Kalbaoruc Dize - Wikipedia
Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.[3]
Kalbaoruc Dizə | |
---|---|
39°17′40″ şm. e. 45°28′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir.[4]
Tarixi
redaktəTarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmayıb.
Coğrafiyası və iqlimi
redaktəKənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 431 | 211 | 220 |
2009[6] | ↗537 | ↗261 | ↗276 |
İqtisadiyyatı
redaktəKənd əhalisi əsasən taxılçılıq,bostançılıq, heyvandarlıq və digər sahələrlə məşğuldur.
Mədəniyyəti
redaktəKənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
redaktəKənddə təhsil müəssisəsi olaraq tam orta məktəb mövcuddur.
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
- ↑ "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ Kalbaoruc Dizə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 35". 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.