Kamal Muxtarli - Wikipedia
Kamal Camal oğlu Muxtarlı (3 oktyabr 1958, Qax – 27 dekabr 2020) — Qax Rayon İcra Hakimiyyətinin başçısı, Qax Şəhər Bələdiyyəsinin üzvü, Qax Şəhər Sovetinin üzvü və sədri.
Kamal Muxtarlı | |
---|---|
20 may 1992 – 11 noyabr 1993 | |
Əvvəlki | Vaqif Qocayev |
Sonrakı | Xəyyam Məmmədov |
Qax Şəhər Sovetinin sədri | |
1991 – 1992 | |
Əvvəlki | Vəzifə yaradıldı. |
Sonrakı | Vəzifə ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 oktyabr 1958 |
Doğum yeri | |
Vəfat tarixi | 27 dekabr 2020 (62 yaşında) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəKamal Muxtarlı 3 oktyabr 1958-ci ildə Qax şəhərində anadan olmuşdur.1975-ci ildə Qax şəhər 1 saylı orta məktəbi, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. 1975–1978-ci illərdə Qax konserv zavodunda fəhlə işləmişdir. 1978–1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1980–1987-ci illərdə Qax Tarix-Diyarşunaslıq Muzeyində fond müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildən Qax şəhər 2 saylı orta məktəbində tarix müəllimi, direktor müavini işləmişdir. 1993–1995-ci illərdə Turan İstehsal-Kommersiya firmasının direktoru işləmişdir. 1995-ci ilin yanvar ayından Qax Peşə Liseyinin direktoru olmuşdur.
Kamal Muxtarlı 27 dekabr 2020-ci ildə vəfat etmişdir. O, uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir.[1]
Siyasi fəaliyyəti
redaktəKamal Muxtarlı Azərbaycan Xalq Cəbhəsi Qax Rayon Təşkilatını sədri olmuşdur. 1991-ci ildə Qax Şəhər Sovetinin deputatı və Qax Şəhər Sovetinin sədri seçilmişdir.
Kamal Muxtarlı Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin 20 may 1992 tarixli 766 nömrəli fərmanı ilə Qax Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.[2] 11 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 nömrəli fərmanına əsasən vəzifəsindən azad edilmişdir.[3]
Kamal Muxtarlı 1998-ci ildə Müsavat Partiyasına üzv olmuş, 2000-ci ildə bəyanat verərək partiya sıralarından istefa vermişdir.
1999-cu il bələdiyyə seçkilərində Qax Şəhər Bələdiyyəsinin üzvü seçilmişdir. 1990, 2000, 2005-ci il parlament seçkilərində deputatlığa namizəd olmuşdur.
Ailəsi
redaktəAiləli olmuşdur. 3 övladı var idi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.
- ↑ "Arxivlənmiş surət". 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-28.