Kazim Elekberov - Wikipedia
Ələkbərov Kazım Əbdülmanaf oğlu (17 fevral 1909, Bakı – 12 sentyabr 1987, Bakı)— görkəmli torpaqşünas-eroziyaşünas alim, kənd təsərrüfatı elmləri doktoru, professor (1960), AMEA müxbir üzvü (1968).[1][2][3]
Kazım Ələkbərov | |
---|---|
Kazım Əbdülmanaf oğlu Ələkbərov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (78 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | torpaqşünaslıq |
Elmi dərəcəsi | kənd təsərrüfatı elmləri doktoru |
Elmi adları | professor, AMEA müxbir üzvü |
İş yeri | AMEA Eroziya Bölməsi |
Təhsili | Azərbaycan Politexnik İnstitutu |
Həyatı
redaktəKazım Ələkbərov 17 fevral 1909-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1929-cu ildə Bakı şəhərində orta məktəbi bitirdikdən sonra 1929- 1930-cu illərdə Bakıdakı M.Ə. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunun Kənd təsərrüfatı fakültəsinə daxil olmuşdur. 1931-1932-ci illərdə isə Tiflis şəhərindəki Zaqafqaziya Yeni Lifli Bitkilər İnstitutunun Aqrobitkilər şöbəsində oxuyaraq aqronomluq ixtisasına yiyələnmişdir.[1][2][3]
1932-ci ildə Tiflisdə ali təhsilini başa çatdıran K.Ə. Ələkbərov torpaqşünas kimi 8 fevral 1932-ci il tarixdə "Zaqyenlitrest"də əmək fəaliyyətinə başlayır[1] və dekabr ayına kimi burada işləyir. 1934-cü ildə K.Ə. Ələkbərov hərbi xidmətə çağırılır və Tiflis şəhərindəki hərbi məktəbin kursantı olur. 1939-cu ildə SSRİ EA-nın Azərbaycan Filialının Torpaqşünaslıq Bölməsində aspiranturaya daxil olur.
Dissertasiya işini uğurla başa çatdırdıqdan sonra 1943-cü ilin 17 iyununda akademik İ.M. Qubkin adına Geologiya İnstitutunda "Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Elmi Şuranın qərarı ilə ona geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi verilir.[1]
Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra K.Ə. Ələkbərov 1943-cü ilin 18 iyununda Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların genezisi və xəritələşdirilməsi laboratoriyasına baş elmi işçi vəzifəsinə seçilir. Bu vəzifədə o, 1950-ci ilin 15 iyuluna qədər işləyir. Eroziya sahəsində bacarıqlı mütəxəssis kimi tanınan 15 iyul 1950-ci ildə ET Eroziya stansiyasına direktor vəzifəsinə təyin edilir. Sonralar tam müstəqil olan və ET Eroziya bölməsi adlandırılan bu elmi təşkilata o, 18 mart 1970-ci il tarixə kimi rəhbərlik edir.[1][2][3]
1945-1955-ci illər ərzində apardığı elmi-tədqiqat işlərinin yekunu kimi "Azərbaycan SSR-də torpaq eroziyası və onunla mübarizə" mövzusunda doktorluq işini (elmi məsləhətçi k.t.e.d., professor S.S. Sobolev) başa çatdıraraq 9 may 1958-ci ildə SSRİ EA-nın V.V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda uğurla müdafiə edir, ona kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsi verilir. Azərbaycanlılar arasında torpaqşünaslıq ixtisası üzrə ilk elmlər doktoru olan 27 yanvar 1959-cu il tarixdə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən kənd təsərrüfatı üzrə elmlər doktoru alimlik dərəcəsi və 19 yanvar 1960-cı ildə Torpaqşünaslıq ixtisası üzrə professor adı verilir. Azərbaycan torpaqşünaslıq elmi qarşısında xidmətlərini nəzərə alaraq o, 24 dekabr 1968-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilir. [1][2][3]
Kazım Ələkbərov 1970-1974-cü illərdə KTN-nin ET Əkinçilik institutunun direktoru, 1974-cü ilin martından 1987-ci ilin sentyabrına kimi Azərbaycan SSR EA-nın Coğrafiya institutunun Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə şöbəsinin müdiri vəzifələrində çalışmışdır.[2][3] K.Ə. Ələkbərov bir çağırış Bakı şəhəri Nərimanov rayonunun deputatı seçilmişdir.
Kazım Ələkbərov 12 sentyabr 1987-ci ildə Bakıda vəfat etmişdir.[2][3]
Elmi fəaliyyəti
redaktə- 1920-1929-cu illər - Bakı şəhəri 33 №-li orta sovet məktəbində oxumuşdur.
- 1929-1930-cu illər - Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinin tələbəsi və eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı fakültəsinin botanika kafedrasının əməkdaşı olmuşdur.
- 1930-1932-ci illər - Tiflis şəhərində Zaqafğaziya Yeni Lifli Bitkilər İnstitutunun tələbəsi və Torpaqşunaslıq İnstitutunun əməkdaşı olmuşdur.
- 1932-1933-cü illər - Tiflis şəhərində Zaqafqaziya Yeni Lifli Bitkilər Trestində torpaqşünas vəzifəsində çalışmışdır.
- 1933-1934-cü illər - Ordu sıralarında hərbi xidmətdə olmuşdur.
- 1934-cü il - Bakı şəhəri Kənd Təsərrüfatı Nazirliyinin kolxoz kurslarında müəllim işləmişdir.
- 1934-1939-cu illər - Azərbaycan SSR Torpaq Xalq Komissarlığının Kimyalaşma Stansiyasının elmi işçisi vəzifəsində çalışmışdır. Quba torpaq ekspedisiyasının iştirakçısı olmuşdur. Ağdaş rayonu Ağdaş MTS torpaq ekspedisiyasının rəis müavini olmuşdur. Qazax rayonu Ağstafa MTS torpaq ekspedisiyasının rəisi olmuşdur. Ağdaş rayonu Xaldan MTS torpaq ekspedisiyasının rəis müavini olmuşdur. Bərdə rayonu Mehtixanlı MTS torpaq ekspedisiyasının rəisi, eyni zamanda SSRİ EA Azərbaycan Filialı Torpaqşünaslıq sektorunun qiyabi aspirantı olmuşdur.
- 1940-1941-ci illər - Həmin sektorun əyani aspirantı olmuşdur.
- 1941-1943-cü illər - SSRİ EA Azərbaycan Filialının Torpaqşünaslıq sektorunun kiçik elmi işçisi vəzifəsində çalışmışdır.
- 1943-cü il - Geologiya-minerologiya elmləri namizədi alimlik elmi dərəcəsini almaq üçün “ Stalin adına Samur-Dəvəçi kanalının istiqaməti boyu torpaq və süxurlar “ mövzusunda dissertasiya işini müdafiə edir. SSRİ EA Azərbaycan Filialının Torpaqşünaslıq sektorunun kiçik elmi işçisi vəzifəsində çalışmışdır. Azərbaycan SSR DQMV torpaq ekspedisiyasının iştirakçısı olmuşdur. Azərbaycanda Sovet Hakimiyyəti qurulmasının 23 illiyinə həsr olunmuş elmi sessiyanın iştirakçısı olmuşdur.
- 1944-1950-ci illər - Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun böyük elmi işçisi olmuşdur. Abşeron yarımadasında torpaq örtüyü və külək eroziyasının inkişafını öyrənmişdir. “Neft yataqlarının torpaq-geokimyəvi göstəriciləri” tədqiqat işi üzrə ekspedisiyalarda iştirak etmişdir (Moskva şəhəri) Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Yevlax torpaq ekspedisiyasının eroziya dəstəsinin rəhbəri olmuşdur. Meşə Təsərrüfatı Nazirliyinin Meşə Texnikumunda torpaqşünaslıq kursunu tədris etmişdir.
- 1945-ci il - Mingəçevir hidroqovşağı ekspedisiyasının eroziya dəstəsinin rəhbəri. SSRİ EA V.V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun Qəbələ torpaq-eroziya ekspedisiyasının iştirakçısı olmuşdur. Şəki, Qəbələ ərazisində Bozdağ sisteminin torpaq-eroziya ekspedisiyasının rəhbəri olmuşdur.
- 1950-ci il - Azərbaycan SSR Elmlər Akademiyası Torpaq Eroziya Stansiyasının direktoru vəzifəsində çalışmışdır. Eroziya proseslərinin dinamika və kartoqrafiya laboratoriyasının müdiri olmuşdur. Şəki rayonu Kişçay çayı hovuzu torpaq-eroziya ekspedisiyasının rəhbəri olmuşdur.
- 1950-1955-ci illər - Oğuz rayonu Nəzərçay və Daşqınçay çayları, Şəki rayonu Künkütçay və Şinçay çayları hovuzları torpaq-eroziya ekspedisiyasının rəhbəri olmuşdur. Qax rayonu Kurmuxçay çayı hovuzu torpaq-eroziya ekspedisiyasının rəhbəri olmuşdur.
- 1955-1957-ci illər - Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaq fizikası laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Moskva şəhərində torpaqşünasların birinci qurultayında məruzələrlə çıxış etmişdir. Ümumittifaq torpaqşünaslar cəmiyyətinin Azərbaycan fılialının sədr müavini olmuşdur. Torpaq eroziyasına qarşı mübarizə üzrə Azərbaycan SSR Nazirlər Soveti İdarələrarası komissiyanın sədri olmuşdur.
- 1957-1961-ci illər - Azərbaycan SSR EA Elmi-Tədqiqat Torpaq-Eroziya Stansiyasının direktoru işləmişdir.
- 1958-ci il - SSRİ EA V.V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunda kənd təsərrüfatı elmlər doktoru alimlik dərəcəsini almaq üçün “Azərbaycan SSR-də torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə etmişdir.
- 1960-cı il - AAK tərəfindən professor adına layiq görülmüşdür. Şəki rayonu Kişçay çayı hovuzunda eroziya və sel axınlarının öyrənilməsi üzrə Azərbaycan SSR EA SOPS-a kompleks ekspedisiyanın rəisi. Torpaq eroziyasının öyrənilməsi və onunla mübarizə üzrə təcrübə mübadiləsi məqsədilə Bolqarıstan Xalq Respublikasına ezam edilmişdir. Eroziya və sel axınlarına qarşı mübarizə üzrə Ümumittifaq müşavirəsinin təşkili üzrə təşkilat komitəsinin sədri seçilmişdir.
- 1961-1963-cü illər - Azərbaycan SSR EA Eroziya Elmi-Tədqiqat Sektorunun rəhbəri olmuşdur. Azərbaycan SSR EA Eroziya Sektoru Elmi Şurasının sədri olmuşdur. Bakı şəhərində Azərbaycan SSR-in torpaq ehtiyatlarından səmərəli istifadə olunması və qorunması məsələləri üzrə Birləşmiş elmi sessiyada məruzə ilə çıxış etmişdir. Bakı şəhərində Azərbaycan. SSR-in torpaq ehtiyatlarının kompleks istifadəsi və qorunması məsələləri üzrə Birləşmiş elmi sessiyada iştirak etmişdir. Volqoqrad şəhərində “Ölkənin bozqır və meşə-bozqır rayonlarında müdafiəedici meşələrin salınması” problemi üzrə koordinasiya Sovetinin üzvü seçilmişdir. Moskva şəhərində “Torpaqların su və külək eroziyasına qarşı mübarizəsi üzrə əsas qaydalar”-ın tərtibi üzrə işdə iştirak etmişdir. Xarkov şəhərində SSRİ torpaqşünaslarının ikinci qurultayında məruzə ilə çıxış etmişdir. Daşkənd şəhərində SSRİ-də torpaqların dağ eroziyası və sel axınlarına qarşı mübarizə üzrə müşavirədə məruzə ilə çıxış etmişdir.
- 1964-1967-ci illər - “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir. Bolqarıstan Xalq Respublikasında eroziyaya qarşı mübarizə üzrə Milli müşavirədə iştirak etmişdir. Torpaqşünaslıq və aqrokimya üzrə terminoloji lüğətin tərtib olunmasında iştirak etmişdir. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin elmi-texniki Şurasının üzvü olmuşdur. Tartu şəhərində SSRİ torpaqşünaslarının üçüncü qurultayında məruzə ilə çıxış etmişdir. Batumi şəhərində torpaq eroziyasına qarşı mübarizə üzrə Beynəlxalq müşavirədə məruzə ilə çıxış etmişdir. Bakı şəhərində dəmyə şəraitlərdə meşə salınmasının müdafiəsi üzrə respublikalararası zonal müşavirədə məruzə ilə çıxış etmişdir. Zaqafqaziya respublikalarının irimiqyaslı torpaq və aqrokimyəvi xəritələşdirilməsi üzrə elmi sessiyada məruzə ilə çıxış etmişdir. Gəncə şəhərində Böyük Oktyabr Sosialist İnqilabının 50 illiyinə həsr olunmuş bioloji və kənd təsərrüfatı elmlərinin tarixi üzrə Zaqafqaziya müşavirəsində çıxış etmişdir. Dissertasiya müdafiəsi üzrə Azərbaycan. SSR Elmlər Akademiyası biologiya elmləri Bölməsinin Birləşmiş Şurasının üzvü seçilmişdir. Kişinyov şəhərində zonal müşavirədə iştirak və çıxış etmişdir.
- 1968-ci il - AMEA müxbir üzvü seçilmişdir. Aşqabad şəhərində Orta Asiya və Qazaxıstanın səhra ərazilərinin kompleks şəkildə öyrənilməsi və istifadə olunması üzrə Ümumittifaq elmi konfransda məruzə ilə çıxış etmişdir. S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda aqrokimyaçı-torpaqşünas məzunların buraxılışı üzrə Dövlət imtahan komissiyasının sədri seçilmişdir. Azərbaycan SSR Cəlilabad rayonunda üzümçülüyün sonrakı inkişaf məsələlərinin öyrənilməsi üzrə komissiyanın üzvü olmuşdur. V. İ. Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının Rəyasət Heyətində torpaqların eroziyadan müdafiəsi problemləri üzrə Şuranın üzvü seçilmişdir. Moskva şəhəri Torpaq ehtiyatları Dövlət İnstitutunun torpaqların eroziyadan müdafiəsi üzrə Problem Şurasının üzvü olmuşdur. “Azərbaycanın təbii-iqtisadi zonaları üzrə kənd təsərrüfatının aparılması üzrə elmi-əsaslandırılmış sistemin işlənilməsi” problemi üzrə elmi şuranın üzvü seçilmişdir.
- 1970-1974-cü illər - Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik elmi-tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
- 1974-1987-ci illər - Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Onun elmi rəhbərliyi ilə torpaqşünaslıq və torpaq eroziyası üzrə 25 namizədlik, elmi məsləhətçiliyi ilə isə bir doktorluq dissertasiyası müdafiə edilmişdir. O, beş doktorluq işinin məsləhətçisi idi. 100-ə yaxın elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 8 kitabın, 2 kitabçanın, 10 xəritənin müəllifidir. 21 elmi əsəri xaricdə çap olunmuşdur.
Əsas elmi fəaliyyət sahəsi
redaktəGenetik torpaqşünaslıq, torpaq eroziyasının bütün sahələri, təbiəti mühafizə problemləri, eroziyaya qarşı mübarizə tədbirləri, torpaqların mühafizəsi, su çatışmazlığı və ətraf mühütin ekoloji tarazlığının pozulması şəraitində kənd təsərrüfatı və meliorasıyanın inkişafı problemləri, torpaqların eroziyadan və səhralaşmadan qorunması, torpaqların münbitliyinin qorunub saxlanılması, qlobal iqlim dəyişmələri şəraitində torpaq və su eytiyyatlarının qorunması və idarə olunması istiqamətində tədqiqatların aparılması və bu şəraitdə kənd təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi.
Elmi məqalələrin biblioqrafiyası
redaktə- Почвы Агдашской МТС. Азернешр, 1938, с. 56 (совместно с А.Н. Изюмовым и М. А. Шафиевым).
- Ağdaş torpaqlarının nədən şorlaşması məsələsinə dair. Bakı, Azərnəşr, 1938, 25 s.
- Kolxoz sahələri torpaqlarının öyrənilməsi. Bakı, Azərb. EA nəşriyyatı, 1947, 25 s.
- Torpağın eroziyası və onunla mübarizənin əhəmiyyəti. Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsərləri, V cild, Bakı, 1951, 6 s.
- К выяснению вопроса о происхождении засоления Агдашских почв, Азернешр, 1939, с. 24.
- Степень изученности почвенного покрова Азербайджанской ССР. Известия АН Азерб, ССР, 1945, № 6, с 8.
- О некоторых явлениях дефляции на Абшероне. Известия АН Азерб. ССР, № 11, 1946, с. 3.
- К составлению почвенно-эрозионной карты Азербайджана. Доклады АН Азерб. ССР, т. Ш, № 6, 1947, с. 3.
- Почвы Восточного Абшерона, условия их засоления (экспедиции АН Азербайджанской ССР в 1945 г.). Изд. АН Азерб. ССР, 1947, с. 4.
- Эрозия почв и значение мер борьбы с ней. Тр. Ин-та почвоведения и агрохимии АН Азерб. ССР, т. 5. Изд. АН Азерб. ССР, 1951, с. 5.
- Овражная эрозия в районе Мингечаурского водохранилища. Труды Института земледелия, № 1, Изд. АН ССР, 1952, с. 11.
- О ветровой эрозии в Азербайджане. Труды Института земледелия, № 1. Изд. АН Азерб. ССР, 1952, с. 12.
- Почвы и грунты вдоль трассы Самур-Дивичинского канала. Изд. АН Азерб. ССР, 1952, с. 80.
- Azərbaycan SSR-in torpaqları və onlardan səmərəli istifadə olunması. Bakı, Azərnəşr, 1952, 50 s.
- Некоторые результаты почвенно-эрозионных исследований в бассейне р. Назарчай. Тр. Ин-та почвоведения и агрохимии, т. VI. Изд. АН Азерб. ССР, 1953, с. 8.
- Почвы Азербайджана. Изд. АН Азерб. ССР. 1953, с. 598, (совместно с Г. А. Алиевым, В.Р. Волобуевым, М. М. Салаевым и др.).
- Государственная почвенная карта СССР в масштабе 1:1 000 000, Москва, 1953, (в соавторстве).
- Типы и районы распространения эрозии почв в Азербайджане. Труды совещания по вопросам генезиса, классификации, геграфии и мелиорации почв Закавказья. Изд. АН Азерб. ССР. Баку, 1955, с. 4.
- Карта почвенно-эрозионная. « Почвоведение», № 7, 1956 // С. С. Соболев.
- Эрозия почв в Азербайджане и меры борьбы с нею. Сборник «Эрозия почв и борьба с нею». Сельхозгиз. Москва, 1957, с. 5.
- Распространение эрозии повв в Азербайджане. «Почвоведение», № 1, 1957, с. 8.
- Противоэрозионная стойкость некоторых почв в Азербайджанской ССР. Известия АН Азерб. ССР, серия биолог. наук, № 2, 1959, с. 8.
- Эрозия почв в Азербайджанской ССР и основные приемы борьбы с нею. Известия АН Азерб. ССР, серия биолог. наук, № 2, 1960, с. 3.
- Характер почвенной эрозии в Азербайджанской ССР. Матер. совещания посвящ. 40- летию КП Азербайджана и установления Советской власти в Азербайджане. Баку, 1960, с. 3.
- Эрозия почв в бассейне реки Кишчай и борьба с нею. Известия АН Азерб. ССР, № 1, 1961, с. 3 // Х.М. Мустафаев.
- Эрозия почв в Азербайджанской ССР и борьба с нею. Изд. АН Азерб. ССР. Баку, 1961, с. 220.
- Об истории изученности эрозии почв в Азербайджанской ССР. Труды Сектора Эрозии, т. 1, Изд. АН Азерб. ССР, Баку, 1961, с. 16.
- Влияние эрозии на содержание питательных веществ в почвах бассейна р. Кишчай Шекинского р-на. Труды Сектора Эрозии, т. I , Изд. АН Азерб. ССР, Баку, 1961, с. 8.
- Эрозия – враг урожая. «Наука и жизнь», № 11, 1961,с. 8.
- Azərbaycanda torpaq eroziyası və onunla mübarizə. Bakı, Azərb. EA nəşriyyatı, 1961, 220 s.
- Проблема эрозии почв в Азербайджане. Материалы совещания. Борьба с горной эрозией почв и селевыми потоками в СССР. Ташкент, 1962, с. 5.
- Эрозия и меры борьбы с нею в горных районах Азербайджана. Тезисы докл. на объединенной научно-техн. сессии по вопросам комплексного использования и охраны водных ресурсов Азерб. ССР, Баку, 1962, с.2.
- Охрана почв от водной и ветровой эрозии в условиях интенсивных систем земледелия. Тез. докл. на II Всесоюзном делегатском съезде почвоведов. Харьков, 1962, с. 2.
- Torpaqşünaslıq və aqrokimya terminləri lüğəti. Bakı, Azərb. EA nəşriyyatı 1962 // Ağayev B.M., Əliyev H.Ə., Zeynalov Ə. Q., Salayev M.M., Həsənov Ş.K.
- Карта эрозии почв. Атлас Азербайджанской ССР. Баку- Москва, 1963. 1 планшет.
- Основные противоэрозионные мероприятия в горных районах. Труды Сектора Эрозии, т. 2, Изд. АН Азерб. ССР, Баку, 1963, с. 9 // Х.М. Мустафаев.
- Процессы эрозии в горно-луговой зоне Габалинского района и меры борьбы с ними. Известия АН Азерб. ССР, серия биолог. наук, № 3, 1964, с. 8 // М.Ю. Халилов.
- Усилим борьбу против почвенной эрозии. «Колхозно- совхозное производсво Азербайджана», № 6, 1964, с. 4.
- Борьба с эрозией почв и селевыми потоками в горных районах СССР. Сб. «Плодородие и мелиорация почв в СССР». Докл. на VIII Межд. Конгр. Почвоведов. «Наука», М., 1964, с. 8.
- Физико-географическая характеристика Азербайджана. Кн. «Сели в СССР и меры борьбы с ними». Изд. «Наука», Москва, 1964, с. 23.
- Почвенно-эрозионная характеристика территории Азербайджанской ССР. Сборник докл. Закавказской научной сессии по крупномасштабному почвенному и агрохимическому картированию. 1965, с.8.
- Почвенный покров бассейна р. Кишчай. Труды СОПС-а АН Азерб. ССР. «Селевые явления р. Кишчай и мероприятия по борьбе с ними».
- Эрозия почв. Сб. докл. Закавказской научной сессии по крупномасштабному почвенному и агрохимическому картированию. 1965, с. 23.
- Эрозия почв в Кура-Араксинской низменности. Сб. Природные условия и ресурсы Кура Араксинской низменности. Изд. АН Азерб. ССР, Баку, 1965, с. 11.
- О влиянии эрозии на потерю микроэлементов почв. Тезисы докл. Всесоюзного межвузовского совещания по вопросам: микроэлементы и естественная радиоактивность. Петрозаводск, 1965, с.2 // Б.К. Шакури.
- Борьба с эрозией почв на Большом Кавказе (в пределах Азерб. ССР). Тр. Сектора Эрозии, т. III. Изд. АН Азерб. ССР. Баку, 1965, с. 60.
- Явление эрозии орошаемых почв юго-восточной части Нахичеванской АССР. Труды Сектора Эрозии, т. Ш. Изд. АН Азерб. ССР, Баку, 1965, т. IV // Н. А. Асадов.
- Основные признаки эрозии почв в Лерикском районе и меры борьбы с нею. Труды Сектора Эрозии. т. Ш. Изд. АН Азерб. ССР. Баку, 1965, с. 10 // А. Б. Агаев.
- Об охране почв Азерб. ССР. Сб. Труды 3-го Закавказского совещания по вопросам охраны природы. Изд. «Мецниеретта», Тбилиси, 1965, с. 4.
- Защитить почву от эрозии. «Кенд хаяты» («Сельская жизнь»), № 5, 1966, с. 2.
- Основные задачи почвенно-эрозионных исследований с целью охраны почв в Азерб. ССР. Тез. докл. на III Всес. делегатском съезде почвоведов. Тарту, 1966, с. 2.
- Содержание микроэлементов в эродированных почвах Нахичеванской АССР. Тез. докл. V Всес. совещ. «Микроэлементы в сельском хозяйстве и медицине». Улан-уде, 1966, с. 2. // Б.К. Шакури.
- Эрозия почв на летних пастбищах Большого Кавказа. Труды Азерб. научно-исслед. ин-та лесного хозяйства и агролесомелиорации, т. II, Барда, 1966, с. 14 // Г.М. Байрамов
- Изучение эрозии почв и разработка мер борьбы с нею в Азербайджанской ССР. Тез. докл. симп. по истории биол. и сельск. наук Закавказских республик, 1966, с. 2.
- Защита почв от эрозии. Азернешр, Баку, 1967, с. 60.
- Эрозия почв в зоне богарного лесоразведения Азерб. ССР. Труды Азерб. НИИЛХ и А, т. VII, Баку, 1967, с. 5.
- Микроэлементы в основных типах почв Нахичеванской АССР и их эродированных разностях. Вестник с/х науки, № 2, 1969 // Б. К. Шакури, Л.А. Сулаков, с. 52.
- Qoşqarçay hövzəsi maili düzənlik zonasında irriqasiya eroziyası və ona qarşı mübarizə. Kənd təsərrüfatı üzrə elmi-texniki məlumat. Az. İNTİ. № 9, Bakı, 1968, s. 7.
- О номенклатуре и систематическом списке почв Азербайджанской ССР. Изв. АН Азерб. ССР, сер. биол. наук, 1969, № 1, с. 127-141 // Г.А. Алиев, В.Р. Волобуев
- Эрозия почв и повышение продуктивности эродированных земель. «Информационные материалы по международной биологической программе по итогам работ за 1969 г.». Изд. «Элм», Баку, 1970.
- О путях усовершенствования изучения географии Азербайджанской ССР на курсах географии ССР. Материалы V съезда ГО Аз. ССР, Баку, «Элм», 1985, с. 171-172.
Elmi hesabatlar və dərc olunmamış əsərlər
redaktə- Почвы Кубинского совхоза. № 2, Баку, с. 30, 1934.
- Характеристика естественно-исторических условий опытных участков Хачмазского района. Баку, с. 36, 1935.
- Почвы Акстафинской МТС Казахского района Азербайджанской ССР. Баку, с. 42, 1936.
- Почвы части Агдамской МТС (исследование 1937 года), Баку, с. 54, 1937.
- Почвы части Мехтиханлинской МТС Бардинского района Азерб. ССР. Баку, с. 54, 1940.
- Почвы Восточного Абшерона и условия их засоления. Баку, с. 8, 1945.
- Почвы Евлахского района. Баку, с. 160 // М.М. Салаев, А.К. Зейналов, Э.Ф. Шарифов, 1946.
- Рельеф и процессы эрозии почв в Азербайджане. Баку, с.18, 1946.
- Почвенно-эрозионные исследования в районе Трут-Сараджинской степи. Баку, с. 36, 1946.
- Почвенно-эрозионные исследования в районе бассейна реки Назарчай. Баку, с. 42, 1950.
- Региональное почвенно-эрозионное исследование в бассейне реки Дашагылчай. Баку, с. 18, 1951.
- Почвенно-эрозионные исследования в бассейне реки Кишчай. Баку, с. 73, 1952.
- Почвенно-эрозионные исследования в бассейне Шинчай. Баку, с. 36, 1953.
- Почвенно-эрозионные исследования в бассейне реки Курмухчай Кахского района. Баку, с. 36, 1954.
- Эрозия почв и меры борьбы с нею в Азербайджане. (Диссертационная работа на соискание ученой степени доктора с/х наук. Почвенный институт им. В. В. Докучаева АН СССР), Москва, с. 500, 1957.
- Обобщение материалов по эрозии почв на Большом Кавказе. Баку, с. 17, 1960.
Tərtib etdiyi xəritələr
redaktə- Почвенная карта совхоза № 2 Кубинского района, 1934.
- Почвенная карта Халданской МТС Агдашского района, 1937 г.
- Карта уклонов поверхности Азербайджанской ССР, 1946.
- Карта глубин местных базисов эрозии в Азербайджанской ССР , 1946г.
- Карта густоты овражнобалочной и долинной сети Азербайджанской ССР, 1947 г.
- Почвенно-эрозионная карта бассейна реки Кишчай Шекинского района, 1950 г.
- Почвенно-эрозионная карта реки Кюнгютчай Шекинского района, 1951 г.
- Почвенно-эрозионная карта бассейна реки Дашагылчай Огузского района, 1951 г.
- Почвенно-эрозионная карта бассейна реки Назарчай Огузского района, 1952 г.
- Почвенно-эрозионная карта бассейна реки Шинчай Шекинского района, 1953 г.
- Почвенно-эрозионная карта бассейна реки Курмухчай Кахского района, 1953 г.
- Почвенно-эрозионная карта Азербайджанской ССР, 1955.
Onun iştirakı ilə tərtib edilmiş xəritələr
redaktə- Почвенная карта Кубинского района, 1934.
- Почвенно-агрохимическая карта Агдашской МТС, 1935.
- Почвенно-агрохимическая карта Акстафинской МТС Казахского района, 1936.
- Почвенная карта Мехтиханлинской МТС Бардинского района, 1939.
- Почвенная карта вдоль трассы Самур-Дивичинского канала им. Сталина, 1940.
- Почвенная карта НКАО, 1943.
- Предварительная карта (почвенная) части Карабахской степи. Б., 1946, // М.М. Салаев, А.К. Зейналов, Э.Ф. Шарифов).
- Почвенная карта Евлахского района, 1946.
- Карта мощности мелкозернистого слоя почв Абшерона. Б., 1948, // М.М. Салаев, А.С. Преображенский.
- Почвенная карта зоны командования верхнего Карабахского канала Мингечаурской оросительной системы (предварительная). Б., 1948, // М.М. Салаев, Э.Ф. Шарифов, А.К. Зейналов.
- Почвенная карта части Карабахской степи (в пределах Евлахского района). Б., 1948, // М.М. Салаев, А.К. Зейналов, Э.Ф. Шарифов.
- Почвенная карта зерносовхоза им. Орджоникидзе Шекинского района, 1948.
- Государственная почвенная карта СССР (в соавторстве).
- Почвенная карта Азербайджанской ССР. Б., 1952, // М. М. Салаев.
- Почвенная карта Азербайджанской ССР. Б., 1954, // М.М. Салаев, Г.А. Алиев, В.Р. Волобуев.
- Почвенная карта Азербайджанской ССР. Б., 1955, // М.М. Салаев, Г.А. Алиев, В.Р. Волобуев.
- Почвенно-эрозионная карта СССР, 1956.
- Почвенная карта Азерб. ССР. 1957.
- Почвенная карта Азербайджанской ССР. Б., 1957, // М.М. Салаев, Г.А. Алиев, В.Р. Волобуев.
- Почвенно-эрозионная карта Джебраильского р., 1959.
- Почвенно-эрозионная карта Габалинского р., 1963.
- Azərbaycanda torpaqların mühafizəsi tədbirləri, 1980.
Monoqrafiya və kitabların siyahısı
redaktə- Почвы части Агдашской МТС, Азернешр, 1938, с. 56 // А.Н. Изюмов, М.А. Шафиев.
- К выяснению вопроса о происхождении засоления Агдашских почв, Азернешр, 1939, с. 24.
- Ağdaş torpaqlarının nədən şorlaşması məsələsinə dair. Bakı, Azərnəşr, 1938, s. 25.
- Kolxoz sahələri torpaqlarının öyrənilməsi, Bakı, Azərbaycan E.A. nəşriyyatı, 1947, s. 60.
- Почвы Азербайджана. Изд. АН Азербайджанской ССР. 1953, с. 598 // Г.А. Алиев, В.Р. Волобуев, М.М. Салаев и др.
- Защита почв от эрозии. Азернешр, Баку, 1967, с. 60.
- Torpaqşünaslıq və aqrokimya terminləri lüğəti. Bakı, Azərbaycan EA nəşriyyatı 1962, // Ağayev B.M., Əliyev H.Ə., Zeynalov Ə.Q., Salayev M.M., Həsənov Ş.K.
- Azərbaycanda torpaq eroziyası və onunla mübarizə. Bakı, Azərbaycan EA nəşriyyatı, 1961, s. 220.
- Государственная почвенная карта СССР в масштабе 1:1000 000, Москва, 1953 г.
Redaktor fəaliyyəti
redaktə- İzümov A.N. “Azərbaycanın dağlıq rayonlarında torpaqların eroziyası və onunla mübarizə”. Bakı, Azərb. SSR EA nəşriyyatı, 1954, s. 20.
- Mustafayev X.M. «Torpaq eroziyası və onunla mübarizə», Bakı, 1959, s. 35.
- Труды научно-исследовательского Сектора Эрозии т. I, Баку, Изд-во АН Азерб.ССР, 1961, с. 190.
- Сборник «Борьба с эрозией почв и селевыми потоками”. Баку, Объединенное издательство, 1961, с. 185.
- Труды научно-исследовательского Сектора Эрозии, т. II, Баку, Изд. АН Азерб. ССР, 1963, с. 105.
- Zeynalov G.Q. «Qobustan torpaqları», Bakı, Azərb. SSR EA nəşriyyatı, 1963, s. 140.
- Труды научно-исследовательского Сектора Эрозии, т. III, Баку, Изд. АН Азерб. ССР, 1965, с. 260.
- Система ведения сельского хозяйства Азербайджанской ССР. Мин-во Сел. Хоз. Азербайджанской ССР. Главное Управление Сельхознауки и пропаганды. Азербайджанское Государственное Издательство, Баку, 1975.
- Горно-лесные почвы и охрана леса. Труды Ин-та географии АН Аз. ССР. Баку, «Элм», 1979, т.19, с. 167. Совместно с Г.А. Алиевым, Б.Б. Будаговым, Х.Н. Гасановым.
- Материалы XIII научной конференции молодых ученых Института географии АН Азерб.ССР, посвященной 40-летию победы советского народа в Великой Отечественной войне. Баку, «Элм», 1985, с. 144 // Г.А. Алиев, С.А. Ахундов, Б.Б. Будагов, А.А. Микаилов, Б.Т. Назирова, С.Г. Рустамов, Г.Г. Саламов, Н.Ш. Ширинов, А.Д. Эйюбов.
Qəzetlərdə dərc edilmiş bəzi məqalələr
redaktə- Eroziyaya qarşı ciddi mübarizə aparaq. «Kommunist» qəzeti 19/XP-1961, № 293 (11852).
- Эрозии – заслон. Газета «Бакинский рабочий», 13/Х, 1968 г. № 237 (13850).
- Дорожить земельным фондом. Газета «Советская Аджария», 25/V 1955 г. № 99 (10723). Батуми.
- İki rayonun ilk kartoqramması. “Kommunist” qəzeti 21/XP-1960, № 296 (11550). Məqalədə elmi tədqiqat işləri haqda professor K.Ə. Ələkbərov ilə müsahibə dərc olunmuşdur.
- Torpağı eroziyadan qorumalı . “Kommunist” qəzeti 14/VI-1959, № 138 (11085).
- Эрозия почв и борьба с нею. Газета «Бакинский рабочий», 6/VI 59 г., № 131 (11604).
Dissertasiyaların elmi rəhbəri və məsləhətçisi
redaktə- Амирасланов К.З. Ветровая эрозия в восточной части Абшерона и меры борьбы с ней. Баку, 1967, с. 190.
- Байрамов Г.М. Эрозия почв и меры борьбы с нею в Исмаиллинском районе Азербайджанском ССР. Баку, 1964, с. 233.
- Гадяшев Ф.А. Эрозия почв в северо-западной горной части Азербайджана и основы борьбы с ними. Баку, 1962, с. 250.
- Джебраилов З.Т. Эрозия почв бассейна р. Кошкарчай и основы борьбы с ней. Баку, 1968, с. 183.
- Ибрагимов А.А. Эрозия почв и меры борьбы с нею в Джебраильском районе. Баку, 1964 г., с. 195.
- Коробов В.Л. Агротехнические мероприятия по борьбе с эрозией почв на северном склоне Малого Кавказа (в пределах Азерб. ССР). Баку, 1968, с. 185.
- Насибов И.М. Эрозия почв в Кусарском районе и основы борьбы с нею. Баку, с. 271.
- Халилов М.Ю. Эрозия почв в Габалинском районе Азербайджанской ССР и основы борьбы с нею. Баку, 1964, с. 285.
- Эльдарова В.Г. Эрозия почв в Докузпаринском районе Дагестанской АССР и борьба с ней. Кишинев, 1966, с. 210.
- Ağayev Ə.B. Azərbaycan SSR-in Lerik rayonunda torpaq eroziyası və onunla mübarizə tədbirlərinin əsasları. Bakı, 1965, s. 220.
- Əyyubov F.Ç. Üçüncü dövr yaylasında torpaq eroziyası (Əlçiyançayla Göyçay arasında). Bakı, 1967, s. 227.
- Əsədov Q.F. Naxçıvan MSSR cənub-şərq hissəsində torpaq eroziyası və ona qarşı əsas mübarizə tədbirləri. Bakı, 1965, s.225.
- Əliyev Q.F. Naxçıvan MSSR ərazisində eroziyaya uğramış torpaqların keyfiyyətcə qiymətləndirilməsi (Şahbuz rayonu timsalında). Bakı, 1969, s. 230.
- Nurullayev S.M. Zaqatala rayonunun dağlıq hissəsində torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri. Bakı, 1968, s.204.
- Hacıməmmədov G. Qərbi Ceyrançöldə torpaq eroziyasının inkişafı və yayılması. Bakı, 1968, s.215.
- Мустафаев Х.М. Развиттие эрозионных процессов на южном склоне Большого Кавказа (в пределах Азерб. ССР) и основы борьбы с ними. Баку, 1967, с. 675.
Mükafatları
redaktə- 6 iyun 1945-ci il - “1941-1945 illər Böyük Vətən Müharibəsində rəşadətli əməyə görə” medalı;
- 15 yanvar 1952-ci il - “Rəşadətli əməyə görə” medalı;[1][3]
- 30 aprel 1966-cı il - “Şərəf nişanı” ordeni;[1][2][3]
- 24 fevral 1969-cu il Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı;
- 27 avqust 1971-ci il - “Qırmızı əmək bayrağı” ordeni;[1][2][3]
- iki dəfə SSRİ XTNS-nin böyük gümüş medalı və Fəxri Fərmanı;
- 1977-ci il - “Əmək veteranı” medalı;[1][3]
Ədəbiyyat
redaktə- Амирасланов К.З. О ветровой эрозии на Абшероне. Труды Сектора Эрозии, том III, Изд. АН Азерб. ССР, Баку, 1965, с. 96.
- Байрамов Г.М. Влияние трелевки леса на развитие эрозионных процессов в горных лесах Исмаиллинского лесхоза. Известия АН Азерб. ССР, серия биол. и мед. наук, № 6, 1962, с. 83.
- Бабаев Г. Пядь земли. Газета «Вечерний Баку», 1968, 23 августа.
- Бураковская Е.А. Противоэрозионная устойчивость некоторых почв Малого Кавказа в пределах Азербайджанской ССР. Труды Сектора Эрозии, том I, Изд. АН Азерб. ССР, Баку, 1961, с.70.
- Гаджиев Ф.А. Антропогенные причины селевой деятельности горных рек Шеки-Загатальского района. Труды Сектора Эрозии, том III, Изд. АН Азерб. ССР, Баку, 1965, с.117.
- Гасанов Г.К. Эрозия почв в левобережной части бассейна р. Шамхорчай и меры борьбы с нею. Труды Сектора Эрозии, т. I, Изд. АН Азерб. ССР, Баку, 1961, с.34.
- Гусейнов Р.Г., Касумов Н.Ю. Использование минеральных под картофель на эродированных почвах. «Химия в сельском хозяйстве», № 8, 1968.
- Дегтярева Л.П. О составе гумуса горных черноземов и их смытых разностях на Малом Кавказе. Труды Сектора Эрозии, том I. Изд. АН Азерб. ССР, Баку, 1961 г., с. 96.
- Джабраилов З.Т. К изучению развития оврагов в бассейне р. Кощкарчай. «Ученые записки» Азерб. Гос. Университета им. С.М. Кирова, серия геолого-географических наук, № 3, 1967, с. 37.
- Заславский М.Н. Эрозия почв и земледелие на склонах. Изд. «Карта Молдовеняскэ», Кишинев, 1966 г., с. 172.
- Ибад-заде Ю.А. Некоторые вопросы борьбы с селевыми потоками в Азербайджане. В книге «Борьба с эрозией почв и селевыми потоками». Объединенное издательство, Баку, 1961, с. 11.
- Ибрагимов А.А. Эрозия почв и меры борьбы с нею в колхозе им. Нариманова Джебраильского района Азербайджанской ССР. Труды Сектора Эрозии, том III. Изд. АН Азерб. ССР, Баку, 1965, с. 163.
- Изюмов А.Н. Эрозия почв на Малом Кавказе в пределах Азербайджанской ССР и основы борьбы с нею. Труды Сектора Эрозии, т. I, Изд. АН Азерб. ССР, Баку, 1961.
- Исмайлова Р.Г. Широкий фронт научного поиска. «Бакинский рабочий», 1969, 5 января.
- Константинов И.С. Изучение плодородия эродированных чернозёмов на юге Молдавии и эффективность высоких доз азотных удобрений. Труды Молдавского научно-исследовательского Института почвоведения и агрохимии им. Н.А. Димо, том V. Изд. «Картя Молдовеняскэ»,Кишинев, 1966, с. 105.
- Коробов В.Л. Влияние бороздорвания зяби на смыв и урожай кукурузы на горных серокоричневых почвах Казахского района. Труды Сектора Эрозии, т. III. Изд. АН Азерб. ССР, Баку, 1965, с. 234.
- Кочерга Ф.К. Комплекс мероприятий по борьбе с эрозией почв и селевыми потоками в горных райoнах Советского Союза. В кн. «Защита почв от эрозии», Изд. «Колос», Москва, 1964, с. 176.
- Мишинкина В.В. Влияние степени смытости почв на урожай зерновых культур в Нагорном Карабахе. Известия АН Азерб. ССР, №10, 1951, с. 71.
- Мишинкина В.В., Бураковская Е.А. Бороздование паров и зяби в Кедабекском районе как средство борьбы с эрозией почв. Известия АН Азерб. ССР, № 5, 1960, с. 77.
- Мишинкина В.В. К вопросу освоения крутых склонов в Кедабекском районе Азерб. ССР. Труды Сектора Эрозии, т. I. Изд. АН Азерб. ССР, Баку, 1961, с. 134.
- Мишинкина В.В., Бураковская Е.А. К вопросу освоения крутых склонов в Кедабекском районе Азерб. ССР. Труды Сектора Эрозии, т. I. Изд. АН Азерб. ССР, Баку, 1961, с. 134.
- Мустафаев Х.М. Подготовка почвы для посадки леса на крутых склонах и влияние ее на сток и смыв. Известия АН Азерб. ССР, сер. биол. и мед. наук, № 11, 1961, с. 109.
- Мустафаев Х.М. Эрозия почв в бассейнах некоторых рек Южного склона Большого Кавказа (в пределах Азерб. ССР). «Почвоведение», № 4, 1962 г., с. 90.
- Мустафаев Х.М. Эрозия почв и лесомелиоративные меры борьбы с нею в бассейне р. Фильфиличай. Известия АН Азерб. ССР, сер. биол. и мед. наук, № 2, 1962, с. 89.
- Мустафаев Х.М., Набиев В.Н. Развитие овражной эрозии в междуречье Курмухчай и Дашагылчай и борьба с нею. Ученые записки АГУ, серия геолого-географических наук, № 4, 1966, с. 58.
- От Академии наук Азербайджанской Советской Социалистической Республики. Газ. «Бакинский рабочий», 1968, 25 октября.
- Рагимов К.С., Сеидова Х.К. Влияние эрозии на некоторые физические и химические свойства почв и урожай с/х культур в Шемахинском районе. Известия АН Азерб. ССР, серия биолог. и мед. наук, № 3, 1962, с. 109.
- Сильвестров С.И. Районирование территории СССР по основным факторам эрозии. Москва, 1965, с. 11.
- Сильвестров С.И. Районирование территории СССР по основным факторам эрозии. Москва, 1965, с. 86.
- Соболев С.С. Современное состояние и задачи борьбы с эрозией почв в СССР. Мат. сессии по вопросу борьбы с водной и ветровой эрозией почв. Москва, 1963, с. 7.
- Соболев С.С. Современное состояние и задачи борьбы с эрозией почв в СССР. В кн. «Защита почв от эрозии». Изд. «Колос», Москва, 1964, с. 11.
- Султанов М.Н., Тагдисы Д.Г., Шакури В.К., Рагимов А.В. Взаимосвязь между микроэлементами и долголетием в условиях Нахичеванской АССР. В сб. «Матер. II Закавказской науч. конф. геронтологов». Баку, 1968, с 96.
- Халилов М.Ю. Роль лесной растительности в улучшении физических и противоэрозионных свойств почв. Известия АН Азерб. ССР, серия биологических и медицинских наук, № 9, 1961, с. 109.
- Халилов М.Ю., Эйюбов Ф.Д., Сулейманов М.А. К вопросу изучения овражной эрозии в Аджиноурском предгорье. Ученые записки АГУ, серия геолого-географических наук, № 16, 1964, с. 36.
- Эльдарова В.Г. Процесс эрозии почв в горно-луговой зоне Докузпаринского района Дагестанской АССР. Труды Сектора Эрозии, т. I. Изд. АН Азерб. ССР, Баку,1961,с. 182.
- Эйюбов Ф.Д. К вопросу изучения овражной эрозии в Аджиноурском предгорье (междуречье Алджиганчай и Геогчай). Ученые записки АГУ, серия геолого-географических наук, № 6, Баку, 1964, с. 35.
- Шакури Б.Г. Эколого-генетические и геохимические особенности почв Нахичеванской Автономной Республики и изменение их под влиянием эрозионных процессов. Баку, 2002, изд. «Араз», с. 30, 53, 69, 123, 269, 270.
- Справочник о членах Национальной Академии Наук Азербайджана. Алекперов Кязым Абдул Манаф оглы (1909-1987), т. II, 60. Баку, 2005, с. 71-72.
- Национальная Академия Наук Азербайджана. Институт Почвоведения и Агрохимии. Баку, «Элм», 2005, с. 8,9,31,32.
- Шакури Б.Г. Интенсивность биологических процессов почв системы вертикальной зональности южного, юго- восточного склонов Большого Кавказа и их патология под влиянием экзогенных процессов. ISBN 9962-29-004-8, Баку, 2007, с. 447.
- Ağayev B.M. Torpaqşünaslığa aid qiymətli əsər. «Kommunist» qəzeti, 19 aprel 1959-cu il.
- Ağayev B.M. Azərbaycan SSR-də torpaqşünaslığın inkişafı tarixinə dair. «Azərb. SSR EA xəbərləri» biologiya və kənd təsərrüfatı elmləri seriyası. № 1, 1958, səh. 65.
- Ağayev Ə.B. Lerik rayonunda qobu eroziyasının yayılması və inkişafı. Eroziya bölməsinin əsərləri, III cild. Azərb. SSR EA nəşriyyatı, Bakı, 1965, səh. 65.
- Əsədov N.A. Naxçıvan MSSR-in Ordubad rayonunun dağ-çəmən zonasında eroziya prosesi və ona qarşı mübarizə tədbirləri. Eroziya Bölməsinin əsərləri, II cild. Azərb. SSR EA nəşriyyatı, Bakı, 1963, səh. 128.
- İbrahimov Ə.Ə. Şamaxı rayonu Engels adına kolxozun sahəsində torpaq eroziyası. Eroziya Bölməsinin əsərləri, I cild. Azərb. SSR EA nəşriyyatı, Bakı, 1961, səh. 55.
- İzümov A.N. Azərbaycanın dağlıq rayonlarında torpaqların eroziyası və onunla mübarizə. Bakı, Azərb. SSR EA nəşriyyatı, 1954, səh. 13.
- Mustafayev X.M. Böyük Qafqazın cənub yamaclarında eroziyaya qarşı meşə salınması tədbirləri haqqında. Eroziya Bölməsinin əsərləri, I cild. Azərb. SSR EA nəşriyyatı, Bakı, 1961, səh. 148.
- Mustafayev X.M. Azərbaycanda torpaq eroziyası ilə mübarizə. Bakı, Azərnəşr, 1962, səh. 31.
- Mustafayev X. M., Axundov N.H. Dağ rayonlarında meşələrin salınması və yamacların bərkidilməsi. Bakı, Azərnəşr, 1964, səh 148.
- Mustafayev X.M. Torpaq eroziyası və onunla mübarizə. Siyasi və elmi bilikləri yayan cəmiyyət tərəfindən nəşr olunmuş. Bakı, 1959, səh. 27.
- Seyidova X.Q. Şamaxı rayonunun yuyulmuş açıq şabalıdı torpaqlarında müxtəlif müddətlərdə verilən mineral gübrələrin payızlıq buğda məhsuluna təsiri. Eroziya Bölməsinin əsərləri. I cild, SSRİ EA nəşriyyatı, Bakı, 1961, səh. 107.
- Rüstəmov Ə.M. Kürün sağ sahilində (Ağstafaçay və Şamxorçay arasında) yaranan eroziyanın dinamikası. Azərbaycan Dövlət Universitetinin elmi əsərləri, № 6, 1965, səh. 57-64.
- Xudayarov İ.Ə. Azərbaycanda yüksək dağlıq hıssənin bəzi torpaqlarının eroziyaya qarşı davamlığı.Eroziya Bölməsinin əsərləri, I cild, Azərb. SSR EA nəşriyyatı, Bakı, 1961, səh. 59.
- Haşimi Ə. İşıqlı bir ömrün səhifələrindən... Bakı, 1997, “Nafta press”, nəşriyyatı, səh. 58.
- Şakuri B.Q. Böyük Qafqazın cənub-şərq hissəsində buğda bitkisi altında mineral gübrələrin tətbiqinin fizioloji və biokimyəvi əsasları. Bakı, 2003, “Alliance”, səh. 78.
- Ələkbərov Kazim Əbdulmanaf oğlu (1909-1987), AMEA-nın üzvləri haqqında məlumat kitabı II, Bakı, 2005, AMEA, 60, səh. 71.
- AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutu. Bakı, “Elm”, 2005, səh. 78.
- Allahverdiyev F. Qarabağın erməni təcavüzkarlarının işğalı altında olan ərazilərində hərbi eroziya nəticəsində torpaqların dağılması və deqradasiyası. Bakı, 2008, “MBM”.
- Mənalı ömrün xatirəsi. “Elm” № 37 (109), 4 səh., 21 sentyabr 1987-ci il.
- Alakbarov Kazym Abdul-manaf (1909-1987). Reference book, out members of Azerbaijan National academy of Sciences II, Baku, “Elm”, 2005, p. 72.
- Azerbaijan National Academy of Sciences, Institute of Soil Sciences and Aqrochemistry, Baku, “Elm”
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Nakhiyev, Toghrul Nasirli, Alakhber. "Görkəmli torpaqşünas, təvazökar insan". science.gov.az (az.). 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-22.
- ↑ 1 2 3 4 5 6 7 8 "Ələkbərov Kazım Əbdülmanaf oğlu". ensiklopediya.gov.az. 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.05.2024.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Kazım Ələkbərov". www.nkpi.az. 2016-02-11. 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.05.2024.