Kartof Puresi - Wikipedia
Kartof püresi (fr. Purée de pommes de terre; ing. Mashed potato) — kartofdan püre. Kartofdan hazırlanan bu yemək bütün dünyada geniş yayılmışdır.
Kartof püresi | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
İngilis mətbəxi Amerikan mətbəxi |
|
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Qarnir |
Hazırlanması
redaktəÜmumi məlumat
redaktəKartof püresini hazırlamaq üçün hər zamankı sadə formula: yalnız soyutma kartof, süd və yağın bir yerdə əzilməsindən ibarət olub. Son zamanlar yeni bir inqridient- pendir də əlavə olunur. Bu zaman fərq o dəqiqə hiss olunur – püre daha kremli və ləziz olur. Pendir ən axırda əlavə olunur və püreyə tam əriyib qarışanadək qazda bişirilir. Kartof püresini hazırlayan zaman bəzi məqamlara diqqət etmək gərəkir.
Ərzaqlar
redaktə- 5 orta ölçülü kartof (nişastalı kartof məsləhət görülür)
- 60 qrama yaxın kərə yağı
- 0,5 (yarım) stəkan süd
- 1 stəkan sürtkəcdən keçirilmiş kaşar pendiri (Provolone və ya Mozarella da olar)
- Duz
- İstiot
Hazırlanma qaydası
redaktəKartofları yuyub orta ölçülü qazana yerləşdirin. Üstü örtülənədək su ilə doldurun, qaynadıb bişirin (kartoflar yumuşalana qədər, təqribən 30 dəqiqə). Suyunu süzüb isti-isti qabığını soyun. Eyni qazanda kartofları kartofəzənlə püre halına gətirin, kartof hələ istiykən yağı da elavə edin, əriyənə qədər qarışdırın. Bir az süd əlavə edib bir az da qarışdırın. Yağ və südün miqdarını zövqə görə dəyişə, artıra da bilərsiniz. Daha sonra qazana pendiri əlavə edib qazın üstündə orda odda pendir əriyənə qədər tez-tez qarışdırmaq şərti ilə bir neçə dəqiqə qızdırın. Zövqə görə duz və istiotunu əlavə edin və dərhal süfrəyə verin.