Kama Cayi - Wikipedia
Kama (udm. Кам, tatar. Чулман) — Rusiyanın Avropa hissəsindən axan çay. Volqa çayının sol və böyük qolu.
Kama çayı | |
---|---|
udm. Кам, tatar. Чулман | |
Ölkələr | |
Mənbəyi | |
• Yüksəkliyi | 1882 m |
Mənsəbi | Volqa çayı |
• Yüksəkliyi | 36 m |
Uzunluğu | 1805 km |
Meyilliyi | 0,11 m/km |
Su sərfi | 4.100 m³/s |
Su hövzəsi | Volqa çayı/Xəzər dənizi |
Hövzəsinin sahəsi | 507000 km² |
|
|
DSR[rus.] | 10010100112111100000016 |
Vikianbarda əlaqəli mediafayllar |
Hazırda Kamanın uzunluğu 1805 km[1] təşkil edir. Bununla belə Kuybışev su anbarının tikintisi ilə onun uzunluğu 2030 kilometrə çatmasına səbəb olmuşdur[2]. Çay ümumilikdə 74 718 qol qəbul edir. Onun hövzəsinin sahəsi 521 000 km² təşkil edir.
Adı
redaktəÇayın adı uqro-fin dillərindən əmələ gəlməsi ehtimal edilir. Müasir formasına gəldikdə Udmurt dilində udm. кам sözü «çay, böyük çau»[3] anlamı daşıyır. Fərziyəyə görə "Komi" etnomini Kama çayını adından törəmişdir[4].
Coğrafiya
redaktəÇay öz başlanğıcını Udmurtiyanın Kezki rayonu, Kuliqa kəndi yaxınlığından götürür. Mənbəyi Vernekams yüksəkliyidir. Yuxarı axarlarda axarı sabit olmayaraq lillidir. Ən böyük Qolu Ağidel çayıdır. Çay 400–1200 m arası enə malik yatağa sahibdir. Çay Kuybışev su anbarında reyləşən Kama körfəzinə tökülür.
Qolları
redaktəKamaya ümumilikdə 73 718[5] çay tökülür. Bunun 94,5 % 10 kimoletrdən çox axara sahib deyildir. Əsas sol qolları: Cənubi Keltma, Vişera, Çusovaya, Belaya, İk, Zay, Şeşma, Menzelya; sol qolları: Kosa, Obva, Vyatka, İj, Toyma, Myoma.
Qolların siyahısı
redaktə- 1[6] km: Vyatka (1314 km)
- 9 km: Zay (219 km)
- 53 km: Toyma (121 km)
- 65 km: Vetki
- 75 km: Çelna
- 78 km: Şilna
- 118 km: İl (571 km)
- 124 km: İj (237 km)
- 177 km: Ağidel (çay) (1430 km)
- 227 km: Vetlyanka
- 232 km: Berezovka
- 240 km: Buy (228 km)
- 241 km: Kambarka
- 259 km: Şolya
- 271 km: Kiçik Sarapulka
- 277 km: Böyük Sarapulka
- 329 km: Siva (206 km)
- 493 km: Tulva (118 km)
- 545 km: Oçyor
- 549 km: Yuq
- 572 km: Taborka
- 576 km: Peremka
- 586 km: Nıtva
- 605 km: Sırka
- 620 km: Çakva
- 624 km: Syuzva
- 631 km: Palta
- 636 km: Kiçik Lasva
- 638 km: Lasva
- 693 km: Çusovaya (735 km)
- 729 km: Polzna
- 745 km: Dobryanka
- 748 km: Tyos
- 776 km: Qarevaya
- 776 km: Lyovna
- 780 km: Obva (247 km)
- 787 km: Böyük Visim
- 792 km: Çyormoz (121 km)
- 799 km: Aşağı Lux
- 807 km: Kosva (283 km)
- 810 km: İnva (257 km)
- 824 km: Emelyanixa
- 835 km: Pojva
- 844 km: Tuzim
- 846 km: Sınva
- 864 km: Poz
- 872 km: Poludennı Kondas (102 km)
- 872 km: Kondas
- 879 km: Yayva (304 km)
- 881 km: Lyonva
- 889 km: Zıryanka
- 891 km: Tolıç
- 913 km: Lısva
- 919 km: Usolka
- 930 km: Borovaya
- 932 km: Vilva
- 937 km: Moşevisa
- 958 km: Vişera (415 km)
- 962 km: Qremyaçevka
- 965 km: Kerçevka
- 996 km: Urolka (140 km)
- 1005 km: Bolşoy Kozır
- 1014 km: Çyolva
- 1025 km: Çumıç
- 1037 km: Vilva
- 1056 km: Pilva (214 km)
- 1060 km: Cənubi Keltms (172 km)
- 1102 km: Svetlisa
- 1109 km: Kosa (267 km)
- 1172 km: Yazevka
- 1174 km: Todya
- 1175 km: Leman
- 1181 km: Lupya (128 km)
- 1193 km: Veslyanka (266 km)
- 1195 km: Ves
- 1198 km: Pıy
- 1199 km: Sordva
- 1206 km: Volva
- 1222 km: Liz
- 1222 km: Punşin
- 1236 km: Berezovka
- 1241 km: Poqva
- 1244 km: Syova
- 1261 km: Porış (131 km)
- 1267 km: Tuprunka
- 1287 km: Piseqovka
- 1293 km: Pıelka
- 1310 km: Kujva
- 1342 km: İma
- 1349 km: Lupya
- 1364 km: Buzima
- 1379 km: Çus
- 1388 km: Kım
- 1406 km: Nırmıç
- 1421 km: Volosnisa
- 1440 km: Rıta
- 1473 km: Lupya (135 km)
- 1487 km: Çula
- 1508 km: Çyornaya
- 1519 km: Syozva
- 1528 km: Nyarpa
- 1530 km: Şalim
- 1545 km: Zuykarka
- 1551 km: Puqovka
- 1561 km: Çus
- 1562 km: Çeneq
- 1572 km: Zyozba
- 1580 km: Pura
- 1590 km: Kolıç
- 1594 km: Vok
- 1601 km: Neopol
- 1608 km: Kaya
- 1617 km: Nirim
- 1630 km: Tomız
- 1637 km: Pax
- 1640 km: Çenoq
- 1646 km: Kedra
- 1652 km: Çenoq
- 1656 km: Lıtka
- 1667 km: Syova
- 1683 km: Leman
- 1703 km: Şimali Sarday
- 1709 km: Sarday
- 1723 km: Kiçik Pızel
- 1724 km: Kampızel
- 1729 km: Lopya
- 1767 km: Nilkam
İdman
redaktəKama çayında Perm vilayətində Yelkənli qayıqların yarışı keçirilir - Kama kuboku
Gəmiçilik
redaktəKama nəhəng naviqasiya sisteminə malikdir. Su anbarlarının inşası onun imkanlarını artırmışdır. Kama Kerçevski qəsəbəsinə qədər gəmiçilik üçün yararlıdır. Əsas limanları: Solikamsk, Berezniki, Lyovşina, Perm, Krasnokamsk, Çaykovski, Sarapul, Kambara, Naberejneye Çelnı, Nijnekamsk, Çistopol. Permdən Moskva, Nijne Novqorod, Həştərxan və Ufaya reyslər təşkil edilir.
Təbiəti
redaktəÇayda çökə, nərə, çapaq, karp, naqqa, xanı, adi durnabalığı və s balıqlar yayılmışdır.
Qalereya
redaktəBəndlər və su anbarları
redaktəKama üzərində bir neçə yerdə bənd mövcuddur:
- Permdə, Kama su anbarını meydana gətirən bənd Kama Su Elektrik Stansiyasının yanında;
- Çaykovskidə, Votkinsk su anbarını təşkil edən bənd Votkinsk Su Elektrik Stansiyasının yanında;
- Naberejnıye Çelnıda, Nijnekamsk Su Elektrik Stansiyasının yanındakı bənd, Nijnekamsk su anbarını əmələ gətirir.
İstinadlar
redaktə- ↑ "Kama". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
- ↑ "Судоходные реки России". 2017-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
- ↑ Фасмер М. Этимологический словарь русского языка. Т. II. С. 172.
- ↑ Владимир Владимирович Напольских К начальным этапам этнической истории коми Arxivləşdirilib 2015-03-28 at the Wayback Machine
- ↑ "Реки Перми на сайте администрации". 2011-07-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-24.
- ↑ Kuybışev su anbarı Kamanın uzunluğuna daxil deyil