Kamil Aydazade - Wikipedia
Kamil Aydazadə (tam adı: Kamil Rəcəb oğlu Aydazadə; 23 dekabr 1950, Qusar) — fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü,[1] AMEA İdarəetmə Sistemləri İnstitutunun "Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları" laboratoriyasının rəhbəri,[2] Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri.[3]
Kamil Aydazadə | |
---|---|
Kamil Rəcəb oğlu Aydazadə | |
Doğum tarixi | |
Doğum yeri | Qusar, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | riyazi elmlər |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adları | professor, AMEA-nın müxbir üzvü |
İş yeri | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəKamil Aydazadə 1950-ci il dekabrın 23-də Qusar rayonunda anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi adına layiq görülmüşdür.[4][5]
Pedaqoji fəaliyyəti
redaktə1975-ci ildən Bakı Dövlət Universiteti-ndə "Tətbiqi riyaziyyat" fakültəsi 1999-cu ildən Lənkəran Dövlət Universiteti Hal-hazırda Azərbaycan Dövlət Neft Akademiyasında "Tətbiqi riyaziyyat" kafedrasının müdiri
Elmi fəaliyyəti
redaktə- 1976–1980-ci illərdə onun tərəfindən işlənilmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunmuş və bu yanaşma intellektual proqram paket və sistemləri səviyyəsinə çatdırılmışdır.
- Ayda-zadə K. R. dekompozisiya üsulunu inkişaf etdirərək şəbəkə quruluşuna malik qeyri-xətti optimallaşdırma məsələlərini tədqiq etmək üçün fundamental nəzəriyyə və üsullar yaratmışdır. Bu məsələlər böyük ölçüyə malik olması, zəif və ən mühümi məhdudiyyətlərin yakobianının ixtiyari şəkildə doldurulması ilə xarakterizə olunurlar. Göstərilən xüsusiyyətlər həmin məsələləri C. Dansiq, F. Vulf, E. Q. Qolşteyn, A. A. Pervozvanski, N. Z. Şor və başqaları tərəfindən tədqiq olunmuş böyük ölçülü məsələlər sinfindən fərqləndirir.
- Onun tərəfindən toplanmış və paylanmış parametrli sistemlərdə çoxlu texnoloji proseslər və texniki obyektlərin (xüsusi halda neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif olunmuşdur.
- Onun rəhbərliyi ilə Azərbaycan dili üçün: çap əlyazma, əlyazma mətnlərinin və nitqin tanınması; nitqin sintezi; mətnin və nitqin anlaması intellektual kompüter sistemləri yaradılıb və bu sistemlərində onun tərəfindən dekompozisiya, modelləşdirmə, optimallaşdırma və qeyri səlis nəzəriyyələrinin əsasında hazırlanmış riyazi aparatından istifadə olunub.
- Onun tərəfindən qraflar nəzəriyyəsindən istifadə edən riyazi modelə, şəbəkə quruluşuna malik bir sıra vacib praktiki məsələlər həll edilmişdir. Toplanmış və paylanmış parametrli obyektlərin idarəetmə məsələləri, mürəkkəb dairəvi quruluşlu neftqaznəqliyyat boru şəbəkələrində rejim, hesablama və optimallaşdırma məsələləri bu sıradandır.
- 1978–1988-ci illərdə K. R. Ayda-zadənin elmi nəticələrinin tətbiqinin vacib obyektlərindən biri "Enerji" EİB (S. P. Korolyov adına KB) olmuşdur. Bu obyekt üçün onun iştirakı ilə müxtəlif texniki problemlər üçün optimallaşdırma və hesablama üsulları, alqoritmlər və proqram təminatı işlənmişdir. Xüsusi olaraq, "Soyuz-Apollon" birləşdirmə qovşağının kinematik və dinamik analizi, uçma aparatının trayektoriyasının optimallaşdırılması, aparatda həyat təminedici sistemin hesabatı aparılmışdır.
- K. R. Ayda-zadə 1981-ci ildən vacib xalq təsərrüfatı işləmələrinin — dünyada ən böyük Urenqoy və Yamburq qazkondensat yataqlarının, "Azərqaznəqliyyat" İB operativ dispetçer idarəetmə sistemlərinin elmi rəhbəridir. Boru nəql şəbəkələrində tədqiq olunmuş idarəetmə problemləri uyğun informasiya idarəetmə sistemlərinin riyazi və proqram təminatının tərkib hissəsidir.
- 1988-ci ildə SSRİ Qaz Sənayesi Nazirliyi tərəfindən elan edilmiş Rusiya və Ukraynanın aparıcı elmi mərkəzlərinin iştirak etdikləri müsabiqədə K. R. Ayda-zadənin rəhbərliyi altında işlənmiş Yamburq mədənlərinin idarəetmə sistemi birinçi yeri tutmuş və istismara buraxılmışdır. "Yamburqqazçıxarma" İB üçün modernizasiya, inkişaf, yeni informasiya texnologiyasına və müasir kompüter vasitələrinə keçid, lokal və qlobal hesablama və korporativ şəbəkələrin tətbiqi üzrə işlər 1998-ci ilə qədər davam etdirilmişdir.
- İnformatlaşdırma üzrə işlər onun rəhbərliyi altında Respublikamızda Azərbaycan dəmir yolunda, "Azal" birliyində, keçmiş Dövlət Əmlak Komitəsində və s. müəssisələrdə aparılmışdır.
- O, Milli Məclisə seçkilərdə "Seçkilər" kompüter sisteminin pilot variantının işlənib hazırlanmasında və sistemin TŞVR-nin beynəlxalq proqramı çərçivəsi tərkibində inkişaf konsepsiyasının yaradılmasında məsul icraçı kimi fəal iştirak etmişdir.
- 1993-cü ildən onun tərəfindən alınan çoxlu elmi nəticələr Respublika Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin illik hesabatına mühüm nəticələr kimi daxil edilmişdir.
- K. R. Ayda-zadə ES EHM istifadəçilərinin Ümumittifaq Assosiasiyası çərçivəsində Zaqafqaziya Assosiasiyasının təşkilində iştirak etmiş, 1976–1985-ci illərdə Zaqafqaziya Assosiasiyasının Prezidentinin müavini olmuş, 80-ci illərdə Respublikada informatikanın inkişafına müəyyən dərəçədə təsir göstərmişdir.
- Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 388
- Xaricdə çıxmış elmi əsərlərin sayı: 218
Əsas elmi əsərlərin adları
redaktə(— ilə Science Citation Index və ya SCI Expanded olduğu işarə olunub)
- Numerical approach to parametric identification of dynamic systems // Journal of Automation Information Sciences, Begell House, Inc., New York, № 3, 2014.
- An Approach to Numerical Solution to a Class of Loaded Non-local Problems // Computational Mathematics and Mathematical Physics, Springer, № 7, 2014.
- On Numerical Solution to Loaded Systems of Ordinary Differential Equations with Non-separated Multipoint and Integral Conditions // Numerical Analysis and Applications, Springer, № 1, 2014.
- An approach to numerical solution of some inverse problems for parabolic equations // J. of Inverse Problems in Science and Engineering, Taylor & Francis, № 1, 2014.
- On the Solution of Boundary Value Problems with Nonseparated Multipoint and Integral Conditions // Differential Equations, Springer, № 9, 2013.
- Solution to optimal control problems involving non-separated multipoint and integral conditions // Journal of Automation Information Sciences, Begell House, Inc., New York, № 3, 2013.
- On the Numerical Solution of Optimal Control Problems with Nonseparated Multipoint and Integral Conditions // Computational Mathematics and Mathematical Physics, Springer, № 12, 2012.
- On an approach to designing control of the distributed-parameter processes // Automation and remote control, Springer, vol.73, № 9, 2012.
- Optimal control of sources on some classes of functions // Optimization: A Journal of Mathematical Programming and Operations Research, Taylor & Francis, dx.doi.org/10.1080/ 02331934.2012.711831, 2012.
- Numerical solution on a class inverse problems for discontinuance dynamic systems // Automation and Remote Control, Pleiades Publishing Inc., Springer, № 6, 2012.
- Optimal control of systems in a concentrated class piece -wise functions at Inexact Information on its Initial State and Parameters // Cybernetics and Systems Analyses, Springer, № 2, 2012.
- On a class of smoth membership functions // Journal of Automation Information sciences, Begell House, Inc., New York, № 2, 2012.
- An Analysis of Rejims of Transitional Process in the Oil Pipelines// Journal of Engineering Physics, Springer, № 2, 2011.
- About a one class of membership functions of fuzzi sets // Automatic Control and Computer Sciences, Allerton Press, İnc, № 3, 2011.
- Optimal control problems of soirces in Distributed systems on the classes of Impulsive, Piecwenise constant and Heaviside Functions // Journal of Automation and Information Sciences, Begel House, İnc, New York, № 4, 2011.
- An Invertigation of Transitional Process in the Oil Pipelines // Automation and Remote control, Springer, № 12, 2011.
- On a Regulation Problem for Heating Prosess // Journal of Automation and Information Sciences, Begel House, İnc, New York, № 2, 2011.
- Numeral Solution of Nonlinear Inverse Soeffisient Problems for Ordinary Differential Equation // Computational Mathematics and Mathematical Physics, Springer, № 5, 2011.
- Relay control on nonlinear system with uncertain values of parameters // Journal of Automation and Information Sciences, Begell House, Inc. New York, № 7, 2010.
- The computational Solution of the Object Control Problem at Inexact information on Its Initial State and Parameters // Automatic Control and Computer Sciences, Allerton Press, Inc. № 2, 2010.
- The Main Principles of text-to-speech synthesis system // Intern. Journal of Intelligent Systems and Technologies, № 1, 2010.
- Word base line detection in hand written text recognition systems // Intern. Journal of Intelligent Systems and Technologies, № 1 2009.
- To solution of control problems on the classes of impulsive and Heaviside functions // Cybernetics and Systems Analysis, Springer, № 5, 2009.
- Control of Systems with Concentrated Parameters in a Class of Special Control Functions // Automatic Control and Computer Sciences, Allerton Press, Inc., No. 3, 2009.
- Подход к математическому моделированию и оптимизации технологических процессов // Ж. "Электронное моделирование", Киев, № 5, 2008.
- On a class of inverse problems for discontinuous systems // Cybernetics and Systems Analysis, Springer, № 4, 2008.
- An Apprach to Lumped Control Synthesis in Distributed Systems // Int. J. Applied and Comp. Mathematics, № 1, 2007.
- Identification of Parameters and Regions of Their Constancy in Distributed Systems // Journal of Inverse Ill — Posed Problems, 2007.
- On the optimal control problem on a class of piecewise constant functions // Automatic Control and Computer Systems Allerton Press, INC, № 1, 2007.
- Numerical Solution of Optimal Control Problems for Loaded Lumped Parameter Systems // Computational Mathematics and Mathematical Phsics, Springer, № 9, 2004.
- MFCC and LPC Factures in Speech Recognition Systems // International journal of Signal Processing, № 2, 2006.
- Численная оптимизация размещения скважин // Журнал "Вычислительные технологии", Новосибирск, № 3, 2006.
- On Problem of Parameters identification of Dynamic Object // Enformatika. Transactions of Engineering, Computing and Technology, 2006.
- On the problem of placement of oil wells and control of their flow- rates // Automation and Remote Control, Springer, № 1, 2006.
- Numerical Solution of Optimal Control Problems with Unseparated Conditions on Phase State // Journal Applied and Computational Mathematics, Vol. 4, № 2, 2005.
- The feedback control for Distributed systems // Enformatika, Praque, Czech, 2005.
- On solution of problem of optimal control in the class of piecewise constant functions // Cybernetics and Systems Analysis, Springer, № 4, 2005.
- On the Solution of Optimal Control Problems with Inter- mediate Conditions // Computational Mathematics and Mathematical Physics, Springer, N6, 2005.
- An Approach to synthesis of focused control in Distributed systems //Automatic Control and Computer Sciences, № 3, 2005.
- Numerical Method of recognition of dynamic system parameters // Journal Inverse Ill-Posed Problem, № 3, 2005.
- A Task for Nonlinear system control synthesis // Automatic Control and Computer Sciences, Allerton Press, № 1, 2005.
- On the Numerical Solution of Loaded Systems of Ordinary Differential Equations // Computational Mathematics and Mathematical Physics, Springer, № 9, 2004.
- Numerical method of restored parameters of dynamic system // Cybernetics and systems analysis, Springer, № 3, 2004.
- Система управления Ямбургским промыслом // "Приборы и системы управления", Москва, № 2, 1990.
- Investigation of non-linear optimization Problems of networks structure // Automation and Remote Control, Springer, № 2, 1990.
- Быстрое автоматическое дифференцирование на ЭВМ// Математическое моделирование , Москва, № 1, 1989.
- Investigation and Numerical solving the finite-difference approximations of problems of control by systems with distributed parameters // Computational Mathematics and Mathematical Phsics, Springer, № 3, 1989.
- Оперативное управление Уренгойским ГДП // Приборы и системы управления , Москва, № 2, 1986.
- One Approach to the Construction optimization Algorithms // Engineering Cybernetics, 20 (6), 1982.
- Dekomposition Method for Syntesis and Analysis Spatial Mechanisms // Mechanism and Machine Theory, New-York , № 2, 1981.
- Декомпозиционный метод анализа и синтеза плоских механизмов //"Механика машин", Москва, Наука, вып. 57, 1980.
- The method of polar coordinates for minimizing functions with ravine structure // Computational Mathematics and Mathematical Physics, № 2, 1979.
Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü
redaktə- Avropa Birliyinin xətləri ilə beynəlxalq elmi proqramların ekspertidir.
- 1993-cü ildən 2001-ci ilə kimi "İnformatika" ixtisası üzrə Respublika AAK-nın ekspert şurasının üzvü olmuşdur.
- 2001–2008-ci illərdə Kibernetika Kibernetika institutunun nəzdində fəaliyyət göstərən D 01.121 dissertasiya şurasının üzvü olmuşdur.
- Türkiyədə nəşr olunan "Ege university journal of the faculty of science" jurnalının redaktor heyətinin üzvü, "İnternational Journal of Computational İntellegence" Beynəlxalq jurnalının isə baş redaktorunun müavinlərindən biridir, "AMEA-nın Xəbərləri, fizika–riyaziyyat elmləri seriyası" və "Azərbaycan Ali Texniki Məktəblərinin Xəbərləri" jurnallarının redaksiya heyətinin üzvüdir.
Təltif və mükafatları
redaktə- 1985-ci ildə yüksək elmi nailiyyətlərinə görə və 1988-ci ildə "Urenqoyqazçıxarma" və "Yamburqqazçıxarma" İstehsal Birlikləri üçün mədənlərinin operativ idarəetmə sistemlərinin birinci növbəsininin işlərini müvəffəqiyyətlə yerinə yetirdiyinə görə 1988-ci ildə SSRİ Cihazqayırma Nazirliyinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
- 2001-ci ildə Elmi fəaliyyətindəki nailiyyətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunmuşdur.
- 2007-ci, 2011-ci illərdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyyə və təşkilati dəstəyi ilə keçirilən ən yaxşı "İKT üzrə məqalə" müsabiqələrinin qalibi kimi diplomlarla və qiymətli hədiyyələrlə təltif olmuşdur.
- 2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Respublikanın Əməkdar Müəllimi adına layiq görülmüşdür.
Digər fəaliyyəti
redaktə- 1984-cü ildə Vavilov adına SSRİ Cihaz Sənayesi Nazirliyinin elmi-texniki cəmiyyətinin elan etdiyi "Qazçıxaran müəssisələrdə daxili mədən boru nəqlinin idarəetməsi üçün kompleks məsələləri" işinə görə İkinci mükafat (№ 129, 07 dekabr 1984-cü il);
- 1986-cı ildə Vavilov adına SSRİ Cihaz Sənayesi Nazirliyinin elmi-texniki cəmiyyətinin elan etdiyi müsabiqədə " Urenqoy mədəninin avtomatlaşdırılmış idarəetmə sistemi" işinə görə Birinci mükafat (№ 131, 18 dekabr 1986-cı il);
- 1988-ci ildə Yamburqqazçıxarma İB elan etdiyi müsabiqədə "Yamburq mədəninin dispetçer idarəetmə sistemi" işinin yerinə yetirilməsinə görə birinci yer;
- 2000-ci ildə "Seçkilər" kompüter sisteminin konsepsiyasının və onun pilot variantının işlənib hazırlanmasına görə UNDP qrantı;
- 2005-ci ildə ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun (CRDF) "Azərbaycan dilində çap və əlyazma formalarının tanınma sistemi" layihə görə qrant (Project № BBP-03);
- 2005-ci ildə ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun (CRDF) "Yeraltı hidrodinamika məsələlərində optimal idarəetmə və identifikasiya məsələlərinin həlli üçün riyazi və proqram təminatının yaradılması" layihəsinə görə qrant (Project № BBP-06);
- 2006-cı ildə Avropa Şurasının İNTAS proqramı çərçivəsində "Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi" layihəsinə görə qrant (Project № 06–1000017-8909);
- 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Mürəkkəb sistemlərin riyazi modelləşdirilməsi, optimallaşdırılması məsələlərinin ədədi həll üsullarının, proqram təminatının işlənməsi və tətbiqi" layihəsinə görə qrant (Qrant № EIF-2010–1(1)-40/11–1);
- 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycan dilində çap və əlyazma mətnlərinin tanınması və səsləndirilməsi üçün proqram-aparat kompleksi" layihəsinə görə qrant (Qrant № EIF-2010–1(1)-40/13–1);
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "İnsan-kompüter obyekt yönümlü dialoqu təmin edən Azərbaycan nitqini və mətnini tanıma və anlama intellektual sisteminin işlənməsi" layihəsinə görə qrant (Qrant № EIF-2010–1(1)-40/12–1).
İstinadlar
redaktə- ↑ "AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilərin nəticələri". 2014-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-01.
- ↑ AMEA İdarəetmə Sistemləri İnstitutunun strukturu [ölü keçid]
- ↑ "ADNA Tətbiqi riyaziyyat". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
- ↑ "Prezident İlham Əliyev ADNA-nın bir sıra əməkdaşını təltif edib". 2010-11-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
- ↑ "ADNA-nın əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-21.
Xarici keçidlər
redaktə- http://www.Elm.az Arxivləşdirilib 2012-07-04 at the Wayback Machine
- http://www.Cyber.az [ölü keçid]