Kampan Qedimov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu.
Kampan Qədimov | |
---|---|
Əlibaxış Qədimov | |
Digər adı | Məşədi Kampan Qədimov ( Əlibaxış ) |
Doğum tarixi | |
Doğum yeri | Balaxanı, Bakı, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vəfat səbəbi | yaşlılıq |
Dəfn yeri | Bakı şəh: Balaxanı məzalığı |
Həyat yoldaşı | Səlminaz Qədimova |
Uşaqları | Əliabbas Qədimov,Bibixanım Qədimova, Narzan Qədimova |
Atası | Zülfəli Qədimov |
Həyatı
redaktəKampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir.
Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır.
Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin. Sonra da deyirmiş ki, amma bu pulu mənim verməyim heç vaxt bilinməsin və adım heç yerdə hallanmasın. Qış aylarında kənddəki kasıblara yardım etmək üçün nə lazımdırsa bir kisəyə yığılmasını tapşırarmış. Sonra o kisələri aparıb kasıbların qapısı ağzına qoyurmuşlar".
Sovet hakimiyyəti dövründə milyonçulara qarşı aparılan repressiya Məşədi Kampandan yan keçib. O dövrün hakimiyyəti Məşədi Kampana kasıblara yardım etdiyinə görə dəyməyib. Nəticəsi Məşədi Kampanın ölümündən sonra mal-mülkünün müsadirə olunduğunu deyir: "1928-ci ildə rəhmətə gedib. Sovet hökuməti 21 otaqdan ibarət evi əlimizdən aldı. Nənəm danışırdı ki, evimizdən qiymətli əşyalarını aparmaq üçün hər gün dörd böyük yük maşını gəlirdi. Sovet hökumətinin yağmalama prosesi 1961-ci ilə kimi davam etdi. Çarpışıb-vuruşaraq dədə-baba evimizi geri qaytara bildik".
Balaxanıda Məşədi Kampanın bir kəndli ilə dillər əzbəri olan söhbəti hələ də unudulmayıb. Bir kəndli Məşədi Kampana yaxınlaşıb gülərək "Məşədi sovet gəlir" deyir. Məşədi Kampan gülümsəyir və həmin insana baxaraq söyləyir və əlindəki şir başlı əsanı göstərir: "Bax kəndli indi əsanın lap başında hələki mənəm , kəndli sən ortasında, sovet hökuməti isə aşağıda torpağa dəyən hissədədir. Sovet hökuməti gəlirsə, əsa tərsinə çevriləcək. Onlar əsanın yuxarısında, mən isə aşağısında olacağam. Sən isə kəndli elə necə var idinsə ortada qalacağsan.Yəni sənin yerin dəyişməz qalacaq".
Nərimanovun tamada olduğu bolşevik toyunda menşevik mahnısı
redaktəMilyonçunun nəticəsinin maraqlı bir əhvalat danışdığı da məlumdur: "Məşədi Kampanı Bakı kəndlərinin birinə toya dəvət edirlər. Toyda iştirak edənlərin əksəriyyəti bolşeviklər olub. Məclisin tamadası Nəriman Nərimanov, oxuyan isə xanəndə Cabbar Qaryağdıoğlu olub. Toyda mahnı sifarişi növbəsi Məşədi Kampana çatır. Nəriman Nərimanov Kampandan hansı mahnını istədiyini soruşur. Məşədi Kampan bir menşevik mahnısı istəyir. Aləm dəyir bir-birinə. Nərimanov Məşədi Kampanın sözünü yerə sala bilmir. Həmçinin yaxşı başa düşür ki, bolşevik toyunda menşevik mahnısının çalınması yuxarıların qəzəbinə səbəb olacaq. Ancaq Kampanın "zakazı" oxunur. Həmin musiqi səsələnib bitdikdən sonra Məşədi Kampan (Əlibaxış) öz təşəkkürünü bildirərək həmin toy məclisini tərk edib. Daha sonra Nərimanov vəziyyətdən çıxmaq üçün "Camaat, bu məclisdə menşevik mahnısını eşitdinizmi?" deyə soruşanda hamı bir ağızdan "yox" deyib".
Ölümü
redaktəMəşədi Kampanın ölümü də müəmmalı və heyrətamiz olub. Evdə yeyib-içən milyonçu anasına "gedin, molla Məmmədağanı çağırın, gəlsin başımın üstündə Quran oxusun, iki saatdan sonra öləcəyəm" deyir. Köməkçisi təəccüb içində olsa da ağanın sözündən çıxmır. Molla gəlir Quranı oxuyur və Məşədi Kampan gözlərini yumur. Hamı onun yatdığını zənn edərək otaqdan çıxıb. Amma 5–6 saatdan sonra yuxudan oyanmadığını gördükdə öldüyünü anlayıblar.