün "Qafqazda Xristianlığın Bərpası İdarəsi" vasitəsilə qədim məbədin qalıqları üzərində yeni kilsə tikmişdir.[4] Kilsənin bərpası 1891-ci ildə başlayıb və 1894-cü ildə bitirilib. Kilsənin ilk rəhbəri Mixail Kuloşvili (1825–1918) təyin edilib. Sovet dövründə bina kinoteatr kimi istifadə edilib.[5]
Aidliyi
redaktəGürcü Pravoslav Kilsəsi tərəfindən Qax və Kürmük yeparxiyasının ikinci böyük kafedralı hesab olunur. Azərbaycan Mədəniyyət Nazirliyinə əsasən isə Kürmük alban kilsəsidir.[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən «Kürmük» məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür. Rəsmi olaraq dini abidə sayılmasa da, burada hər il Kürmükoba bayramı keçirilir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Kürmük məbədi tarixi yaddaş abidəsidir: [Qax rayonundakı maddi-tarixi abidə haqqında] //Mədəniyyət.- 2015.- 3 iyul.- S. 11.
- ↑ J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé – The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. xii
- ↑ "Dzeglebi.ge – Qurmuxi". 2020-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
- ↑ H.Əzimov, Ş.Əhmədov. Qax abidələri. Bakı: 1998
- ↑ "Rublev.com - Закрылся единственный в Азербайджане грузинский храм". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.
- ↑ "Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində təqdim edir: Kürmük məbədi". 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-26.