Kusnet Quba - Wikipedia
Kusnet Quba - Wikipedia - Haqqında Məlumat
Küsnət — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir[1].
Küsnət | |
---|---|
41°16′34″ şm. e. 48°19′21″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.188 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 285 (2009) nəfər |
Tarixi
redaktə- Quba rayonunun ən qədim kəndlərindən biridir.
Toponimikası
redaktə- Küsnət oyk., sadə.
- Qəbələ r-nunun Qəbələ şəhər i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Kənd Quba r-nunun Küsnət kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır;
- Quba r-nunun Küpçal i.ə.v.də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi əvvəlcə indiki Vladimirovka kəndinin yerində idi və Dağıstanın Küsnət kəndindən qədimdə gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdı. Rus ailələri ora köçürüldükdən sonra küsnətlilərin bir hissəsi indiki Küsnət kəndinin əsasını qoymuş, digər hissəsi isə Qəbələ r-nuna gedərək Küsnət kəndini yaratmışdılar. Küsnət sözü Ağdaş r-nunda "ağır-xasiyyətli, qaraqabaq" mənalarında işlənir. Bu sözün türk dillərində "payızlıq", "dağlıq ərazı". "quzey" mənaları da vardır.[2]
Coğrafiyası və iqlimi
redaktə- İqlimi turizm üçün əlverişlidir. Dağ ətəyində yerləşdiyinə görə dəyişkən havası var.
İqtisadiyyatı
redaktə- Əhalisi əsasən kənd təsərrüfatı ilə məşqul olur. Əsas məşğuliyyətləri əkinçilik və arıçılıqdır.
Yol
redaktə2014-cü ildə yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,3 milyon (beş milyon üç yüz min) manatı Quba Rayon İcra Hakimiyyətinə ayrılmışdır[3].
Əhalisi
redaktə- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 285 nəfər əhali yaşayır.[4]
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ "Quba rayonunun Quba-Küpçal-Küsnət avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az (az.). e-qanun.az. 29-03-2014. İstifadə tarixi: 2014-09-14.[ölü keçid]
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |