Kasperski Laboratoriyasi - Wikipedia
"Kasperski Laboratoriyası" (rus. Лаборатория Касперского) — informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində fəaliyyət göstərən Rusiya şirkəti. Yaradıcısı Yevgeni Kasperskidir.
Kasperski Laboratoriyası | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | Kompüter təhlükəsizliyi |
Məhsulu | Antivirus proqramı |
Təsis tarixi | 26 iyun 1997 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Struktur | |
İşçi sayı |
|
Rəhbərlik | |
Təsisçi | |
Baş icraçı direktor | Yevgeni Kasperski |
Prezident | Yevgeni Kasperski |
kaspersky.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəYevgeni Kasperski 1991–1997-ci illərdə "KAMİ" elmi texniki mərkəzində antivirus layihəsini inkişaf etdirirdi. Onun hazırladığı "-v" proqramı adlandırılan məhsul 1994-cü ildən "AVP" (AntiViral Toolkit Pro) adını alır. 1997-ci ildə Kasperski və onun komandasından olan 5 nəfər "KAMİ"-dən ayrılır və öz şirkətlərini – "Laboratoriya Kasperskoqo" — "Kasperski Laboratoriyası"nı təsis edirlər. Həmin vaxta qədər Rusiyada informasiya təhlükəsizliyinin sistemlərinin hazırlaması sahəsində lider olan məhsul beynəlxalq bazara çıxır. Ancaq ABŞ-da onların partnyoru ticarət markası kimi "AVP" adını qeydiyyatdan keçirir və özünü onun sahibi kimi təqdim edir. Nəticədə "Kasperski Laboratoriyası" "AVP" ticarət markasını itirir. 2000-ci ilin noyabrında laboratoriya rəsmən məhsulun adının və loqotipinin dəyişdirildiyini elan edir. Məhsul "Antivirus Kasperskoqo" – "Kasperski Antivirusu" adlandırılır.
2002-ci ilin əvvəlindən şirkət istifadəçilərin yalnız viruslardan deyil, həm də informasiya təhlükəsizliyinin bütün təhdidlərindən qorunması məqsədilə fəaliyyət sferasını genişləndirdi. İlin sonunda istifadəçilərə kompüter şəbəkələrinin və ya ayrıca qovşaqların qeyri-qanuni girişdən müdafiəsi üçün nəzərdə tutulmuş fərdi şəbəkəarası ekran Kaspersky Anti-Hacker və spamdan mühafizə sistemi — "Kaspersky Anti-Spam"ı təqdim etdi.
2003-cü ildə "Kasperski Laboratoriyası" kollektivi RAV rumın antivirus sisteminin istehsalçıları komandası ilə birləşdi.
Hazırda "Kasperski laboratoriyası" öz fəaliyyətini dünyanın 200 ölkəsində həyata keçirən beynəlxalq şirkətlər qrupudur. Laboratoriyanın mərkəzi ofisi Moskvada yerləşir, şirkətin fəaliyyətinin idarə edilməsi, biznesin inkişafı buradan yerinə yetirilir.
Bu gün şirkətdə 2500-dən çox yüksək ixtisaslı mütəxəssis çalışır. "Kasperski laboratoriyası"nın 30 ölkədə lokal nümayəndəlikləri mövcuddur. Şirkət müxtəlif müştərilər üçün məhsulların və həllərin geniş spektrini təklif edir, xüsusi diqqət kiçik və orta biznes sahəsinə, həmçinin ev istifadəçilərinə ayrılır.
"Kasperski Laboratoriyası"nın məhsulları və texnologiyaları bütün dünyada 300 milyondan çox istifadəçini müdafiə edir. Şirkətin korporativ müştərilərinin sayı 250 mini ötür. Belə ki, böyük dövlət və ticarət təşkilatları (məsələn, "BASF", "Siemens", Moskva Şəhər İnformasiya Texnologiyalarının Departamenti, Rusiyanın Dəmir Yolları, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Ali Arbitraj Məhkəməsi, Federal vergi xidməti, Sosial Sığorta Fondu, Hesablama Palatası və s.), həmçinin dünyanın bir çox kiçik və orta biznes müəssisələri, təhsil müəssisələri şirkətin məhsullarından yararlanırlar.
Hazırda "Kasperski Laboratoriyası"nın 80-dən çox qlobal və texnologiya partnyoru sırasına "Microsoft", "IBM", "Cisco", "Juniper Networks", "Alcatel Lucent", "Blue Coat", "Check Point", "D-Link", "GFI", "Gwava", "Netgear", "SonicWALL RSA", "ZyXel", "Alt-N", "Parallels", "Lenovo" kimi nüfuzlu şirkətlər daxildir.
Rusiyanın müstəqil informasiya-analitik portalı Anti-Malware.ru "Rusiya 2007–2008-ci illər antivirus müdafiəsi bazarının analizi" adlı illik hesabatında "Kasperski laboratoriyası"nı bazarın 45 faizini əhatə edərək 60,2 milyon dollar satış həcmi ilə Rusiya bazarında lider olduğunu elan etdi.
Mükafatları
redaktəŞirkət internet şəbəkənin Rusiya seqmentinin inkişafına verdiyi töhfələrə görə "Texnologiyalar və innovasiyalar" nominasiyasında "Premii Runeta – 2007" mükafatının laureatı olub.
"Akademiya Kasperskoqo"
redaktəKompaniyanın ali təhsil müəssisələri üçün "Akademiya Kasperskoqo" adlı təhsil proqramı mövcuddur. Proqramın məqsədi kompüter sistemlərində informasiyanın mühafizəsi sahəsindəki qabaqcıl bilik və təcrübələrin yayılması, informasiya təhlükəsizliyi sahəsində ali məktəb müəllimlərinin ixtisaslarının artırılması, ali məktəblərdə kompüterlərin viruslardan mühafizəsinə və informasiya təhlükəsizliyi məsələləri ilə məşğul olan istedadlı tələbələrə dəstək verilməsidir. Kompaniyanın tərəfdaş ali məktəblər üçün təmənnasız təqdim etdiyi "Viruslar və onlarla mübarizə vasitələri" kursu isə öncə texniki ixtisaslar üçün nəzərdə tutulub.
Mənbə
redaktə- Cahangir Atakişiyev. "Rabitə dünyası" qəzeti. № 19 (766), 24 may 2013, səh. 27. (az.)
Xarici keçidlər
redaktə- kaspersky.com — Rəsmi saytı
- Official Fanclub website
- The Virus Warrior: A Start-Up Tale By Jessica Bachman, Ernst & Young, April 29, 2010.
- Securelist.com
- Cyber Threat Real-Time Map