Kendirqayis - Wikipedia
Kəndirqayış və ya Çıntırqayış — Azərbaycan mifologiyasında şeytani varlıq. Əsasən Naxçıvan Muxtar Respublikası ərazisində yayılmışdır.
Kəndirqayış | |
---|---|
Yaşadığı yer | Yol ətrafı |
Sehrli gücləri |
Qolların uzanması, güclü bədən, cildini dəyişmə |
Növü | Şeytani varlıq |
Əsas formaları |
|
Fəaliyyəti
redaktəŞeytani varlıq olan Kəndirqayış miflərə görə axşamüstü yol kənarında insanların rastına çıxır. Uzun qolları var və arıqdır. Kəndirqayış yolçuların gözünə arıq, xəstə, köməksiz[1] uşaq və ya qarı cildində görünür və onlardan kömək istəyir. Bədheybət uzun qollarını onu götürmək üçün əyilən yolçunun boynuna dolayır və onu sıxır.[2] Digər bir halda isə qarı cildində olan Kəndirqayış yolçudan onu yolun digər ucuna keçirməsini istəyər. Yolçu onu qucağında yolun o biri tərəfinə keçirdikdən sonra bedhəybətin qolları uzanar və insanı elə sıxar ki, boğulub ölər.[1]
Bədheybət Naxçıvan ərazisində Kəndirqayış, Sədərək rayonunda Çıntırqayış, Ordubad rayonunda isə Cıntırqeyiş adlanır. Çox sözə baxmayan və ağlayan uşaqları qorxutmaq üçün Naxçıvanda Kəndirqayış obrazından istifadə edilir.[3] Bundan başqa Naxçıvan ərazisinə aid bir nağılda Kəndirqayış belə təsvir edilir:
Məlik Cümşüd hər nə qiyamət qopdusa, kəndirqayış kimi yerindən tərpənmədi ki, tərpənmədi. |
Əl-ayağın uzanması Azərbaycan folklorunda geniş yayılmışdır. Kəndirqayış kimi Hal anasının keçi dönərgəsi Unuqay da bu xüsusiyyətə malikdir.[2]
İstinadlar
redaktəMənbə
redaktə- Ləman Vaqif qızı Süleymanova. Şəki folklor mühiti, Bakı, 2012. – 248 səh.