Karlo Adzelio Campi - Wikipedia
Karlo Adzelio Çampi (d. 9 dekabr 1920 - ö. 16 sentyabr 2016) — İtalyan siyasətçi və bankçı, İtaliyanın onuncu prezindenti (18 may 1999-15 may 2006). Müstəqil olaraq, seçkilərdə iştirak edib. Daha sonra senator çalışmışdır.
Həyatı
redaktə1920-ci ildə Livornoda anadan olub. Çampi 1941-ci ildə Pisa Universitetinin ədəbiyyat hissəsindən məzun olub. İtalyan Müqavimət Fəaliyyətinə qatılıb. 1946-ci ildə Franca Fundacja ilə evlənib. Eyni ildə Pisa Universiteti hüquq fakültəsindən məzun olub. İtaliya Bankında işə başlayıb.1979-cu ildə bankın rəhbəri olub. 1993-1994cü illərdə İtaliyanın baş naziri çalışıb. 1996-cı ildə maliyyə naziri olub. 1999-cu ildə İtaliyanın q0-cu prezidenti seçilib və 2006-cı ilə kimi bu vəzifədə qalıb. 2005-ci ildə mart ayında Oxford Universiteti tərəfindən ona fəxri doktor adı verilib. 2016-cı ildə İtaliyanın paytaxtı Romada vəfat edib.
İstinadlar
redaktə Siyasətçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |