Kanazava Qesri - Wikipedia
Kanazava qəsri (金沢城, Kanazava-co?) – Yaponiyanın İşikava prefekturasının Kanazava şəhərində yerləşən, qismən bərpa olunmuş qəsr. 1580-92-ci illərdə tikilmişdir.[1]
Kanazava qəsri | |
---|---|
金沢城 | |
Kanazava, İşikava prefekturası ( Yaponiya) | |
Yer haqqında informasiya | |
Vəziyyəti | qismən bərpa olunub |
Tikinti yerinin tarixi | |
Tikilib | 1580-1592 |
Vikianbarda əlaqəli mediafayllar |
Orijinal qəsrdən ancaq bir qüllə, İşikava darvazası və 54 metr uzunluğundakı blok struktur salamat qalıb. Hazırda qəsrin ərazisində Kanazava Universiteti və Kenroku parkı yerləşir, Maedanın malikanəsi isə ictimaiyyətə açıqdır. XXI əsrdə qəsrin bəzi hissələri bərpa olunmuşdur.
Tarixi
redaktəKanazava qəsri Yamazaki adlandırılmış kiçik kəndin ərazisində tikilmişdir. Oda Nobunaqaya tabe olan militan buddist keşişlərinə məxsus monastır da burada yerləşirdi. 1580-ci ildə Maeda Toşiie Kanazava qəsrini tikdirməyə başlamış və tikinti işləri 1592-ci ildə tamamlanmışdır.[1]
Tokuqava dövründə Maedanın Kaqa mülkü bütün Yaponiyada ən böyük hesab olunurdu və illik gəliri 1 milyon koku təşkil edirdi. Qəsr gözəlliyinə görə təkcə Edo və Osaka qəsrlərindən geri qalırdı.[2]
Çox nüfuzlu olduğu üçün Maeda klanı Edoda yerləşən mərkəzi hökumət tərəfindən ciddi nəzarət altında olmuşdur. Qəsr çox yaxşı müdafiə olunsa da, klanın əsas hərbi mərkəzi Myoryu məbədində yerləşirdi və bu məbəd qəsrin yaxınlığında yerləşirdi. Ətrafdakı məbədlərə oxşasa da, tikili əslində yeddimərtəbəli qəsr idi, hətta damı buddist məbədinin damı kimi tikilmişdi. Əsas darvazanın içərisində sikkə kolleksiyası sandığı yerləşirdi. Məbədin içərisində gizli qapılar və keçidlər mövcud idi, bütün pəncərələr mərkəzi quyuya baxırdı. Bu quyu həm su təchizatı üçün istifadə olunurdu, həm də su quyusundan Kamazava qəsrinə gizli keçid var idi.[2]
Kanazava qəsri bir çox yanğından ziyan görmüşdür. Qəsrdə ilk yanğın 1602-ci ildə baş vermiş və əsas tenşu yanmışdır. Bundan sonra qəsrdə 30 müxtəlif yanğın qeydə alınmışdır. Hər yanğından sonra qəsr bərpa olunmuşdur. İşikava darvazası 1788-ci ildə yenidən tikilmiş və qəsrin əsas arxa darvazası olmuşdur.[3] Meyci dövründə qəsrin tikililəri sökülməyə başlamışdır. 1881-ci ildə qəsrin ikinci meydanı yanğın nəticəsində məhv olmuşdur.[2]
İncəsənət
redaktəMaeda Toşii qəsr üçün "gölməçə bağı" da saldırmış və bu bağça Yaponiyada məşhur olmuşdur. Hazırda bu bağça Kenroku parkı kimi fəaliyyət göstərir. Bu bağ həm əyləncə məqsədi üçün salınmışdı, həm də bağdan keçən çayların vasitəsilə qəsr şəhərinin ehtiyacları qarşılanırdı. Bağdan keçən çaylar Biva gölünün miniatür formasında olan kiçik göl əmələ gətirmişdi. No tamaşalarının Kaqa-Hoşo məktəbi və Kutani dulusçuluğu burada yaranmışdır.[2]
Qalereya
redaktə-
Sakura mövsümündə.
-
Gecə mənzərəsi.
-
İşikava darvazası.
-
Haşizume darvazası.
-
Kahoku darvazası.
-
İnteryeri.
İstinadlar
redaktə- ↑ 1 2 Schmorleitz, 1974. səh. 121
- ↑ 1 2 3 4 Schmorleitz, 1974. səh. 122
- ↑ Schmorleitz, 1974. səh. 123
Ədəbiyyat
redaktə- Schmorleitz, Morton S. Castles in Japan. Tokyo: Charles E. Tuttle Co. 1974. 65–68. ISBN 0-8048-1102-4.