Kerbelayi Sefixan Qarabagi - Wikipedia
Kerbelayi Sefixan Qarabagi - Wikipedia - Haqqında Məlumat
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı.[1]
Kərbəlayı Səfixan Qarabaği | |
---|---|
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği | |
Doğum tarixi | təq. 1817 |
Doğum yeri | |
Vəfat tarixi | 25 iyun 1910 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | memar, bərpaçı |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub.[2]
Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı.
Fəaliyyəti
redaktəKərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.
- Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa
- Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa
- Saatlı məscidi (1883)
- Culfalar məscidi
- Hacı Ələkbər məscidi
- Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868),
- Ağdamda məscid (1870),
- Odessada Tatar məscidi (1870),
- Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
- Şirin su hamamı
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Rizvan Qarabağlı, Memar Kərbəlayi Səfixan Qarabaği. Bakı: 1995
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-23.