Karuyarv Golu - Wikipedia
Karuyarv (est. Karujärv — "Ayı gölü") — Estoniyanın Saaremaa adasında yerləşən göl. Göl adanın qərb hissəsində, Lyaene-Saare bölgəsində yerləşir.
Karuyarv | |
---|---|
est. Karujärv | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 32 m |
Eni | 2800 km |
Uzunluğu | 2200 km |
Sahil uzunluğu | 12,276 km |
Sahəsi | 0,3456 km² |
Dərin yeri | 6 m |
Yerləşməsi | |
58°22′39″ şm. e. 22°13′03″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Region | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəKaruyarv gölü Kyarla qəsəbəsindən 4,5 km şimalda yerləşir. Şimal sahilində Deevo qəsəbəsi (keçmiş sovet hərbi şəhərciyi), şərq sahilində isə turistlər üçün kempinq yerləşir. Gölün şimal-şərq sahilindən avtomobil yolu keçir və 2304, 2310 və 2314 nömrəli avtobus marşrutları bu istiqamətdə işləyir.[1].
Gölün dəniz səviyyəsindən hündürlüyü 32 metrdir.[1]. Göl daxilində 5 kiçik ada yerləşir.[2]. Karuyarvın sahəsi 345,6 hektardır (adalarla birgə 349,9 ha). Sahil xəttinin ümumi uzunluğu — 12,276 km-dir[3]. Gölün uzunluğu 2,8 km, eni 2,2 km-dir. Maksimal dərinliyi 6 metrdir[4]. Gölün sahili sıx meşə ilə əhatələnmişdir. Gölün dibi qumludur. Kempinq sahəsində qumlu çimərlik var[4].
Göldə xərçənglər üstünlük təşkil edir. Balıqlardan daha çox xanı, adi durnabalığı, çəki, qızılüzgəc, lilbalıq, siqi üstünlük təşkil edir.
Meydana gəlməsi
redaktəKaruyarv gölü 8 min il əvvəl dənizin bir hissəsinin ayrılaraq tədric olunması nəticəsində meydana gəlmişdir. Göl ada ərazisində ən qədim su hövzəsi hesab olunur.[4] Göl ətrafında olan kempinqi "Kyarla" kolxozu qurmuşdur.[4] SSRİ dövründə ərazidə hərbi hava qüvvələrinin poliqonu yerləşirdi. Bu səbəbdən göldən bəzən partlamamış aviasiya bombası aşkar edilir. 2009-2017-ci illərdə göldən 50-yə yaxın bomba tapılaraq zərərsizləşdirilib.[2]
Əfsanə
redaktə"Karuyarv" tərcümədə "Ayılar gölü" mənasını verir. Mövcud əfsanəyə görə adada yaşayan yeddi ayı mübahisə ediblər. Onları sakitləşdirmək üçün təbiət ayılara yağış yağdırmış və göl meydana gəlmişdir. Ayılar hərəsi bir tərəfə qaçmış və göldə yeddi buxta formalaşmışdır.[2]
Ədəbiyyatda
redaktəEston yazıçısı Yakoba Myandmetsanın "Göl" hekayəsi Karuyarv gölünə həsr olunub.[5]
İstinadlar
redaktə- ↑ 1 2 Топографическая карта Эстонской ССР
- ↑ 1 2 3 "В озере Каруярв нашли четыре авиабомбы". ru.sputnik-news.ee. 2017-02-11. 2018-06-19 tarixində orijinalından arxivləşdirilib.
- ↑ keskkonnainfo.ee (стр. 19) Arxivləşdirilib 2016-03-09 at the Wayback Machine (est.)
- ↑ 1 2 3 4 Проозес Э., Сааремаа, Тал., 1990. С. 87
- ↑ Миллер В., Сааремаа, Тал., 1973. С. 77