Kardiogen Sok - Wikipedia
Kardiogen şok ürəyin nasos funksiyasının kəskin çatmamazlığı nəticəsində (məsələn, miokard infarktı, ürək ritminin pozğunluğu, ürəyin tamponadası zamanı) meydana çıxan kəskin qan dövranı pozğunluğu. Bu hal potensial olaraq reanimasion tədbirlərlə aradan qaldırıla bilinir. Reanimasion tədbirlərsiz kardiogen şok beyin ölümü ilə nəticələnir.
Kardiogen şok | |
---|---|
| |
XBT-10 | R |
XBT-9 | |
DiseasesDB | 29216 |
MedlinePlus | 000185 |
eMedicine | med/285 |
MeSH | D012770 |
Vikianbarda əlaqəli mediafayllar |
Səbəbləri
redaktəKardion şokun təsadüflərinin 80%-i xüsusən sənaye ölkələrində, miokard infarktının və ürək ritm pozğunluqlarının payına,[1] ağciyər patologiyalarının payına 4%-i, beyin patologiyalarının (insultların) payına 2%-i, ağciyər emboliyası və digər patologiyaların (travmalar(3 %), boğulmalar(2 %), zəhərlənmələr(2 %) və tok vurma hallarının) payına 9%-i düşür.
Ürəyin nasos funksiyasının pozulmasına gətirib çıxaran hallar:
- Mədəciklərin fibrilyasiyası – ürək əzələsinin yığılma qabiliyyəti ürək əzələ liflərinin kordinasiyasız, asinxron, xaotik işi nəticəsində pozulmuş olur.
- Nəbz defisitli mədəcik taxikardiyası – ürək döyüntülərinin sayı çox olduğundan diastola fazasının müddəti çox qısalmış olması diastolik və müvafiq olaraq sistolik həcmi azaltmış olur. Nəticədə qovulmuş qanın azlığı nəbzin dolğunluğunu təmin edə bilmir.
- Ürəyin elektro-mexaniki dissosasiyası (EMD) və ya nəbzsiz elektrik aktivlik – ürəyin elektrik aktivliyi mexaniki aktivliklə tamamlanmır ya cavablanmır.
- Asistoliya – elektrik və mexaniki ürək aksiyasının tamam dayanmasıdır.
Kardiogen şokun etiologiyası | ||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
|
Klinik mənzərə
redaktəİki əsas əlamət: 1)hipotenziya; 2)hipoperfuziya həkimə kardiogen şok diaqnozu qoymağa əsas verə bilər. Sistolik təzyiqin 90 mm Hg sütunundan aşağı olması adətən hipoperfuziyaya səbəb olur. Bu rəqəm bir qədər nisbi xarakter daşıyır. belə ki, elə qan təzyiqi alçaq olan şəxslər vardır ki, onlar bu cür aşağı təzyiqə adaptasiya olunmuşlar. Belə şəxslər də sistolik təzyiqin 90 mm Hg sütunundan aşağı olması heç də hipoperfuziyaya gətirib çıxartmır. Bəzi mütəxəssislər hipotenziya həddini, normal orta arterial təzyiqdən aşağı 30 mm Hg sütunu ilə eyni tutulmasını tövsiyə edirlər. Hipoperfuziya vəziyyəti bir neçə klinik əlamətlərlə: 1) psixik statusun pozulması – narahatlıq, həyəcan, huşun qaralması; 2) soyuq tərlə örtülmüş yapışqan dəri; 3) sutkalıq sidiyin – diurezin azalması (>20ml/saatda). Əksər kardiogen şoklu xəstələrdə sinus taxikardiyası: periferik damarlar üzərində zəif sapvari nəbz müşahidə olunur. Bir çox hallarda isə yanaşı taxipnoe – təngnəfəslik (tənəffüsün sayı 1dəqiqədə 20 dən çox olur) qeyd olunur.
Qan dövranının dayanmasının mütləq əlamətləri:
- Magistral arteriyalar (ümumi yuxu arteriyası, bud arteriyası) üzərində nəbzin itməsi;
- Ürək dayanmasından 20–30 saniyə sonra uducu nəfəsalma;
- Qan dövranının dayanmasından 30–60 saniyə sonra tənəffüsün dayanması;
Qan dövranının dayanmasının nisbi əlamətləri:
- Huşsuzluq (30–60 saniyə sonra),
- Bəbəklərin genəlməsi (60 saniyə ərzində),
- Sianoz (dəri və selikli qişaların göyərməsi),
- Qıcolma,
- Biləkdə (mil arteriyası üzərində) nəbzin olmaması.
Laborator instrumental müayinə
redaktəLaborator instrumental müayinədə:
- Qələvi-turşu müvazinətinin pozulması: asidoz, hipoksemiya, hipokapniya (kompensator tənəffüs mənşəyli alkaloz);
- Qanda laktatın artması;
- Leykositoz, trombositopeniya (diffuz damardaxili laxtalanma sindromu – DDLS);
- EKQ: infarkt əlamətləri, ritm pozğunluğu (sinus taxikardiyası, səyirici aritmiya, mədəcik taxikardiyası, ürəyin fibrilyasiyası);
- Rentgen: Ağciyər ödemi, gərginlik pnevmotoraksı, respirator distress sindrom
- Hemodinamik müayinədə (ing. PICCO və ing. Swan-Ganz kateter müayinəsində): hipotoniya, ürəyin həcm vurğusunun kəskin azalması, ağciyər arteriyasının hipertenziyası, ağciyər kapilyarlarında qapanma təzyiqinin yüksək olması
Müalicə
redaktəKardiogen şok qan dövranının dayanması kimi təcili ürək-ağciyər canlandırilması – reanimasiya tədbirləri tələb edir. Bu renimasion tədbirlərə ürəyin qapalı masajı və süni tənəffüs aiddir. bu reanimasion tədbirlər sonra medikamentoz müalicə və defibrilyasiya kimi tədbirlərlə davam etdirilir.
Kardiogen şoklu xəstənin vəziyyətinin sabitləşdirilməsi üçün:
- Effektli tənəffüsü və oksigenasiyanı təmin etmək: arterial qanda oksigenin parsial təzyiqini (Po2) 70 mmHg sütunundan yuxarı qaldırmaq.
- Orta qan təzyiqini katoxolaminlərin: dobutamin, dobutreks, noradrenalinin köməyi ilə 70 mm Hg. sütunundan yuxarı qaldırmaq.
- Hipovolemiya zamanı ümumi dövr edən qanın həcmini bərpa etmək üçün vena daxilinə məhlullar yeridilməlidir.
- Ritm pozğunluğunu, qələvi-turşu müvazinətini tarazlamaq.
Kardiogen şok zamanı istifadə olunan dərman preparatları:
Sıra | Dərmanlar | Dozası | Əlavə təsirləri |
---|---|---|---|
1. | Amrinon | V.d. birbaşa:0,75 mkq/kq;infuzamat:5-10 mkq/(kqxdəq). | Trombositopeniya, ürəkbulanma, ritm pozğunluğu, qaraciyərin toksiki zədələnməsi |
2. | Dobutamin | V.d. infuyomat: 3-10 mkq/(kqxdəq), bəzən 40mkq/(kqxdəq) qədər | Ürəkbulanma, ritm pozğunluğu, başağrıları |
3. | Dopamin | 3-5 mkq/(kqxdəq) başlayaraq tədricən effekt əldə edilənə qədər artırmaq | Ritm pozğunluğu, ətrafların qanqrenası |
4. | Noradrenalin | 2-8 mkq/(kqxdəq) başlayaraq hər 3-4 dəqiqə ərzində tədricən effekt əldə edilənə qədər artırmaq | Ritm pozğunluğu, ətrafların qanqrenası |
5. | Milrinon | 50 mkq/kq 10 dəqiqə ərzində, ardınca perfuzamat: 0,375-0,750 mkq/(kqxdəq) | Ritm pozğunluğu, baş ağrısı |
Kardiogen şoklu xəstələr adətən vahimə və qorxu içində olurlar. Belə xəstələrə tibbi personal tərəfindən son dərəcə diqqət göstərilməidir. Tez bir zamanda xəstənin vəyizzəti qiymətləndirilməli, lazımi fizikal müayinələr aparılmalıdır. Əsas diqqət bu vəziyyəti törətmiş potensial faktora yönəldilməli və tezliklə aradan qaldırılmalıdır. Beləki gərginlik pnevmotoraksda təcili plevra drenajının qoyulması və ya ürək tamponadasında perikadosentezaaparmaqla tezliklə kliniki vəziyyəti yaxşılaşdırmaq olar. Təcili vena əldə etməklə intensiv infuziya və kataxolamin preparatları zeritməklə qan təzyiqini normallaşdırmaq mümkündür. Tənəffüs sisteminin funksiyasını süni tənəffüslə təmin etməklə toxumaların oksigen çatışmazlığını aradan qaldırmaq mümkündür. Xəstənin nəfəsini adekvat təmin etmək üçün təcili intubasiya edilərək (tənəffüs yoluna – traxeyadaxili nəfəs borusu yeritməklə) süni tənəffüs aparatına qoşulması vacibdir. Arterial qanda oksigenin parsial təzyiqi (Po2) 70 mmHg sütunundan yuxarı təmin edilməlidir. Kardiogen şoku törətmiş potensial faktor ürək ritminin pozğunluğu olarsa dərhal onu aradan qaldırmaq vacibdir. Bradikardiyalı ritm pozğunluğunda ilkin olaraq parasimpatolitik preparatlardan, məsələn atropin sulfatdan istifadə edərək ürək vurğularının sayını və nəbzi norma həddinə çatdırmaq lazımdır. Cavab olmadıqda isə təcili xarici və ya transvenoz yolla EKS (Elektrokardiostimulyator) tətbiq etməklə ürək vurğularının sayını və nəbzi bərpa etmək lazımdır. Kardiogen şoka səbəb taxiaritmik formalı ürək ritm pozğunluğu: mədəcik taxikardiyası, qulaqcıqların sayirici aritmiyası olarsa dərhal kardioversiya tətbiq edilməlidir. Sinus ritmini təmin etmək üçün aritmiyalar əleyhinə preparatlardan da istifadə etmək olar. Nisbi hipovolemiya (məsələn, miokardın deşilməsi nəticəsində massiv qanaxma zamanı baş verən ürək tamponadası) kardiogen şokların 20%-də rast gəlinir. Bu zaman mövcud defisit vena daxilinə infuziyalarla aradan qaldırılmalıdır. Bu məqsədlə ürəyin işini, ümumi dövran edən qanın həcmini, periferik damarların müqavimətini, ağciyər xarici və daxili maye həcmini dəqiq hesablamaq üçün, ing. PICCO və ing. Swan-Ganz manitorinq sistemlərindən istifadə edilir. Bu müayinə metodları infuzion və katoxolamin terapiyasını uclaşdırmağa imkan verir. Kardiogen şok zamanı tətbiq edilən invaziv manipulyasiyalardan bibi də aortadaxili balon kontrapulsasiya – ADBK-dir. Bu invasiv üsul adətən miokardın massiv işemiyası nəticəsində inkişaf edən kardiogen şoklarda daha effektlidir. Burada məqsəd ürəyin tac damarların perfuziyasını və miokardın oksigen təchizatını adekvat təmin etməklə ürək əzələsinin qüvvəsini bərpa etməkdir.
Cərrahi müdaxiləyə göstəriş
redaktəKardiogen şoku törədən səbəbi aradan qaldırmaq üçün bəzi hallarda cərrahi əməliyyatlara ehtiyac duyulur. Məsələn məməyəbənzər əzələnin infarkt zamanı zədələnməsi nəticəsində xordaların didilib qırılması kəskin ikitaylı qapaq – mitral catmamazlığına gətirib çıxardır ki, orqanizm bu kəskin hal nəticəsində meydana çıxmış olan hemodinamik pozğunluğa adaptasiya oluna bilmir. Bu zaman medikamentoz tədbirlər effektli olmur. Xəstədə təcili təxirəsalınmadan süni qan dövranı şəraitində ikitaylı qapaqların plastik korreksiyası ya da mümkün olmadıqda protezləşmə əməliyyatı aparılmalıdır. Mədəçiklərarası çəpərin infarktdan zədələnməsi-deşilməsi, ya cırılması nəticəsində meydana çıxan kardiogen şokun səbəbini aradan qaldırmaq üçün açıq ürəkdə süni qan dövranı şəraitində cərrahi əməliyyat labüddür. Bu zaman qüsura ya deşiyə perikarddan yamaq qoyularaq bağlanılır. Ürəyin zədələnməsi nəticəsində, ürəkdə aparılan cərrahi əməliyyatlardan sonra baş verən qanaxma ürəyin tamponadasına və öz növbəsində kardiogen şoka səbəb olur. Bu zaman da təxirəsalınmadan cərrahi müdaxilə ilə köks qəfəsi və ürək kisəsi açılaraq ürək azad edilməlidir.
İstinadlar
redaktə- ↑ Pell JP, Sirel JM, Marsden AK et al.: Presentation, management, and outcome of out of hospital cardiopulmonary arrest: comparison by underlying aetiology. Heart (2003) 89:839–842. PMID 12860852
Mənbə
redaktə- AlcanK. E., StertzerS. H., Wallsh E., Bruno M. S., De Pasquale N. P. Current status of intraaortic ballon counterpulsation in critical care cardiologiy. Crit. Care Med., 1984; 12: 489–495.
- Alpert J. S., Backer R. C. Pathophizology, diagnosis, and mangement of cardiogenic shock. In: Schlant R. C., Alexander R. W.; O`Rourke R. A. et al. (eds). The Hart, 8th ed. New York, McGraw-Hill, 1994:907–925
- Forrester J. S., Diamond G., Chatterjee K., Swan H. J. Medical therapy of acute myocardial infarction by application of hemodynamic subsetr (second of two parts). N. Engl. J. Med., 1976;295.1356–1362
- Fortin D. F., Callif R. M. Long-term survival from acute myocardial infarction: Salutareeffect of an open coronary vessel. Am. J. Med., 1990;88:1–9N-1–15N
- Golberg R. J., Gore J. M., Albert J. S., Osganian V., deCrootJ., Bade J. etal. Cardiogenic shock resulting from acute myocardial infarction:A fourteen year comunity-wide perspective. N. Engl. J. Med., 1991;325:1117–1122.
- Gutovitz A. L., SobelB. E., Roberts R. Progressive nature of myocardial injury in selected patients with cardiogenic shock. Am j. Cardiol., 1978;41:469–475.
- Lee L., Erbel R., Brown T. M., Laufer N., Meyer J., O`Neill W. W. Multicenter registry of angioplasty therapy of cardiogenic shock:Initial and long-term survival. J. Am. Coll. Cardiol.; 1991;17.599–603.
- Love J. C., Haffajee C. I., Gore J. M., Alpert J. S. Reversibility of Hypotenzion and schock by atrial oratrioventricular sequential pacing in patiets with right ventricular infarction. Am Heart J., 1984;108:5–13.
- Page D. L., Caulfield J. B., Kastor J. A., DeSanctis R. W., Sanders C. A. Myocardial changes associated with cardiogenic shock. N. Engl. J. Med., 1971; 285:133–137.
- Snell R. J., Parrillo J. E. Cardiovascular dysfunktion in septic shock. Chest., 1991;99:1000–1009