Kepek - Wikipedia
Kәpәk — dәrinin әn kәnar üzündәn tökülәn hüceyrәlәrdәn yaranır. Adәtәn tüklәrin olduğu yerdәn tökülür. Kəpək başın tüklü hissəsində laylı yağlı və ya kiçik quru ağımtıl-sarımtıl rəngli pulcuqların əmələ gəlməsidir.
Başın qaşınması ilə müşayiət olunur; saçlar cansız, quru , tez qırılan, yağlı və ya parlaq olur. Seboreya, psoriaz, dərinin göbələk xəstəlikləri , sinir gərginliyi, A və ya B qrup vitaminlərinin defisiti, saçlara qeyri-düzgün qulluq nəticəsi , mədə-bağırsaq traktının fəaliyyətinin pozulmasının təzahürü ola bilər. Kəpək saç tökülməsinin geniş yayılmış səbəbidir; o, nəzərə çarpan kosmetik problem yaradır.
Yaranma səbəbləri
redaktəKəpəyin əsas yaranma səbəbi Malassezia Furfur göbələklərinin həddən artıq inkişafı nəticəsində baş dərisinin vəziyyətinin dəyişməsidir . Bu göbələk baş dərisində yaşayan fakultativ mikrofloraya aiddir və normal şəraitdə onun həyat fəaliyyəti simptomsuz gedir.
Stress, piy vəzilərinin fəaliyyətinin pozulması, qidalanmanın pozulması; hamiləlik, cinsi yetişkənlik dövrü , menopauza kimi hormonal dəyişikliklər M. furfur — un aktivləşməsini təşviq edə bilər. Kəpək çox tez — tez saçlara düzgün qulluq olunmadıqda meydana çıxır. Saçları tez — tez boyama , kimyəvi maddələr vasitəsilə burma, saçlar üçün dizayn vasitələrindən istifadə , fenlə qurutma, ilin soyuq dövrlərində baş örtükləri ilə qorumama və ya əksinə, qapalı məkanlarda uzun müddət geyinmə baş dərisinin mikroflorasının aktivliyinə gətirib çıxarır. Bronxo-pulmonal xəstəlikllər, mədə-bağırsaq traktının patologiyaları və immunitetin zəifləməsi də göbələklərin aktivasiyasına gətirib çıxara bilər. Onun fəaliyyəti nəticəsində epidermisin inkişaf tsikli dəyişir, epidermis hüceyrələri tsikli tam keçmədən pilinq edir və açıq rəngli pulcuqların klinik təzahürü ilə meydana çıxır. Mikroorqanizmin aktivliyindən asılı olaraq kəpək baş dərisinin müəyyən hissəsində və ya total müşahidə oluna bilər.
Yaranması
redaktəKəpək pasiyent üçün ilk növbədə estetik problemdir. Belə ki, kəpəyi olan insanın xarici görünüşü natəmiz və bir qədər xoşagəlməz olur. Saçların həddən artıq yuyulması və kəpəyin fen vasitəsilə təmizlənməsi simptomatikanı daha da gücləndirir. Tünd saçlı insanlarda kəpək daha çox nəzərə çarpır; o, pulcuq şəklində başın tüklü hissəsində yayılır . Belə ki , darama zamanı pulcuqlar aşağıya tökülür. Pasiyentlər qaşınma qeyd edirlər; bəzən baş dərisi darama nəticəsində masserasiya olunur. Kəpək saç follikullarının normal fəaliyyətini pozduğundan saçlar cansız , tez qırılan, haçalanmış olur. Kəpək yayılmış xarakter daşıdıqda və onun aradan qaldırılması üçün heç bir tədbir görülmədikdə saç tökülməsi başlana bilər. Kəpəyi problem hesab edən insanlar baş geyimlərindən istifadə etməyə çalışırlar; onları daha az nəzərə çarpan etmək üçün saçlarını açıq rəngə boyayırlar. Bütün bu cəhdlər isə baş dərisində patoloji prosesi daha da dərinləşdirir.
Diaqnostikası və müalicəsi
redaktəKəpəyin diaqnostikası kifayət qədər asandır; M. furfur-un aktivləşməsi üçün əsas amil olan patogenetik həlqəni tapmaq isə xeyli çətindir.[1] Trixoloq konsultasiyası zamanı kəpəyin yaranmasını təşviq edə bilən açıq-aşkar patologiya təyin olunmadıqda ilk növbədə həyat tərzi korreksiya olunur,saçlara və baş dərisinə qulluq vasitələri dəyişir. Ədviyyatlı, yağlı və qızardılmış qidaların məhdudlaşdırılması mühümdür; rasion lifli və B qrup vitaminləri ilə zəngin məhsullardan ibarətdir. Kəpəyin səbəbi su balansının pozulması olduqda maye qəbulu (çay, meyvələrdən hazırlanmış içkilər, mineral su) bu problemi tez bir zamanda həll edir. Adətən, bu vəziyyətdə kəpəkdən başqa piliqlə müşayiət olunan dəri quruluğu da müşahidə olunur. Kəpəyin bütün müalicə dövrü ərzində aqressiv saç prosedurları, fenlə qurutma istisna olunur; təbii taxtadan hazırlanmış daraqlardan istifadə etmək tövsiyə olunur və bu daraqlar bir neçə aydan bir dəyişdirilməlidir. Belə ki, taxta dəri piyini yaxşı mənimsəyir.
Saçalara qulluq üçün nəzərdə tutulmuş vasitələr təyin olunur; kəpək problemini tərkibində göbələk əleyhinə komponentlər olan şampunlar həll edir . Trixologiyada isitifadə olunan kəpək əleyhinə ən yeni müalicə proqramları kompleks terapiyaya əsaslanır. Folten Farma nin müalicə proqramı müalicəvi şampun və losionlardan ibarətdir . Şampun göbələk əleyhinə təsir göstərir, losion isə mövcud kəpəyi pilinq etmək, baş dərisini qidalandırmaq və saçları yumşaltmaqla baş dərisini sağaldır. Tərkibində keratolitik və göbələk əleyhinə komponentlər olan belə proqramlardan istifadə kəpək simptomlarını 90%-dən çox azaltmağa kömək edir. Kəpək ilin müəyyən dövrlərində meydana çıxırsa, onun qarşını almaq məqsədilə müalicə kursunu təkrarlamaq lazımdır.
İstinadlar
redaktə- ↑ "Best Dandruff Shampoo: What to Look for, 5 Products to Try". Healthline (ingilis). 2020-05-14. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.