Ka 50 - Wikipedia
Kamov Ka-50, (NATO kod adı: Hokum A)- Rusiya tərəfindən istehsal edilən, tək pilotlu, əks istiqamətdə fırlanan iki pərvanəli (kontra-rotor), anti-tank döyüş helikopteridir. Qara köpəkbalığı da adlandırılır.
Ka-50 “Qara köpəkbalığı” Ka-52 “Alliqator” | |
---|---|
| |
Tipi | Döyüş helikopteri |
Hazırlayan | Kamov |
İstehsalçı | SSRİ / Rusiya |
İlk uçuş |
Ka-50: 17 iyun 1982-ci il[1] Ka-52: 25 iyun 1997-ci il[2] |
İstismara verilmə tarixi | 28 avqust 1995-ci il |
Status | İstismarı davam edir |
İstismarçılar |
Rusiya Hərbi Hava Qüvvələri Misir Hərbi Hava Qüvvələri |
İstehsal ili | 1990-davam edir |
Buraxılış sayı |
Ka-50: 32 ədəd[3] Ka-52: 90+[4] |
Vahidinin qiyməti | 16 milyon $ (2011-ci ilin mayına əsasən) |
Baza modeli | Kamov V-80 |
Vikianbarda əlaqəli mediafayllar |
İstehsalçı tərəfindən yan-yana oturacaqlı, iki pilotlu Kamov Ka-52 “Alligator” (NATO kod adı: Hokum B) variantı istehsal edilmişdir. Həmçinin, Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış Ka 50-2 Erdogan adlı bir versiyası da mövcuddur.
Əməliyyat tarixi
redaktəİkinci çeçen müharibəsi
redaktəRusiya Ordusuna məxsus Ka-50 döyüş helikopterləri ilk dəfə Çeçenistan ərazisində İkinci çeçen müharibəsi zamanı istifadə olunmuşdur. 6 yanvar 2001-ci il tarixində Ka-50 ilk döyüş uçuşunu həyata keçirmişdir. 9 yanvar tarixində dağlıq ərazi olan Komsomolskaya yaşayış məntəqəsində yerləşən çeçenlərə məxsus silah anbarını dəqiq atəşlə məhv etmişdir. 6 fevralda Ka-50 və Ka-29 helikopterlərindən ibarət zərbə qrupu Tsentoroy kəndinin cənub istiqamətində meşəlik ərazidə yerləşən düşərgəni məhv etmişdir. Çətin şərait olmasına baxmayaraq, pilotlar səkkiz hədəfi aşkarlamış və onları məhv etməyi bacarmışdır.[5]
Suriya vətəndaş müharibəsi
redaktəMüxtəlif mənbələrin məlumatına görə Ka-52-lər müharibə ərzində Rusiya Silahlı Qüvvələrinin Əl-Laziqiyyə şəhərində yerləşən hərbi bazasını müdafiə etmək, axtarış və xilasetmə helikopterlərinin təhlükəsizliyini təmin etmək və Rusiya xüsusi təyinatlılarının döyüş əməliyyatlarına dəstək vermək məqsədləri ilə istifadə olunmuşdur.[6] Bu hücum helikopterləri ilk dəfə 2016-cı il aprel ayının əvvəllərində Əl-Karyatayn şəhəri yaxınlığında görüntülənmişdir.[7][8] Rusiya HHQ-nə məxsus Ka-52 helikopterləri 2017-ci ilin yanvar ayında başlayan Palmira əməliyyatı zamanı[9] və 12 avqust 2017-ci il tarixində Suriya hərbçilərinin desant əməliyyatı ərzində kəşfiyyat-zərbə funksiyasını yerinə yetirmişdir.[10]
Variantları
redaktə- Kamov V-80: Prototip variantı.
- Kamov Ka-50: Tək oturacaqlı variant.
- Kamov Ka-50N: Gecə döyüşmək imkanına malik variant.
- Kamov Ka-50-2 “Erdogan”: Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış iki oturacaqlı variant.
- Kamov Ka-52 “Alliqator”: Yan-yana quraşdırılmış iki oturacaqlı variant.
- Kamov Ka-52 “Katran”: Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış variant. Kh-35 gəmi əleyhinə raketdən istifadə etmək imkanına malikdir.
İstifadəçiləri
redaktə- Əlcəzair Hərbi Hava Qüvvələri: 12 ədəd Ka-52 sifariş olunub. Sifariş olunan helikopterlərin çatdırılması prosesi 2019-cu ildə başlayacaq.[11]
- Misir Hərbi Hava Qüvvələri: 46 ədəd Ka-52 sifariş verilmişdir. 2017-ci ilin avqust ayına olan məlumata əsasən sifariş olunan helikopterlərin 6-sı silahlanmaya qəbul olunub.[12][13]
- Rusiya Hərbi Hava Qüvvələri: 170 ədəd sifariş verilib.[4]
- Rusiya Hərbi Dəniz Qüvvələri: 24 ədəd sifariş verilib.[14]
Taktiki-texniki xüsusiyyətləri (Ka-50)
redaktəÜmumi göstəriciləri
redaktə- Ekipaj: 1
- Uzunluğu: 16 m
- Rotorun diametri: 14.5 m
- Hündürlüyü: 4.93 m
- Boş çəki: 7,700 kq
- Yüklü çəki: 9,800 kq
- Maksimum qalxma ağırlığı: 10,800 kq
- Güc təminatçısı: 2 × Klimov VK-2500 mühərrik
Uçuş göstəriciləri
redaktə- Maksimum sürət: 315 km/s
- Kruis sürət: 270 km/s
- Birbaşa məsafə: 545 km
- Döyüş radiusu: 470 km
- Xidmət yüksəkliyi: 5,500 m
- Yüksəkliyə qalxma sürəti: 12 m/s
- Güc/çəki nisbəti: 0.33 kVt/kq
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Ка-50". narod.ru (rus). 2018-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.
- ↑ "Ка-52". narod.ru (rus). 2018-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.
- ↑ "The single-seat Ka-50/Hokum attack helicopter (1995)" Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine, militaryfactory.com
- ↑ 1 2 "Arxivlənmiş surət". 2017-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-21.
- ↑ Ка-50 «Черная акула», боевой вертолет Arxivləşdirilib 2012-10-18 at the Wayback Machine // ОРУЖИЕ РОССИИ
- ↑ Axe, David. "Russia's Secret Weapon of the ISIS War". The Daily Beast. 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2018.
- ↑ Sputnik. "Enter the Ka-52: Russian 'Alligators' Ripping Daesh Apart in Syria". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
- ↑ RT. "Probably first-ever filmed combat use of Russian-made Ka-52 Alligator helicopter, operating in Syria". 6 aprel 2016. 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18 – YouTube vasitəsilə.
- ↑ "Russia's advanced attack helicopters prove high efficiency in Palmyra fighting — general". 2017-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
- ↑ "Arxivlənmiş surət". 2017-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-18.
- ↑ "Arxivlənmiş surət". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-17.
- ↑ "Ka-52 döyüş helikopterlərinin Misirə təhvil verilməsi 2017-ci ildə başlanacaq". DefenceTalk. 21 iyul 2017. 2017-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.
- ↑ "First three Ka-52 Alligator helicopters delivered to Egypt — source". TASS. 18 iyul 2017. 2017-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2018.
- ↑ "World Air Forces 2016". FlightGlobal (English). 2019-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2017.