Kattegat - Wikipedia
Katteqat — Yutlandiya yarımadasının şərq sahili və Skandinaviya yarımadasının cənub-qərb hissəsinin arasında yerləşən boğaz. Skagerrak, Öresund, Kiçik və Böyük Belt boğazları ilə Şimal dənizini Baltik dənizi ilə birləşdirir. Uzunluğu təqribən 200 km, eni cənubda 122, şimalda isə 60 km-dir. Dərinliyi 1030 m, şimal hissəsində 50 m və ya daha dərindir.
Katteqat | |
---|---|
dan. Kattegat, isv. Kattegatt | |
| |
Ümumi məlumatlar | |
Eni | 60-120 km |
Uzunluğu | 200 km |
Ən böyük dərinliyi | 50 m |
Yerləşməsi | |
56°55′42″ şm. e. 11°25′41″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
Ayırır | Skandinaviya yarımadası ilə Yutlandiyanı |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Boğazda iki cərəyan var: az duzlu, dərinə getməyən və şimala yönlənən, bir də daha duzlu, dərinə gedən və cənuba yönlənən. Sahil suları qışda donur.
Katteqat adı holland dənizçi jarqonundan əmələ gəlib. Əvvəlcə "pişik qapısı" (nid. kat — «pişik» və gat— «yarıq») mənasını daşıyan bu sözü naviqasiya üçün mürəkkəb olan dar boğazlara aid edirdilər.[1][2]
Tarix
redaktəKatteqata nəzarət və ora daxil olma imkanı beynəlxalq gəmiçilik üçün tarixi boyu mühüm əhəmiyyət kəsb edirdi. Elder kanalının tikilməsindən öncə (1784), Katteqat Baltik regionuna yeganə su yolu idi.
Ekoloji kollaps
redaktə1970-ci illərdə alimlər intensiv sənaye aktivliyinin ətraf aləmə necə təsir etdiyini öyrənməyə başlayanda, Katteqat ilk dənizdə yerləşən “ölüm zonalarından” biri kimi qeyd olundu. Son illərdə edilən tədqiqatlar və işlər sayəsində bir çox problemlərlə mübarizə aparamağın yolu tapılmışdır, məsələn ötrofikasyonla. Ekoloji cəhətdən dağıdıcı və iqtisadi cəhətdən təhlükəli proseslərin qarşısını alınması və bərpa edilməsi üçün, Danimarka və Avropa İttifaqı baha və uzun daxili layihələrə başlamışdılar.[3] Planlara (“Action Plans”) geniş çeşidli təşəbbüslərinin yekununu vurmaq və “Nitrate Directive” adlanan rəsmi və nüfuzlu təlimatları yerinə yetirmək daxildir.[4] Bu layihələrin fəaliyyətini uğurlu hesab etmək olar, lakin işlər hələ bitməyib.[5]
İstinadlar
redaktə- ↑ Den Store Danske Encyklopædi (2004), CD-ROM edition, Copenhagen: Gyldendal, entry Kattegat.
- ↑ Nudansk Ordbog (1993), 15th edition, 2nd reprint, Copenhagen: Politikens Forlag, entry Kattegat.
- ↑ Both the ecosystems and the Danish fishing industry has suffered greatly from the eutrophication of the Kattegat sea. (Source: Bo Barker Jørgensen and Katherine Richardson: Eutrophication in Coastal Marine Ecosystems Arxivləşdirilib 2017-08-15 at the Wayback Machine Coastal and Estuarine Studies, American Geophysical Union 1996, ISBN 0875902669, Ch. 8)
- ↑ Implementation of the Nitrates directive in Denmark Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine Danish Ministry of the Environment
- ↑ Jesper H. Andersen and Jacob Carstensen. "Action Plans for the Aquatic Environment have been a success". Politiken (Danish). 25 October 2011. 18 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2014.