Kerem Mirzeyev - Wikipedia
Kərəm Mirzəyev (20 may 1960, Qubadlı – 1 oktyabr 1992, Mazutlu, Laçın rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Kərəm Mirzəyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 may 1960 |
Doğum yeri | |
Vəfat tarixi | 1 oktyabr 1992 (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Xanlıq, Qubadlı, Azərbaycan |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəMirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur. 1977-ci ildə burada orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. Azərbaycan İnşaat Universitetini yenicə başa vurub kəndlərinə qayıtmışdı. 1983–1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Kərəm Arxangelsk və Murmansk şəhərlərində tank bölüyündə xidmət etmişdi. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi. Bir müddət Kalininqrad şəhərində təhsil aldığdan sonra Vətənə dönür. 30 yaşını yenicə başa vurmuş Kərəmin gələcəklə bağlı çox böyük arzuları vardı. Lakin müharibə onun bütün gələcək arzularını arxa plana keçirdi.
Döyüşlərdə iştirakı
redaktəVətən torpağının xilas olması Kərəm Mirzəyevin hələlik yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Qızğın döyüş nöqtələrindən çəkinmədi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. "Laləzar" əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur. 1992-ci il aprel ayında keçirilən bu əməliyyat zamanı erməni quldur dəstəsi tam məhv edildi, faşistlərin başçısı Karen şəxsən Kərəm Mirzəyev tərəfindən döyüş meydanında gəbərdildi, onun cəsədini 30 azərbaycanlı əsirə dəyişdilər. 1992-ci il oktyabr ayının əvvəlləri idi. Erməni quldurları Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən 72 nəfər döyüşçü yoldaşlarını xilas edən Kərəm Mirzəyev 1992-ci ilin 1 oktyabr tarixində Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.
Ailəsi
redaktəYenicə ailə qurmuşdu, oğlu Cahandar Mirzəyev yadigar qalıb.
Atası Ərşad Mirzəyev uzun müddət partiya-sovet işində rəhbər vəzifələrdə çalışmış, 1975–1980-ci illərdə Qubadlı Rayon Zəhmətkeş (1977-ci ildən Xalq) Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri olmuşdur.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırıldı.
Xanlıq kənd orta məktəbi onun adını daşıyır, Bu məktəb hal-hazırda Bakı şəhərində fəaliyyət göstərir.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 209.
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Mirzəyev Kərəm Arxivləşdirilib 2014-10-22 at the Wayback Machine