Kemer Geyim - Wikipedia
Kəmər ya da Toqqa — geyim elementi.
Qədimdən mövcuddur. Yoxsulların kəmərləri sadə, hakim sinfin nümayəndələrinin kəmərləri isə, adətən, daş-qaşla bəzədilmiş qiymətli metaldan olurdu. Kəmərin qayışına bəzən qızıl və ya gümüş pullar da düzülürdü. Hələ 6-7 min il bundan əvvəl kəmər geniş yayılmışdı. Qazıntılar zamanı Azərbaycanın Gədəbəy rayonunda e.ə. I minilliyə aid müxtəlif təsvirlərdə bəzədilmiş tunc kəmər tapılmışdır.
Azərbaycan tətbiqi sənətində geniş yayılmış kəmərin bir sıra nümunəsi Azərbaycanın, eləcə də xarici ölkə muzeylərində saxlanılır. Məsələn, İstanbuldakı Topqapı muzeyində saxlanılan 1507-ci ildə düzəldilmiş və zəngin daş-qaşla bəzədilmiş I Şah İsmayılın kəməri sənətkarlıq nümunələrindəndir. Kəmər qadın bəzəyi kimi Azərbaycanda geniş yayılmışdı. Gəlin köçərkən keçmişdə qızın belinə rəmzi kəmər bağlayar və ona çoxlu övlad (adətən oğlan) arzulayardılar. Qırmızı kəmər bağlamaq yetkinlik,uğur və gələcək ailəni bəd ruhlardan qoruma simvolu sayılırdı.