Karlos Caves - Wikipedia
Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim.[1]
Karlos Çaves | |
---|---|
isp. Carlos Antonio de Padua Chávez y Ramírez | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Padua Çaves-i-Ramires Karlos Antonio de |
Doğum tarixi | |
Doğum yeri | Mexiko yaxınlığındakı Kalsado-de Takula |
Vəfat tarixi | (79 yaşında) |
Vəfat yeri | Mexiko |
Vətəndaşlığı | Meksika |
Milliyyəti | meksikalı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, xoreoqraf, musiqişünas, musiqiçi |
Janr | Opera and simfoniya |
Musiqi aləti | piano |
Albom şirkətləri | Columbia Records |
Üzvlüyü | |
Mükafatları |
Quqqenhaym təqaüdü,
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəP.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 1925–26-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (1928–34), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (1947–52) olmuşdur. Meksika və Latın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi Amerika və Avropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir.[1]
Fəaliyyəti
redaktəBir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi. Həmin illərdə Çaves musiqi modernizmi ilə maraqlanaraq bir sıra əsərlər (“Çoxbucaqlılar”, “Altıbucaqlılar”, “Enerji”, “Spiral” və s.) yaramışdır. Xor və orkestr üçün “Proletar simfoniyası” (1934), “Respublika uvertürası” (1935), Meksika şairi K.Qutyerres Krusun sözlərinə yazılmış xor və orkestr üçün “Günəş” kantatası (1934) və s. əsərlərin müəllifidir. 20-ci əsrin 40-cı illərindən başlayaraq Çavesin musiqisi milli xüsusiyyətlərini saxlamaqla akademik xarakter almışdır. Müasir Meksika bəstəkarlarına Çaves yaradıcılığının böyük təsiri olmuşdur.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 Çaves// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V cild. — Səhifələrin sayı: 592. — Səh.: 462. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.