Kekilli Pinqvin - Wikipedia
Qayalıq pinqvini (kəkilli pinqvin)[3] (lat. Eudyptes chrysocome) — pinqvinlər fəsiləsinə aid növ.
Kəkilli pinqvin | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kəkilli pinqvin |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xüsusiyyətləri
redaktəPinqvinlər 55–62 sm uzunluğa, 2–3 kq təşkil edir. Əsasən Subantarktik qurşaqda, Tasmaniya və Odlu Torpaq ərazilərində yayılmışlar. Onları hətta Cənubi Amerika sahillərində belə görmək mümkündür.
Bu pinqvinlərin ayaqları qısadır. Onlar bədənin arxasında yerləşir. Tükləri 2,9 sm uzunluğa malikdir. Başında parlaq-sarı rəngdə lələklər olur. Qanadları güçlü, ensiz olur və pərə bənzəyir. Gözləri qısadır.
Yayılması
redaktəDünyada sayı 3,5 mln baş təşkil edir. Nəsilin artımı stabildir.
Həyat tərzi
redaktəQayaya dırmanan pinqvinlər iri koloniyalar şəklində yaşayırlar[4]. Onlar lavadan əmələ gələn pilləvari qayalıqlara çıxırlar. Yuvada bu qayalıqların üzərində qurulur və əsasən ot, çınqıl və ya kiçik sümüklərdən qurulur.
Qayalıq pinqvinləri kril və kiçik xərçəngkimilərlə qidalanırlar. Soaial quşlardır, bu səbəbdən onları tənha görmək mümkün deyildir. Onların koloniyalarında sayları olduqca çox olur. Onlar olduqca səs-küylüdürlər. Güçlü səsləri ya ərazinin ona məxsus olmasını bildirmək ya da əks cinsin nümayəndəsini cəlb etmək məqsədi ilə çıxarırlar. İstirahət edərkən başlarını qanadlarının altına soxurlar. Yay ayları (3–5 ay) koloniyanı tək edərək açıq dənizə çıxırlar. Burada onlar piy toplayırlar. Onların qanadları daha çox pərə bənzəyirdi. Onlar sahil qayalıqlarında yaşayırdılar. Onlar burada çala qazaraq yumurta qoyurlar. Tənzimlənməyən balıq ovu onları qidadan məhrum etmişdir. Populyasınanın inkişafına maneə olan digər fakt isə neft və digər tullantılardır[5]. Qayayadırmanan pinqvinlərin orta ömür müddəti 10 ildir.
Çoxalması
redaktəŞimal rayonlarda çütləşmə sentyabr-oktyabr, cənub rayonlarında isə noyabr-dekabr ayları çütləşirlər. Tərəflər çütləşməyə hazır olmaları barədə sualtında siqnal verirlər. Çütlər uzun zanam birlik qururlar. Bəzən dişilər üç yumurta belə qorurlar. Yumurtalara erkəklər baxır. Əgər dişi vaxtında gəlmirsə onda balaları erkək onun həzm sistemində qidanın həll olması ilə əmələ gələn "pinqvin" südü ilə qidalandırır. Birinci yumurta 20–50% digərlərindən kiçik olur. Bu səbəbdən onlardan nadir hallarda çıxan balalar sağ qalır. 10 həftəliyində tüklərini dəyişərək böyükləyə bənzəyirlər. Bir çox adalarda bura insan tərəfindən gətirilən donuz, tülkü və itlər həyatlarına böyük təhlükə törədirlər.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 1999.
- ↑ IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- ↑ Conservation at Drusillas Park Arxivləşdirilib 2013-05-16 at the Wayback Machine, Conservation at Drusillas Park
- ↑ BirdLife International (2008b). [https://web.archive.org/web/20080914020126/http://www.birdlife.org/action/science/species/global_species_programme/whats_new.html Arxivləşdirilib 2008-09-14 at the Wayback Machine [2008 IUCN Redlist status changes]]. Retrieved 23 may 2008.
- ↑ Devon Phelan. "Eudyptes chrysocome rockhopper penguin". Animal Diversity Web. 2013-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-09.