Kazim Ismayilov - Wikipedia
Kazım Mirheydər oğlu İsmayılov (22 noyabr 1905, Basqal, Şamaxı qəzası – 21 mart 1981, Bakı) — siyasi xadim, Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi, Ağdaş və Salyan rayon Partiya Komitələrinin birinci katibi.[1]
Kazım İsmayılov | |
---|---|
oktyabr 1940 – ? | |
1938 – oktyabr 1940 | |
Əvvəlki | İbrahim Nəzərov |
Sonrakı | Hüseyn Nəcəfov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 noyabr 1905 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1981 (75 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Uşağı | |
Rütbəsi | polkovnik |
|
|
Təltifləri |
Həyatı
redaktəKazım Mirheydər oğlu İsmayılov 22 noyabr 1905-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində anadan olmuşdur. 1921-ci ildə o, komsomola qəbul edilmiş və könüllü olaraq Sovet Ordusu sıralarında xidmət etmişdir. 1924-cü ildə ordudan tərxis olunduqdan sonra Kazım İsmayılov Bakıda mexaniki emalatxanalarda çilingər köməkçisi işləmişdir.[2]
1926-cı ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilən Kazım İsmayılov elə həmin ildən 1936-cı ilədək komsomol işində çalışmış, ilk komsomol təşkilatının katibliyindən Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin ikinci katibi və Naxçıvan Vilayət Komsomol Komitəsinin birinci vəzifəsinədək yüksəlmişdir. 1936-cı ildə Kazım İsmayılov partiya işinə irəli çəkilmiş, Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin ikinci katibi, Ağdaş Rayon Komitəsinin birinci katibi, Naxçıvan Vilayət Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır.[2]
Böyük Vətən müharibəsinin ilk günlərindən Kazım İsmayılov döyüşən ordu sıralarına qoşulmuş, 402-ci, 72-ci, 378-ci, 39-cu atıcı diviziyaların siyasi şöbəsinin rəisi olmuş, döyüşlərdə bilavasitə iştirak etmişdir. 1945-ci ildə ordudan buraxıldıqdan sonra Kazım İsmayılov yenidən partiya işinə getmiş, Ağdaş və Salyan rayon partiya komitələrinin birinci katibi, Azərbaycan Kommunist Partiyasının inzibati orqanlar şöbəsinin müdiri, eləcə də Azərbaycan KP Bakı Şəhər Komitəsinin şöbə müdiri işləmişdir. Sonralar isə sovet və təsərrüfat orqanlarında məsul vəzifələrdə çalışmışdır.[2]
Kazım İsmayılov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin, Naxçıvan MSSR Ali Sovetinin deputatı seçilmişdir.[3] "Lenin" ordeni, 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.
Kazım İsmayılov 1981-ci il mart ayının 21-də vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının 1-ci Dövlət katibi Tofiq İsmayılovun atasıdır.
İstinadlar
redaktə- ↑ "Исмаилов Кязим Гейдар оглы" ( (rus.)). knowbysight.info. 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
- ↑ 1 2 3 К. Һ. Исмајылов // Коммунист. № 72 (17706). 24 март 1981-ҹи ил. С. 3.
- ↑ "Görkəmli dövlət xadimi, təvazökar insan" ( (az.)). ismayilli-xeberleri.info. İstifadə tarixi: 16 may 2018.[ölü keçid]