Kaftan - Wikipedia
Kaftan — uzunətəkli, qollu geyim növü. Qədim türklərin dünya geyim mədəniyyəti tarixinə bəxş etdiyi mühüm töhfələrdən olub və bir sıra xalqlara da onlardan keçmişdir.
Tarixi
redaktəKaftan türk sözü olub qazax dilindəki kapatan sözündən gəlir (#empty_citation). [1] Belinə qədər kəmərli və düyməli nümunələr də var. Ərəb mənbələrində “burde”,“şəmlə”,“hamisə”,“nəmirə”,“əba”,sözləri ilə ifadə edilir.[2] Köhnə və Yeni Əhdi-Cədiddə kaftan müxtəlif hallarda xatırlanır. Əhdi-ətiqə görə, Allah Adəm və Həvvaya dəri paltar geydirdi, Əyyub peyğəmbərin övladları vəfat edəndə və malı dağıdıldığında, paltarını cıraraq, ona təsəlli verməyə gələn üç dostu paltarlarını cırıb yeddi gün yeddi gecə danışmadan onunla birlikdə oldular. Üzərində hökmdarın adı və ya şüarı olan, sənətkarlıq tikmələri ilə bəzədilmiş və xüsusilə zolaqlı haşiyələrlə bəzədilmiş kaftanların (tirazın) hökmdar tərəfindən kiməsə əvəzsiz hədiyyə edilməsinə “kaftan/hil taxmaq” deyilir.[3]
Peyğəmbər dövründə istifadəsi
redaktəCümə və bayram namazlarında qırmızı kaftan geyən Hz.Peyğəmbərin kaftanları arasında qalın kənarları olan Nəcran toxuması, dar qollu Şam işi və müxtəlif rənglərdə Yəmən istehsalı olanlardan əlavə, bir qadının şəxsən toxunduğu və hədiyyə etdiyi kaftan da var idi. Hz. Peyğəmbər hökmdarlara İslama dəvət məktubu göndərəndə Rum valisi Ferve b.Əmr, tabeliyində olan Məsud b. Sədi müxtəlif hədiyyələrlə – qızıl saplı atlas kaftanla birlikdə Mədinəyə səfir kimi göndərmişdi.
Osmanlı dövründə istifadəsi
redaktəKaftan həm də Osmanlı geyimlərinin ən mühüm elementidir və öndən açıq, topuqlara və ya yerə qədər uzanan üst paltardır.[4] Saray geyimlərində qol uzunluğu dirsəyə və ya biləyə qədər ola bilər. Yanlardan aşağı asılır, bəzən ətəyin uzunluğuna çatır. Qol boyu olanların üzərinə daha bir qat paltar geymək olar. Dirsəyə qədər olanlar üçün eyni parçadan əlavə qol hazırlanır və çiynindəki düyməyə düymə deşiyi ilə bərkidilir və uzun qollu olur.[5] Müxtəlif Asiya mədəniyyətlərində olduğu kimi, qollardan ətəklərə qədər uzanan kaftanların çiyinlərində bir açılış var. Kaftan geyən adam qolunu bu açılışdan çıxarır və kaftan qolunu aşağı salır. Belə kaftanlar mərasim xarakteri daşıyır və günümüzə qədər gəlib çatan bir çox nümunələri Topqapı sarayı Muzeyinin kolleksiyalarındadır. Bunların necə geyinildiyi Osmanlı miniatürlərində də görünür. Xəzlə örtülmüş mərasim kaftanlarına “kapaniçe” deyilir. Qolsuz və ya qollu ola bilər, qabağında çarpaz xətlər, yaxasında və çiyinlərində xəz var. Qara tülkü kürkü olanlar sultan üçün ayrılır; çarpazları daş–qaşlı, çölü atlas və murəssa düyməsi olanlara “fərvə-i mürəbbə” deyilir və mərasim və yürüşlərdə taxılır.
İstinadlar
redaktə- Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 5.
- ↑ Tülin Çoruhlu, “Zırh”, a.e., XLIV, 394.
- ↑ İsmail Kara, “Mahyacılar”, 1453 İstanbul Kültür ve Sanat Dergisi, sy. 18, İstanbul 2013, s. 23-24.
- ↑ Mehmet Şeker, “Hil‘at”, a.e., XVIII, 22-23.
- ↑ Nurhan Atasoy v.dğr., İpek: Osmanlı Dokuma Sanatı, London 2001, s. 117, 298-299.
- ↑ Hülya Tezcan, Osmanlı Sarayının Çocukları: Şehzadeler ve Hanım Sultanların Yaşamları, Giysiler, İstanbul 2006, tür.yer.