Katara - Wikipedia
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi.
Katara | |
' | |
Su Tayfası | |
Cins | qadın |
Yaş | 14 (Avatar: Aanq haqqında əfsanə) 15 (Vəd) 16 (Yarıq) 85—86, 89 (Korra əfsanəsi) |
Məşğuliyyət | Həkim Döyüş ustası Kənd ağsaqqalı |
İlk gəlişi | Pilot seriyası |
Səsli aktyor | Mey Uitmen (Avatar: Aanq haqqında əfsanə) Eva Mari Seynt (Korra əfsanəsi) |
Aktyor | Nikola Peltz (2010 filmi) Kiaventiio (2024 serialı) |
Ailəsi | Sokka (qardaşı) Aanq (həyat yoldaşı) |
Yaradılması və konsepsiyası
redaktəYayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub.[1] Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi. Beləliklə, Aanqın yaşı 10-dan 12-yə, Kataranın yaşı 12-dən 14-də, Sokkanın yaşı isə 13-dən 15-ə dəyişdirilmişdi.[2]
The Women of Avatar: The Last Airbender xüsusi buraxılışda Maykl Dante DiMartino və Brayan Konietzko deyiblər ki, Katara serialın Deyteraqonistidir və hekayə onun baxışından danışılır.[3] Əlavə məlumatı verən Avatar Extras serialında deyilib ki, əvvəl Kataranın personajı Zukonu sevməli idi.[4] Lakin, DiMartino və Konietzko bunu inkar ediblər.[5][6]
Su magiyası
redaktə100 illik müharibədən sonra, Katara su magiyasının cənubi üslubunun sağ qalmış yeganə ustasıdır.[7][8][9][10] Onun su maqları arasında nadir olan sağaldıcı bacarığı var. Bu bacarığı vasitəsi ilə o, xəsarətləri və yaraları sağalda bilər. Aanq Katarnın əllərini ilk dəfə od magiyasını dənəyərkən təsadüfən yandırandan sonra, Katara özünü sağaldaraq bu bacarığını aşkar etmişdi.[11]
Xarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Written and Directed by: Michael Dante DiMartino, Bryan Konietzko; Voices: Mitchel Musso as Aang and Mae Whitman as Kya. Avatar: The Last Airbender — The Complete Book One Box Set (DVD). Nickelodeon. 2006-09-19.
- ↑ DIMARTINO, MICHAEL DANTE. KONIETZKO, BRYAN. AVATAR : the last airbender - the art of the animated series deluxe (second edition). [S.l.]: DARK HORSE COMICS,U S. 2020. ISBN 978-1-5067-2170-5. OCLC 1191236148.
- ↑ Written and Directed by: Michael Dante DiMartino, Bryan Konietzko. "The Women of Avatar: The Last Airbender". Avatar: The Last Airbender — The Complete Book Three Box Set (DVD). Nickelodeon.
- ↑ "The Cave of Two Lovers". Avatar: The Last Airbender, Extras. Season 2. Episode 22. Nickelodeon.
- ↑ Bergantino, David. Sozin's comet : the final battle. Patrick Spaziante. New York: Simon Spotlight/Nickelodeon. 2008. ISBN 978-1-4169-5827-7. OCLC 228807461.
- ↑ "Avatar Spirit". AvatarSpirit.net. 2007-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-10-20.
- ↑ The Lost Scrolls: Water, page 31 of The Lost Scrolls Collection.
- ↑ "Kung Fu Magazine Articles". 2012-04-15 tarixində orijinalından arxivləşdirilib.
- ↑ "Nickelodeon's Official Avatar: The Last Airbender Flash Site". Nick.com. September 21, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2006.
- ↑ Director: Ethan Spaulding; Writer: Elizabeth Welch Ehasz. Return to Omashu // Avatar: The Last Airbender. 2 sezon. 3 epizod. April 7, 2006. Nickelodeon.
- ↑ Director: Lauren MacMullan; Writer: Tim Hedrick. The Deserter // Avatar: The Last Airbender. 1 sezon. 16 epizod. 2005-10-21. Nickelodeon.