Kelle Vurma Heykel - Wikipedia
Kəllə vurma (fr. Coup de tête) — əlcəzairli heykəltaraş Adel Abdessəməd tərəfindən hazırlanmış heykəl. Heykəldə Zidan və Materazzi arasında FİFA Dünya Kuboku 2006-nın finalında baş vermiş münaqişə öz əksini tapıb. Heykəl bürüncdən hazırlanıb[1] və hündürlüyü 5 metrdir.[2]
Kəllə vurma | |
---|---|
Coup de tête | |
Ölkə | |
Heykəltaraş | Adel Abdessəməd |
Tikilib | 2012 |
Hündürlüyü | 5m |
Material | Bürünc |
Yaranma səbəbi
redaktəƏlcəzairli heykəltaraş Adel Abdessəməd futbol tarixində son onilliyin ən dramatik anlarından birini əbədiləşdirməyi qərara alıb. Bu, fransalı sabiq futbolçu Zinəddin Zidanın 2006-cı il dünya çempionatının finalında italiyalı müdafiəçi Marko Materatsiyə kəllə atdığı epizoddur.[3] Oyunun 110-cu dəqiqəsində vurduğu kəllədən sonra qırmızı kart alaraq meydandan qovulan futbolçu komandasını 10 nəfərlə azlıqda qoymuşdu.[4]
Nümayişi
redaktəBu heykəl Parisdə Pampidou Sənət Mərkəzinin önündə nümayiş etdirilib.[4] Daha sonra heykəl Qətərə gətirilib.[5] Heykəl yerləşdiriləndən cəmi bir neçə həftə sonra yığışdırılıb. Dini mühafizəkarlar heykəlin bütpərəstliyi təşviq etdiyini deyir, digərləri isə onun zorakılıq oyatdığını düşünür. Bəziləri heykəli sadəcə zövqsüz adlandırıb.[2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Zidana da heykəl qoyuldu[ölü keçid]
- ↑ 1 2 "Qətər "Zidan kəllə vurur" heykəlini yığışdırıb". 2013-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ ""Kim böyük dəhşətli canavardan qorxur?"". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ 1 2 "Zidanın Materazziyə vurduğu kəllə heykəllərlə təsvir olundu". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-19.
- ↑ Qətərdə Zidan və Materazziyə heykəl qoyuldu[ölü keçid]