Kaliforniya Lalesi - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu cins təbiətşünas İ. F. Eşşolsun şərəfinə adlandırılmışdır. Cinsdə 12 növ vardır. Gülçülükdə onların 2 növündən istifadə olunur. Kaliforniya eşşolsiyası (E.californica) yabanı halda Şimali Amerikada bitir. Bu bitki budaqlı, hündürlüyü 56 sm-ə qədər, yaşıl, lələkvari yarpaqları olan bitkidir. Çiçəkləri sadə ya da çoxləçəkli, kasaşəkilli, laləyəoxşar, müxtəlif:ağ, sarı, narını, qırmızı, çəhrayı rəngdə olur. Hazırda bu növdən gülçülükdə geniş istifadə olunmur. İkinci növ-çimli eşşolsiya (E.caespitosa) az yayılmışdır. Bu bitki əvvəlkindən açıq-sarı rəngdə xırda hamaşçiçəkləri ilə fərqlənir. Eşşolsiyanın toxumlarını yazda ya da payızda 15x15 sm sxemi üzrə torpağa əkməklə çoxaldırlar. Eşşolsiyanın kök sistemində əlavə köklər çox az olduğu üçün başqa yerə köçürülməni sevmir. Eşşolsiyanın gülləri tez solduğundan çiçəkləri qönçə ikən dərmək lazımdır. Qönçələri güldandan asırlar.
Kaliforniya laləsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kaliforniya laləsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
İstinadlar
redaktəXarici keçidlər
redaktə- Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine